Odsonn Eduard - Wikipedia
Odsonn Eduard (fr. Odsonne Édouard; 16 yanvar 1998[1], Kuru[d], Fransa Qvianası, Fransa) — Fransa futbolçusu, Şotlandiya futbol klubu olan "Seltik" klubunun hücumçusu.
Odsonn Eduard | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Odsonne Édouard | |||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Odsonn Eduard | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 187 | ||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 83 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Seltik | ||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 22 | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Eduard "Bobini" klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2011-ci ilin iyul ayında "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalamış, 2016–17 mövsümündə isə Liqa 1 təmsilçilərindən olan "Tuluza" klubuna icarəyə verilmişdir. Növbəti mövsümü "Seltik" klubuna icarə əsasında keçirmiş və klub ilə yerli treblı qazanmışdır.
Eduard Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, 2015 UEFA Avropa U-17 Çempionatında millisinin əsas aparıcı oyunçusu olmuş və Ən yaxşı oyunçu və Qızıl ayaqqabı mükafatlarının sahib çıxmışdır.
Klub karyerası
redaktəPari Sen-Jermen
redaktəErkən illəri
redaktəEduard 2011-ci ildə həvəskar klub olan Bobini klubundan Pari Sen-Jermen Akademiyasına transfer olmuşdur.[2][3] O, ilk şöhrətini 2013–14 mövsümündə klubun U-17 komandasında bombardir olmaqla əldə etmişdir. Eduard U-17 Milli çempionatında 22 oyunda 25 qolla yadda qalmışdır. O, növbəti mövsümdə U-17 komandası ilə 14 liqa oyununda 22 dəfə fərqlənməyi bacarmış və Al Kass Kubokunu qazanan heyətin tərkibində yer almışdır. Həmin turnirdə Eduard 5 oyunda 3 qolla yadda qalmışdır.[4][5] O, klubun U-19 komandası ilə iki UEFA Gənclər Liqası görüşündə, Qambardella Kuboku oyununda və yeddi U-19 Çempionatı görüşündə yeddi dəfə fərqlənməyi bacarmışdır. İki ilə ərzində o, klubun gənc komandaları ilə 60-dan çox qol vurmuş, "Roket" və "Sehrli Odsonn" ləqəblərini qazanmışdır.[6]
2015–16 mövsümü ərzində Eduard həm U-19, həm də CFA komandasında çıxış etmişdir. 2016-cı ilin yanvar ayında o, klubun azarkeşləri tərəfindən seçilən mövsümün ən yaxşı akademiya oyunçusuna verilən 2015 Titi d'Or mükafatının qalibi olmuşdur.[7] Mükafatı əvvəlki illərdə Kinqsli Koman və Jan-Kevin Oqustin kimi istedadlı futbolçular qazanmışdır. PSJ həmin mövsüm Gənclər Liqasının finalında oynamış, lakin "Çelsi" klubuna 1–2 hesabı ilə məğlub olmuşdur. Eduard turnir ərzində üç qol və üç assistlə yadda qalmışdır.[8]
27 aprel 2016-cı ildə Eduard "Pari Sen-Jermen" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[2][3][8] 2016–17 mövsümünün hazırlıq mərhələsində o, PSJ klubu ilə 2016 Beynəlxalq Çempionlar Kubokunda iştirak etmişdir.[9] O, qeyri-rəsmi debütünü "Lester Siti" klubuna qarşı oyunda etmişdir. Eduard 79-cu dəqiqədə meydana daxil olmuşdur. Beynəlxalq Çempionlar Kubokunun son oyun günündə PSJ rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir.[10][11] Qələbə nəticəsində PSJ Çempionlar Kubokunun qalibi olmuşdur.[12]
Tuluzada icarə
redaktə8 avqust 2016-cı ildə Eduard "Tuluza" klubuna mövsüm sonuna kimi icarəyə verilmişdir.[13][14][15][16] O, klub ilə debütünü 14 avqust 2016-cı ildə "Marsel" klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə İssiaqa Sillanı əvəz etmiş və komandası rəqibi ilə 0–0 hesabı ilə heç-heçə qalmışdır.[17] Eduard karyerasında ilk peşəkar qolunu 19 noyabrda "Mets" klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur.[18]
30 mart 2017-ci ildə Eduard 11 fevral tarixində yoldan keçən bir şəxsi vurmaqda və başından yaralamaqda şübhəli bilinmişdir.[19] Hadisə nəticəsində o, polis tərəfindən sorğu altına alınmış və onun icarəsinə "Tuluza" klubu tərəfindən vaxtından əvvəl xitam verilmişdir.[20] İcarənin xitamına qədər Eduard 17 görüşdə iştirak etmiş və 1 qolla yadda qalmışdır. Daha sonra müəyyənləşdi ki, hadisəni törədən onun komanda yoldaşı Mateu Kafarodur. O, silahdan atəş açdığını etiraf etmişdir.[21] Daha sonra Kafaro müraciətini geri götürmüşdür. 13 iyunda Tuluza Prokuroru Eduardı 4 aylıq şərti həbs cəzası və €6,000 pul cəzası ilə cəzalandırmışdır. Məhkəmə zamanı Eduard Kafaronun həmin şəxsə atəş açdığını iddia etmişdir. Kafaro isə atışma zamanı avtomobildə olmadığını bildirmişdir.[22] 4 iyul tarixində Eduard Tuluza Təqsirləndirmə Məhkəməsi tərəfindən 4 aylıq həbs cəzasına məhkum edilmişdir. Bundan əlavə o, €6,000 cərimə ödəməli və qulağından yaralanan zərərçəkənə tibbi bərpası üçün €2,600 verməli idi.[23]
"Seltik"
redaktəPSJ-dən icarə
redaktə31 avqust 2017-ci ildə Eduard "Seltik" klubuna mövsüm sonuna kimi icarəyə verilmişdir.[24] O, klub ilə debütünü 8 sentyabrda "Hamilton Akademikal" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Seltik rəqibinə 4–1 hesabı ilə qalib gəlmişdir.[25] Həmin ilin sonunda, yəni 2 dekabrda o, Motervell klubu ilə görüşdə ilk het-trikini etmişdir. Seltik Parkda keçirilən görüşdə Seltik rəqibinə 5–1 hesabı ilə qalib gəlmişdir.[26] O, üç gün sonra UEFA Çempionlar Liqasında debüt etmişdir. Eduard Anderlext klubu ilə qrup görüşündə Mussa Dembeleni əvəz etmişdir.[27]
11 mart 2018-ci ildə o, "Reyncers" klubuna qarşı Old Firm derbisinin 69-cu dəqiqəsində qələbə topunun müəllifi olmuşdur. Aybroks stadionunda keçirilən görüşdə Seltik rəqibinə 3–2 hesabı ilə qalib gəlmişdir. 29 apreldə Eduard klubunun 5–0 hesablı qələbə qazandığı görüşdə iki qolla yadda qalmış və klubu ardıcıl yeddinci dəfə liqanın qalibi olmuşdur.[28][29] O, Seltik klubu ilə yerli trebl etdiyi mövsümün sonuna kimi 29 görüşdə iştirak etmişdir.[27]
Birdəfəlik alma
redaktə15 iyun 2018-ci ildə "Seltik" klubu ilə dörd illik müqavilə imzalamışdır. Bu transfer klubun ən bahalı transferi olmuşdur.[30] Ödənən məbləğ 2000 və 2001-ci illərdə Kris Satton və Con Hartson üçün ödənən £6 milyondan çoxdur. Güman olunur ki, Eduard üçün £8 milyon ödənmişdir.[31] Növbəti ayda 2018 Golden Boy mükafatına namizəd olan 100 nəfərlik siyahıda adı verilmişdir. O, Şotlandiyada çıxış edən futbolçular arasında namizəd olan yeganə futbolçu olmuşdur.[32] O, klub ilə ikinci dəfə debütünü "Alaşkert" klubuna qarşı 2018–19 UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi görüşündə etmişdir. Eduard birinci qolun müəllifi olmuş və komandası rəqibinə 3–0 hesabı ilə qalib gəlmişdir.[33] Fransız növbəti turda Seltik Parkda "Rosenborq" klubu ilə görüşdə 2 qolla yadda qalmış və komandası rəqibinə 3–1 hesabı ilə qalib gəlmişdir. Baş məşqçi Brendan Rocers onu 'top hücumçu' adlandırmışdır.[34][35]
25 may 2019-cu ildə Eduard "Harts" klubuna qarşı Şotlandiya Kubokunun final görüşündə dublla yadda qalmış və Seltik mövsümü "trebl" ilə başa vurmuşdur.[36]
Milli karyerası
redaktəKlub səviyyəsində uğurlu çıxış etdikdən sonra Eduard baş məşqçi Jan-Klod Quitini tərəfindən 2015 UEFA Avropa U-17 Çempionatında iştirak etmək üçün milliyə dəvət almışdır. Fransa 15 qol vuraraq turnirin qalibi olmuşdur. Eduard beş oyunda 8 qol vuraraq turnirin bombardiri olmuş və həmçinin yeni rekord müəyyənləşdirmişdir. O, həmçinin turnirin ən yaxşı oyunçusu seçilmişdir.[37][38][39][40] O, Almaniya millisinə qarşı final görüşündə het-triklə yadda qalmışdır.[41]
Karyera statistikası
redaktəKlub
redaktə- 26 dekabr 2018 tarixində yenilənib[42]
Klub | Mövsüm | Liqa | Kubok | Liqa Kuboku | Avropa | Digər | Ümumi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Tuluza (icarə) | 2016–17 | Liqa 1 | 16 | 1 | 0 | 0 | 1 | 0 | — | — | 17 | 1 | ||
Seltik | 2017–18 (icarə) | Premyerşip | 22 | 9 | 3 | 2 | 1 | 0 | 3[a] | 0 | 0 | 0 | 29 | 11 |
2018–19 | 17 | 9 | 0 | 0 | 3 | 0 | 11 | 5 | 0 | 0 | 31 | 14 | ||
Ümumi karyera | 48 | 23 | 5 | 2 | 4 | 0 | 16 | 5 | 0 | 0 | 74 | 30 | ||
Ümumi karyera | 64 | 24 | 5 | 2 | 5 | 0 | 16 | 5 | 0 | 0 | 91 | 31 |
- ↑ İki Çempionlar Liqası və bir Avropa Liqası görüşləri daxildir.
Uğurları
redaktəKlub
redaktə- Pari Sen-Jermen U19
- UEFA Gənclər Liqası İkinci yer: 2015–16[43]
- Seltik
- Şotlandiya Premyerşipi: 2017–18[29], 2018–19[44]
- Şotlandiya Liqa Kuboku: 2018–19[45]
- Şotlandiya Kuboku: 2018–19[46]
Milli komanda
redaktə- Fransa
Fərdi
redaktə- UEFA Avropa U-17 Çempionatı Ən Yaxşı Oyunçu: 2015[37]
- UEFA Avropa U-17 Çempionatının Bombardiri: 2015[38]
- UEFA Avropa U-17 Çempionatı: 2015: Turnirin Komandası[39]
- Titi d'Or: 2015[7]
İstinadlar
redaktə- ↑ Odsonne Edouard // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Rodden, Mark. "Odsonne Edouard signs professional contract with Paris Saint-Germain". ESPN FC. 28 April 2016. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2016.
- ↑ 1 2 "Edouard signs 1st professional contract". PSG.fr. Paris Saint-Germain Football Club. 27 April 2016. 8 September 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 July 2016.
- ↑ "Un Titi plante 76 buts en 75 matchs" (French). magicpaname.com. 4 yanvar 2015. 7 avqust 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2017.
- ↑ "Le PSG "champion du monde"" (French). L'Équipe. 16 February 2015. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2017.
- ↑ "Odsonne Édouard, la perle de l'équipe de France U17" (French). France-Guyane. 22 May 2015. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2017.
- ↑ 1 2 "LIGUE 1 PSG centre de formation : Odsonne Edouard, Titi d'or 2015" (French). France Bleu. 26 January 2016. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2017.
- ↑ 1 2 "PSG : Odsonne Edouard passe professionnel" (French). Le Parisien. 27 April 2016. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2017.
- ↑ "Starting XI in Eugene". PSG.fr. Eugene, Oregon: Paris Saint Germain Football Club. 24 July 2016. 12 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 July 2016.
- ↑ Odsonn Eduard at ESPN FC
- ↑ Guardian sport and agencies. "Leicester City thrashed by PSG in International Champions Cup". The Guardian. London. 31 July 2016. 30 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2016.
- ↑ "Paris Saint-Germain Win the 2016 International Champions Cup!". Official website of International Champions Cup. 6 August 2016. 9 September 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 August 2016.
- ↑ "Transfert : Odsonne Edouard (PSG) à Toulouse pour un an". L'Équipe (French). 8 August 2016. 10 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2016.
- ↑ N.D. "Mercato : Toulouse : Odsonne Édouard (PSG) attendu". France Football (French). 9 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2016.
- ↑ "Odsonne Edouard prêté une saison au TFC" (French). Toulouse Football Club. 8 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2016.
- ↑ PA Sport. "Odsonne Edouard joins Toulouse on year-long loan from Paris St-Germain". ESPN FC. 8 August 2016. 8 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2016.
- ↑ "Marseille vs. Toulouse - 14 August 2016 - Soccerway". soccerway.com. 5 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2016.
- ↑ "Toulouse vs. Metz - 19 November 2016 - Soccerway". Soccerway. 13 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2016.
- ↑ "Un joueur de Toulouse prêté par le PSG suspecté dans une affaire de blessure par balle" (French). Le Figaro. 30 March 2017. 12 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 April 2017.
- ↑ "Toulouse : sous contôle judiciaire, Odsonne Edouard renvoyé au PSG" (French). Le Figaro. 3 April 2017. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2017.
- ↑ "Toulouse: Mathieu Cafaro reconnait être l'auteur du tir et innocente Odsonne Édouard". Le Figaro.fr (fransız). 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2017.
- ↑ "Quatre mois de prison avec sursis requis contre Odsonne Edouard" (French). L'Équipe. 13 June 2017. 17 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2017.
- ↑ "Odsonne Edouard condamné à quatre mois de prison avec sursis" (French). L'Équipe. 4 July 2017. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2017.
- ↑ McLaughlin, Chris. "Odsonne Edouard: Celtic sign Paris St-Germain striker on loan for season". BBC Sport. BBC. 31 August 2017. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2017.
- ↑ Dowden, Martin. "Hamilton Academical 1-4 Celtic". BBC Sport. BBC. 8 September 2017. 29 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2017.
- ↑ "Odsonne Edouard hits hat-trick to help Celtic dismantle Motherwell". The Observer. Press Association. 2 December 2017. 29 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2017.
- ↑ 1 2 Burton, Chris. "PSG starlet Edouard hoping for extended Celtic stay". Goal. 11 May 2018. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2018.
- ↑ "Rangers 2-3 Celtic". BBC. 11 March 2018. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2018.
- ↑ 1 2 "Celtic 5–0 Rangers". BBC Sport. 29 April 2018. 30 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2018.
- ↑ "Celtic delighted to sign Odsonne Edouard on a four-year deal". Celtic. 15 June 2018. 15 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 June 2018.
- ↑ Idessane, Kheredine. "Odsonne Edouard: Celtic agree club record fee for PSG striker". BBC Sport. 14 June 2018. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2019.
- ↑ Wilson, Fraser. "Celtic record signing Odsonne Edouard nominated for Golden Boy award beside Kylian Mbappe and other Euro stars". Daily Record. 1 July 2018. 5 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2018.
- ↑ "Alashkert 0–3 Celtic". BBC Sport (ingilis). 2018-07-10. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
- ↑ "Celtic beat Rosenborg 3–1 in Champions League qualifier first leg". BBC Sport (ingilis). 2018-07-25. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
- ↑ Young, Graeme. "Celtic boss Brendan Rodgers raves about 'top striker' Odsonne Edouard". dailyrecord. 2018-07-25. 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-26.
- ↑ Campbell, Alan. "Celtic win the treble treble as Édouard's double beats Hearts". The Observer. 25 May 2019. ISSN 0029-7712. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2019.
- ↑ 1 2 Harrison, Wayne. "Golden Player – 2015: Odsonne Edouard". uefa.com. Union of European Football Associations. 10 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2016.
- ↑ 1 2 "Eight-goal Edouard takes scorers' prize". uefa.com. Union of European Football Associations. 22 May 2015. 10 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2016.
- ↑ 1 2 "Team of the Tournament". UEFA.com. Union of European Football Associations. 24 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2016.
- ↑ Claudel, Maxime. "Equipe de France : les U17 sacrés champions d'Europe onze ans après la génération Benzema". TF1.fr. TF1. 23 May 2015. 5 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 June 2017.
- ↑ 1 2 Harrison, Wayne. "Edouard treble gives France second U17 title". UEFA.com. Burgas, Bulgaria: Union of European Football Associations. 22 May 2015. 5 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2016.
- ↑ Soccerway.com saytında profili (ing.)
- ↑ "Chelsea defeat Paris to retain Youth League title". uefa.com. Union of European Football Associations. 21 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2017.
- ↑ "Aberdeen 0–3 Celtic: Neil Lennon's side secure eighth consecutive Scottish title". BBC Sport. 4 May 2019. 30 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2019.
- ↑ "Scottish League Cup final: Celtic 1–0 Aberdeen – Rodgers leads holders to seventh straight trophy". BBC Sport. 2 December 2018. 20 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2019.
- ↑ "Heart of Midlothian 1–2 Celtic". BBC Sport. 25 May 2019. 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2019.
Xarici keçidlər
redaktə- France profile Arxivləşdirilib 2019-01-25 at the Wayback Machine at FFF (fr.)
- Odsonn Eduard. L'equipe saytındakı profili (fr.)
- FIFA saytında statistika (ing.)
- UEFA.com saytında statistika (ing.)
- Odsonn Eduard at ESPN FC
- Odsonn Eduard karyera statistikaları Soccerbase-də
- Toulouse official profile (fr.)