Olenivka Hebsxanasinda Qetliam - Wikipedia
Olenivka həbsxanasında qətliam — 29 iyul 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Donetsk vilayətinin Olenivka yaxınlığındakı Molodijne kəndində Rusiya tərəfindən idarə olunan həbsxanada ukraynalı hərbi əsirlərin yerləşdiyi binanın dağıdılması. Hadisə nəticəsində , 53–62 ukraynalı hərbi əsir həlak olmuş, 75–130 nəfər yaralanmışdır. Əsirlər əsasən Mariupolun mühasirəsində Ukraynanın son qalası olan Azovstal kompleksinin əsgərləri idilər.[2]
Olenivka həbsxanasında qətliam | |
---|---|
Ümumi məlumatlar | |
47°49′42″ şm. e. 37°42′39″ ş. u.HGYO | |
Yeri | |
Tarix | 29 iyul 2022 |
Ölü sayı |
|
Yaralı sayı |
|
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirmişdir ki, Rusiya orada ukraynalı əsirlərin işgəncə və qətlini ört-basdır etmək üçün kazarmanı partlatmışdır və Ukrayna rəsmiləri əvvəlcədən qazılmış məzarların peyk şəkillərini təqdim etmişdilər.[3][4] Rusiya HIMARS raketinin Ukrayna ərazisindən vurulduğunu irəli sürmüşdür.[5] Məhkəmə və silah ekspertlərinin işinə, habelə peyk şəkillərinə əsaslanan müstəqil araşdırmalar, hadisələrin Rusiya versiyasının çox güman ki, uydurma və dezinformasiya olduğunu müəyyən etmişdir, çünki zərərin HIMARS raketi tərəfindən vurulması ehtimalı praktiki olaraq yoxdur və bunun əvəzinə sübutlar həbsxananın binanın içərisində partladılmış bomba ilə partladıldığı göstərir.[4][6][7]
3 avqustda BMT-nin baş katibi Antoniu Quterreş həm Rusiya, həm də Ukraynanın tələbi ilə faktaraşdırıcı missiya yaratmaq qərarını açıqlamışdır.[8][9] Buna baxmayaraq, Rusiya BMT və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıqdan imtina etmiş və faktaraşdırıcı missiya ləğv edilmişdir.[10][11]
Reaksiyalar
redaktə29 iyul 2022-ci ildə verdiyi bəyanatda Avropa İttifaqının xarici əlaqələr üzrə yüksək vəzifəli rəsmisi Jozep Borrell Rusiyanı hücumda günahlandırmış, bunu "dəhşətli vəhşilik" və "barbar hərəkət" adlandırmışdır.[12] Estoniya,[13] Birləşmiş Krallıq və Fransa rəsmiləri də oxşar münasibət bildirmişdilər.[14]
Ağ Ev 2 avqust 2022-ci ildə qeyd etmişdir ki, yeni kəşfiyyat məlumatları Rusiyanın qətliamla bağlı sübutlar uydurmağa çalışdığına işarə edir.[15]
Nəticəsi
redaktə11 oktyabr 2022-ci ildə Olenivkada həlak olan hərbi əsirlər də daxil olmaqla 62 əsgərin cəsədi Ukraynaya qaytarılmışdır.[16]
İstinadlar
redaktə- ↑ 1 2 https://www.bbc.com/ukrainian/news-62339684.
- ↑ "Admission of guilt: Russia blocks international investigation of Olenivka mass killing of Ukrainian POWs". Kharkiv Human Rights Protection Group. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-07.
- ↑ "Russians struck Olenivka to cover up the torture and execution of prisoners General Staff of the Armed Forces of Ukraine". news.yahoo.com (ingilis). 29 July 2022. 30 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2022.
- ↑ 1 2 "'Absolute evil': Inside the Russian prison camp where dozens of Ukrainians burned to death". TheGuardian.com. 6 August 2022. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2022.
- ↑ "Russia says Ukraine struck prison in Donetsk region, killing 40". Reuters (ingilis). 29 July 2022. 30 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2022.
- ↑ Lister, Tim; Mezzofiore, Gianluca; Cotovio, Vasco; Brown, Benjamin; Nechyporenko, Kostan. "Russia claims Ukraine used US arms to kill jailed POWs. Evidence tells a different story". CNN (Special Report). Design by Sarah-Grace Mankarious and Marco Chacón. 11 August 2022. 30 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2022.
A CNN investigation based on analysis of video and photographs from the scene, satellite imagery from before and after the attack and the work of forensic and weapons experts concludes the Russian version of events is very likely a fabrication.
- ↑ "UN rejects Russian account of attack that killed 50 Ukrainian prisoners, confirming findings of a CNN investigation". 25 July 2023. 29 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2024.
Experts consulted by CNN discounted a HIMARS strike on Olenivka – but could not say definitively what killed and wounded so many prisoners. The investigation noted that “experts say most signs point to an intense fire, and according to several witnesses there was no sound of an incoming rocket.” [...] The OHCHR said that it had been able to “conduct extensive interviews with survivors of the incident at Olenivka and undertaken detailed analysis of available additional information…While the precise circumstances of the incident on the night of 28-29 July 2022 remain unclear, the information available and our analysis enable the Office to conclude that it was not caused by a HIMARS rocket.”
- ↑ "U.N. chief launches fact-finding mission into Ukraine prison attack". Reuters (ingilis). 2022-08-04. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
- ↑ "UN fact-finding mission members appointed for Donetsk prison attack". Business Standard (ingilis). 2022-08-23. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
- ↑ "Russia-Ukraine war live: Putin's ceasefire proposal shows he is 'trying to find oxygen', says Biden". The Guardian (English). 5 January 2023. 5 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2023.
- ↑ "Red Cross denied access to prisoners at Russian-held Olenivka despite 'intense' talks -ICRC chief". Reuters. September 2022. 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- ↑ "'Sickening' video shows gagged Ukrainian POW being castrated". New York Post. 29 July 2022. 30 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2022.
- ↑ "Estonian politicians condemn Olenivka prison attack". ERR (ingilis). 30 July 2022. 30 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2022.
- ↑ "Ukraine : Paris exprime son "horreur" après le bombardement d'une prison" [Ukraine: Paris expresses its "horror" after the bombing of a prison]. TF1 INFO (fransız). 30 July 2022. 30 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2022.
- ↑ Madhani, Aamer; Lederer, Edith M. Washington adlı yerdə yazılıb. "US says Russia aims to fabricate evidence in prison deaths". New York City: Associated Press. 4 August 2022. 24 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2022.
- ↑ "Україна повернула тіла військових, загиблих під час теракту в Оленівці". Мілітарний (ukrayna). 2022-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
Xarici keçidlər
redaktə- Удар по колонии с пленными украинскими военными в Еленовке: то немногое, что пока известно Lua xətası modul Modul:In_lang, sətir 41: attempt to call local 'name_from_tag' (a nil value). (tr. "A strike on a colony with captured Ukrainian soldiers in Yelenovka: what little is known so far"), BBC.com
- Harding, Luke. "'Absolute evil': inside the Russian prison camp where dozens of Ukrainians burned to death". the Guardian (ingilis). 2022-08-06. İstifadə tarixi: 2022-08-08.