Oqtay Melikov - Wikipedia
Oqtay Süleyman oğlu Məlikov (10 dekabr 1925, Bakı – 18 aprel 2006, Bakı) — Azərbaycanın istedadlı tarixçi-şərqşünas alimi və tərcüməçisi. 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsindən sonra Kommunist partiyası sıralarını tərk etmişdir.
Oqtay Məlikov | |
---|---|
Oqtay Süleyman oğlu Məlikov | |
Doğum tarixi | 10 dekabr 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 2006 (80 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri namizədi |
Elmi adı | AMEA-nın Şərqşünaslıq İnstitutunda "Cənubi Azərbaycan" şöbəsinin baş elmi işçisi |
İş yeri | AMEA |
Alma-mater | Moskva Şərqşünaslıq İnsttitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Həyatı
redaktəOqtay Məlikov 1925-ci il dekabrın 10-da Bakıda anadan olmuşdur. Atası tarixçi və tərcüməçi Süleyman Məlikov əslən Bakının Pirşağı kəndindən idi.
1943-cü ilin aprelindən 1944-ci ilin oktyabrına qədər Sovet Ordusu sıralarında qulluq etmişdir. 1944-cü ilin noyabrında ekstern surətdə Azərbaycan Dövlət Universiteti (ADU) Filoloji fakültəsinin şərq şöbəsinə daxil olmuşdur. 1945-ci ilin noyabrında təhsilini davam etdirmək üçün bir qrup tələbə ilə Moskva Şərqşünaslıq İnstitutuna göndərilmişdir.
Fəaliyyəti
redaktə1949-cu ilin iyununda Moskvada təhsilini başa vurduqdan sonra Bakıya qayıtmışdır. 1954-cü ilin martında Moskvada "İranda Rza şah irtica diktaturasının qurulması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1954-cü ilin aprelindən ADU-nun tarix fakültəsində müəllim, 1960-cı ilin oktyabrından Azərbaycan Elmlər Akademiyası (EA) Şərqşünaslıq institutunun İran şöbəsinin baş elmi işçisi olmuşdur.
1982-ci ilin fevralından 1986-cı ilin yanvarına qədər Partiya tarixi institutunun "Marksizm-leninizm əsərlərinin tərcümə qrupunun" müdiri işləmişdir. Qeyd etmək lazımdır ki, 1952-69-cu illərdə atası Süleyman Məlikov həmin şöbəyə rəhbərlik etmişdir.
1986-cı ilin iyulundan Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi olmuşdur.
Şərqşünaslıq institutunun İran tarixi və Cənubi Azərbaycan tarixi şöbələrində işlədiyi zaman tanınmış iranşünas alimlər, elmlər doktorları Raufbəy Seyidov, Şahin İbrahimov (Simurq), Şövkət Tağıyeva, Zakir Abdullayev, Semyon Ağayevlə və digərləri ilə birgə çalışmışdır.
Üç övladı, nəvələri var. Jurnalist, tərcüməçi, redaktor Süleyman Məlikovun oğludur.
Əsərləri
redaktəBakı, Tehran, Moskvada kitab və bir sıra dəyərli elmi əsərləri çap olunmuşdur.
1961-ci ildə Moskva şəhərində nəşr olunmuş "Установление диктатуры Реза-Шаха в Иране" (İranda Rza şah diktaturasının qurulması) kitabının müəllifidir. Həmin əsər 1979-cu il İran İslam İnqilabından sonra 1980-cı ildə Tehranda fars dilində çapdan çıxmışdır.
Cənubi Azərbaycan tarixi oçerki (1828-1917) monoqrafiyasının "Mədəniyyət" hissəsinin (səh., 207-219, 254-260, 268-312) müəllifidir. Həmin monoqrafiyanın və Ə.Dadaşlı, Şövkət Tağıyeva, Zakir Abdullayev və Nuru Ağasının əsər və kitablarının elmi redaktoru olmuşdur.
Azərbaycan və rus dillərində yüksək səviyyədə yazı qabiliyyəti və texnikasına, erudisiya və intelektə malik alim idi.
Oqtay Məlikov tərəfindən marksizm-leninizm klassiklərinin bir neçə cildi tərcümə və redaktə edilmişdir.
Mənbə
redaktə- AMEA Şərqşünaslıq İnstitutundan təqdim olunmuş bioqrafiyası və elmi əsərlərin siyahısı.
- Fransanin Milli Kitabxanasında olan əsərlərinin siyahısı. [1]