Odlu Geven - Wikipedia
Odlu gəvən (lat. Astragalus igniarius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Odlu gəvən | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Odlu gəvən |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Ümumi yayılması
redaktəAzərbaycan
Azərbaycanda yayılması
redaktəKür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır.
Statusu
redaktəAzərbaycanın endem bitkisidir. VU C2a(ı).
Bitdiyi yer
redaktəXəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır.
Təbii ehtiyatı
redaktəAzərbaycanda dar bir arealda yayılmışdır.
Bioloji xüsusiyyətləri
redaktəHünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür. Çiçək oxları yarpağa bərabər, yaxud onlardan qısa, yumşaq, azçiçəklidir.
Paxlası saplaqlı, ellipsvarı, uzunsov, ucu şiş, arxası azca şırımlı, üzəri yumşaq ağ tüklü, buruncuğu 1,5 mm-ə qədər əyilmiş, bizvarıdır. Birinci dəfə Abşeron yarımadasından təsvir edilmişdir. Mayda çiçəkləyir, iyun ayında meyvəsi yetişir.
Çoxalması
redaktəTəbiətdə toxumla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
redaktəBecərilmir.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəQəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
redaktəAzərbaycanın "Qırmızı Kitabı"na salınması və bitki yayılan yerlərdə yasaqlığın təşkili vacibdir.