Olimpiya De Quj - Wikipedia
Olimpiya de Quj (fr. Olympe de Gouges, 7 may 1748[1][2][…], Montoban[d][4][5] – 3 noyabr 1793[2][3][…], Paris, Birinci Fransa Respublikası)—fransız qadın filosof və yazıçı. Karyerasına yazar olaraq başlayan De Quj çox keçmədən siyasi yazıları ilə məşhurlaşmışdır. Fransa Burjua İnqilabı ərzində aktiv fəaliyyət göstərən yazıçı edam cəzasının ləğvi, məhkəmələrdə xalq heyətinin qurulması, Fransa müstəmləkəsində olan kölələrin azad edilməsi, evlilikdən kənar doğulan uşaqların hüquqi olaraq tanınması, övladlığa verilməsi, gəlir vergiləri arasında ədalətsizlik və yoxsulluqla bağlı məsələlərinin həlli üçün mübarizə aparmışdır. Olimpiya de Quj günümüzdə qadın hüquqlarının müdafiəçisi kimi tanınır. O, 1791-ci ildə “Qadın və Vətəndaş hüquqları haqqında Bəyannamə” yayımlamışdı. Qujun əsərləri qadın və insan hüquqları aspektində böyük əhəmiyyətə malikdir.
Olimpiya de Quj | |
---|---|
fr. Olympe de Gouges | |
Doğum adı | Marie Gouze |
Təxəllüsü | Olympe de Gouges |
Doğum tarixi | 7 may 1748[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 1793[2][3][…] (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi[6] |
Fəaliyyəti | dramaturq, jurnalist, filosof, yazıçı, siyasətçi, müəllif |
Əsərlərinin dili | fransız dili |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOlimpiya de Quj 1748-ci ildə Fransanın cənubunda yerləşən Montoban şəhərində anadan olmuşdur. Qujun atası qəssab, anası isə camaşırçı kimi çalışırdı. Anadan olarkən ailəsi ona "Meri Quj" adını vermişdi.
De Quj 1765-ci ildə Luis Öbri adlı bir kişi ilə ailə həyatı qurmuş, bu evlilikdın Pier adlı oğlu dünyaya gəlmişdi. Evləndikdən bir neçə ay sonra həyat yoldaşını itirən Quj adını Olimpiya de Quj olaraq dəyişdirir. 1770-ci illərdə Parisdə yaşayan yazıçı dini evliliklərə qarşı idi və cinsi azadlığı müdafiə edirdi. O, Parisdə olarkən sənət adamları, yazıçılar və siyasətçilər arasında tanınmağa başlamışdı.
Fəaliyyəti
redaktəDe Quj yazıçılıq faəliyyətinə 1784-cü ildə başlamış və həyatının son 8 ilində bir sıra romanlar, siyasi yazılar, manifestlər və sosial məsələlərə aid tamaşalar yazmışdı. Mənbələrdə oxuma yazma qabiliyyətinin olmadığı qeyd olunsa da, görünür o əsərlərini başqalarının köməyi ilə qələmə almışdı.
Qujun köləliyə qarşı yazıdığı və səhnələşdirdiyi ilk əsəri 1784-cü ildə yazdığı "Zəncilərin köləliyi" adlı əsərdir.
Fransa burjua inqilabında da böyük fəallıq göstərən Quj inqilabın sadəcə kişilərin mənafeyinə xidmət etdiyini və qadınlara bərabər hüquqlar tanınmadığını gördükdən sonra inqilaba qarşı ümidləri puç olmuşdur.
O, 1791-ci ildə qadınlar üçün bərabər siyasi və hüquqi haqlar tələb edən dərnək olan "Sosial Çevrə" dərnəyinə üzv olmuşdur. Yazıçı məşhur "Qadınlara darağacına çıxmaq üçün haqlar tanınırsa, kürsüyə çıxmaq üçün də haqlar tanınmalıdı" cümlələrini ilk dəfə bu dərnəkdə qurmuşdu.
Quj 1791-ci ildə "Qadın və Vətəndaş hüquqları haqqında bəyannaməsi”ni yayımladı. Bu bəyannamə həmin illərdə məclis tərəfindən yayımlanan "İnsan və Vətəndaş hüquqları bəyannaməsi"nin bir sürəti idi. Quj "insan" sözlərini " qadın" sözü ilə əvəz etmişdi.
Yenə həmin il Quj Jan Jak Russonun "Cəmiyyət müqaviləsi"nə cavab olaraq özünün eyni adlı əsərini qələmə aldı.Yazıçı burada cəmiyyətdəki kişi və qadınlar arasında bərabərsizliyə diqqət çəkmişdi.
Ölümü
redaktəOlimpiya de Quj 1793-cü ildə yazdığı "Le trois urnes, ou le salut de la Patrie, par un voyageur aérien" adlı əsərinə görə həbs edilmiş, 3 ay sonra isə noyabr ayının 3-də edam edilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 Kuiper K. Olympe de Gouges // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Olympe de Gouges // FemBio database (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France Olympe de Gouges // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Blanc O. « Celle qui voulut politiquer » (fr.). // Le Monde diplomatique Paris: Le Monde Diplomatique SA, 2008. P. 2–3. ISSN 0026-9395; 1950-6260; 2491-5866
- ↑ 1 2 Cot E. Olympe de Gouges : entre histoire et mémoire XVIIIème siècle et XXIème siècle. S. 11.
- ↑ Cot E. Olympe de Gouges : entre histoire et mémoire XVIIIème siècle et XXIème siècle.