Olmekler - Wikipedia
Olmeklər - Mərkəzi Amerikada yaşamış hindu tayfası.
Tarixi
redaktəOlmeklər - asteklərin tarixi salnamələrində xatırlanan hindu tayfalarından biridir. Tədqiqatçılar, demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata malik deyillər. Təkcə o məlumdur ki, bu xalq müasir Tabask ştatının ərazisində 4 min il əvvəl məskunlaşmışdı. Qədim rəvayətə görə, onların sirli əcdadları su vasitəsilə həyata gəlmiş və möcüzələrə malik olmuşlar. Bu xalqın əcdadları Tamaançe kimi qəribə adı olan ("Biz evimizi axtarırıq" mənasını verir) ərazidə məskunlaşmışdı. Lakin naməlum səbəbdən bu xalqın müdrik adamları gəmilərə minib, bir də dünyanın axırında qayıdacaqlarını vəd edərək cənuba doğru üzmüşlər. Yerdə qalan insanlar isə, özlərini şərti olaraq görkəmli rəhbərləri, ilk ruhaniləri olan Olmeka Uimtoninin şərəfinə – olmeklər adlandırmışlar.[1]. Olmeklər Meksikada qədim və ilk böyük mədəniyyətin yaradıcıları, sonralar Sokonuskoda (Meksikanın cənub-qərbində yerləşən Çyapas ştatında) mövcud olmuş mədəniyyətin davamçıları olmuşlar..[2]/ Olmeklər Meksikanın mərkəzi və cənub hissələrində, müasir Verakrus və Tabasko ştatlarında yerləşən tropik ərazilərdə məskunlaşmışlar. Mülahizələrə görə, olmeklərlə Sokonuskoda Mokaya mədəniyyətini yaradanlar və mixe-soke dilinin daşıyıcıları arasında qohumluq əlaqələri mövcud olmuşdur.
Etimologiyası
redaktə"Olmek" adı astek sözü olan Ōlmēcatl /oːlˈmeːkat͡ɬ/ (tək) və Ōlmēcah /oːlˈmeːkaʔ (cəm) şəklində işlənir. Bu söz iki kökdən ibarətdir: ōlli /ˈoːlːi mənası - "rezin, kauçuk" və mēcatl /ˈmeːkat͡ɬ, mənası "kanat, kəndir" sözlərindən yaranıb "rezin iynə və ya xətt" deməkdir.
Dilləri və yazısı
redaktəOlmeklər Amerika qitəsində ilk dəfə olaraq yazısı ilə şöhrət tapmış xalq hesab edilir. Bu yazı heroqliflərdən ibarət idi. Yazı tərzi soldan sağa, yuxarıdan aşağı doğru istiqamətlənərək ən arxaik variantdır. Onlar yazıda müxtəlif nöqtə, xətlərdən istifadə etməklə orijinal rəqəmlər sistemini də yaratmışlar. Bir çox tədqiqatçılar olmek yazısını mayya yazısının əcdadı da hesab edirlər.
Olmeklərin hansı dildə danışdıqları məlum deyil, onların yazısı da bu günədək oxunmamışdır. Mərkəzi Amerika dilləri arasında əhəmiyyətli yer tutan mixe-soke dilində yazılmış xeyli yazılı abidəni tədqiq edən Terrens Kaufman olmeklərin müxe-soke ailəsinə daxil olan dildə danışdıqları barədə mülahizə irəli sürmüşdür.
Mənbə
redaktə- Идолы прячутся в джунглях. В. И. Гуляев /М.,Молодая гвардия, 1972.-208 с.
- Гуляев В. И., Древнейшие цивилизации Мезоамерики, М., 1972;
- Древние ольмеки: история и проблематика исследований: Учеб.пособие / А. В. Табарев. — Новосибирск: Изд-во ИАЭт СО РАН, 2005. — 144 с.
- Кинжалов Р. В., Опыт реконструкции мифологической системы ольмеков, М., 1973;
Xarici keçid
redaktə- http://www.forgotten-civilizations.ru/15.html
- Drawings and photographs of the 17 colossal heads
- El contexto Arquaeologico de la cabeza colosal olmeca numero 7 de San Lorenzo Arxivləşdirilib 2011-10-11 at the Wayback Machine
- Stone Etchings Represent Earliest New World Writing Scientific American; Ma. del Carmen Rodríguez Martínez, Ponciano Ortíz Ceballos, Michael D. Coe, Richard A. Diehl, Stephen D. Houston, Karl A. Taube, Alfredo Delgado Calderón, Oldest Writing in the New World, Science, Vol 313, Sep 15 2006, pp1610–1614.
- Olmec Blue Jade Source Arxivləşdirilib 2007-07-18 at the Wayback Machine
- Olmecs Origins in the Mesoamerican Southern Pacific Lowlands Arxivləşdirilib 2009-05-02 at the Wayback Machine
- Ответы на вопросы по ольмекам
- А.В. Табарев, Древние ольмеки: история и проблематика исследований: Учеб.пособие – Новосибирск: Изд-во ИАЭт СО РАН, 2005. – 144 с.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Б.Байер, У.Бирштайн и др. История человечества 2002 ISBN 5-17-012785-5
- ↑ Malmström, Vincent H. "The Maya Inheritance" (PDF). 23 September 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 September 2014.