Onqeler - Wikipedia
Оnqelər (hind. ओन्गी) — Andaman adalarının köklü xalqlarından biridir.
Yaşadığı ərazilər | |||
---|---|---|---|
| |||
Dili | |||
Dini | |||
Ənənəvi adətlər |
İlk əvvəllər Kiçik Andaman, Rutlandda, Cənubi Andaman və qonşu adalarda yayılmışlar. Bu xalq tamamən ibtidai quruluşda yaşayır və xarici sivilizasiya ilə heç bir aləqə qurmurlar. Onların nümayəndələri ancaq yığıcılıq və ovçuluqla məşğul olur.
Tarix
redaktəİngilis müstəmləkə zabitləri ilə qarşılaşdıqdan sonra leytenant Archibald Bleyer vasitəsilə 1800-cü illərdə Britaniya İmperiyası ilə dostluq əlaqələri quruldu. İngilis dəniz zabiti M.V.Portman onları qarşılaşdığı Andamanlıların "ən mülayim, ən qorxaq və hücum etməyən" qrupu kimi təsvir etdi.[2]19-cu əsrin sonunda onlar bəzən dəniz tısbağalarını tutmaq üçün Cənubi və Şimali Qardaş Adalarına səfər edirdilər; o zaman bu adalar onların ərazisi ilə daha şimalda Böyük Andaman xalqının ərazisi arasında sərhəd kimi görünürdü.Bu gün sağ qalan üzvlər Kiçik Andaman, şimal-şərqdəki Dugong Creek və Cənubi Körfəzdəki iki ehtiyat düşərgə ilə məhdudlaşır.[3]
Saylarının azalması
redaktəAdalar koloniyalaşdırmaya qədər onların sayı 672 nəfər təşkil edirdi. Koloniyalaşdırmadan sonra onların sayında azalma müşahidə edilir. Belə ki, 1901-ci ildən sonra onların sayı cəmi 100 nəfər təşkil edirdi[4]. Onların yerdə qalan hissəsi Kiçik Andaman adalarında Dyoqoya bulaqları və Cənub buxtası adlı yerlərdə cəmləşmişdirlər. Onların sayının kütləvi azalmasının səbəbi qida rasionlarının dəyişməsi kolonistlərlə qurulan yaxınlaşma nəticəsində xarici dünya ilə əlaqələrin qurulması olmuşdur[5]. 1901-ci ildə sayları cəmi 672, 1911-ci il 631, 1921-ci il 346, 1931-ci il 250, 1941-ci ildə İkinci Dünya müharibəsi ilə əlaqədar siyahıya alınma aparılmamışdır, 1951-ci ildə150[6] nəfər təşkil etmişdir.
Zəhərlənmə hadisəsi
redaktə2008-ci ilin dekabrında səkkiz kişi güçlü zəhərlənmədən həlak olmuşdur. Bu zəhərlənməyə səbəbin nədən irəli gəldiyi araşdırılmış və metanol məhlulunun nəticəsində öldükləri məlum olmuşdur. Böyük ehtimal ki, onlar spirtli içki ilə metanolu dəyişik salaraq ondan istifadə etmişlər. Ehtimallar onu göstərirdi ki, bu zəhər butulka daxilində sular vastəsi ilə adaya gəlmişdir. Bundan sonra Port-Bler hakimiyyəti hadisə ilə əlaqədar istintaq aparmış və zəhərin hansı mənbədən gəlməsi araşdırılmağa çalışılmışdır. Bu hadisə zamanı 15 nəfər xəstəxanaya yatırılmış və bir nəfəri vəziyyəti isə olduqca ağır olmuşdur[7]
Beynəlxalq Yaşam Mərkəzinin direktoru xəbərdarlıq edərək bildirmişdir ki, baş vermiş hadisə Onqe xalqı üçün böyük fəlakətdir. Bir daha bu tip hadisələrin təkrarlanması qəbilənin tamamən məhvinə səbəb ola bilər. Bu səbəbdən onların qorunmasına diqqət artırılmalıdır. Son zamanlar qəbilə arasında alkoqola meyillilik yaranmışdır. Bu isə onların gələcək inkişafına və bir xalq olaraq mövcudluğuna təhlükədir[7].
Andaman adalarının vitse-qubernatoru Bhopinder Singh hadisə ilə əlaqədar araşdırma aparılmasına göstəriş vermişdir[8].
Genetikası
redaktəGenetik araşdırmalar (Reich et al. 2009) müəyyən etmişdir ki, bu xalqın genetikası iki müxtəlik genli xalqların birləşməsindən törəmişdir. Belə ki, Şimali Hindistan əhalisi: «Şimali hindlilər» (ing. Ancestral North Indians (ANI)), hansı ki Avropa, Yaxın Şərq və Mərkəzi Asiya xalqları ilə bağlılığı vardır. İkici genetik uyğunluq «Cənubi hindlilər» (ing. Ancestral South Indians (ASI)), hansı ki Şərqi Asiya ilə köklü əlaqələri vardır. Bu isə onu göstərir ki, Oqne xalqı materikdə ikən Şimali hindli və Cənubi hindli ünsürləri ilə birləşmişlər. Sonradan isə tarixi gedişat nəticəsində adalara gəlmişlər. Uzun zaman xarici ətrafdan uzaqlaşmaları onların həyat tərzinə və psixologiyasına təsir göstərmişdir. Onlarda bu cür qapalılıq yaranmış vəziyyətlə əlaqələndirilir[9]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- ↑ {{Cite web|https://booksnow.scholarsportal.info/ebooks/Readme.txt=[ölü keçid]Şablon:M. V. Portman (1899)
- ↑ (#empty_citation)
- ↑ "quote=... जारवा के 100, ओन्गी के 105, ग्रेट एंडमानिस के 40-45 और सेन्टेलीज़ के क़रीब 250 लोग नेगरीटो कबीले से हैं, जो दक्षिण एशिया की प्राचीनतम जनजाति है (100 of the Jarawa, 105 of the Onge, 40-45 of the Great Andamanese and about 250 of the Sentinelese belong to the Negrito group which is South Asia's oldest tribal affiliation ...". 2006-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30. (#missing_pipe)
- ↑ Devi, L. Dilly (1987). «Sociological Aspects of Food and Nutrition among the Onges of the Little Andaman Island». Ph.D. dissertation, University of Delhi, Delhi
- ↑ "However, the estimate of the Onge population given in the various census reports are as follows : Census Year Population 1901:672 1911:631 1921:346 1931:250 1941:- 1951:150 ...: 2008:95". 2014-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
- ↑ 1 2 Buncombe, Andrew. "Washed-up poison bottle kills eight members of island tribe". The Independent. London: Independent News & Media. 12 December 2008. 2008-12-12 tarixində orijinalından (online edition) arxivləşdirilib. İstifadə tarixi: 2008-12-12.
- ↑ "Inquiry ordered into death of Onge tribesmen". The Hindu. 2008-12-11. 2012-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2008.
- ↑ Reich, David; Kumarasamy Thangaraj; Nick Patterson; Alkes L. Price; Lalji Singh. "Reconstructing Indian Population History". Nature. 461 (7263). 24 September 2009: 489–494. doi:10.1038/nature08365. PMC 2842210. PMID 19779445. (#accessdate_missing_url)