Ogust Dupen - Wikipedia
Kavaler Ogüst Düpen (C. Auguste Dupin) — ədəbiyyat tarixində Edqar Allan Po tərəfindən yaradılmış ilk xəfiyyə (detektiv) obrazı. Düpen obrazı yaranma tarixi baxımından hətta detektiv ifadəsini qabaqlayır. Düpen obrazını yaradarkən Po, məşhur fransız xəfiyyəsi, dünyada ilk detektiv agentliyinin yaradıcısı Vidokun memuarlarından yararlanmışdır.
K.Ogüst Düpen fransızdır və Parisin Sen-Jermen məhəlləsində yaşayır və ilk dəfə oxucular onunla "Morq küçəsində qətl" hekayəsində tanış olurlar. O, bundan sonra daha iki əsərdə ("Mari Roje müəmması" və "Oğurlanmış məktub") peyda olur. Düpen həm də, Fəxri Legionun kavaleridir.
Düpen heç də peşəkar detektiv deyil və hər üç məlum halda onu xəfiyyəlik etməyə sövq edən motivlər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun metodu başqa insanların fikirlərini oxuma və xəyalən cinayətkarın cildinə girə bilmə qabiliyyətlərini öz fövqəladə intellekti ilə birləşdirməkdən ibarətdir.
Düpen sonradan bir çox məşhur detektiv obrazlarının, o cümlədən Şerlok Holmsun prototiplərindən biri olmuşdur. Bununla belə, "Al-qırmızı etüd" povestində Şerlok Holms Düpen haqqında deyir ki, onun fikrincə Düpen bilavasitə şəxs olub.
İstinadlar
redaktəXarici keçidlər
redaktə Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |