Obyekt Yonumlu Proqramlasdirma - Wikipedia
Obyekt-yönümlü proqramlaşdırma (OYP) - kompüter proqramları və tətbiqləri yaratmaq üçün proqramlaşdırma paradiqmasıdır.
Əsas xüsusiyyətləri:
- enkapsulyasiya (encapsulation),
- varislik (inheritance),
- polimorfizm (polymorphism),
- abstraksiya (abstraction),
- obyektlər arasında informasiya axınının təşkili (sending messages / message sending),
- təkrar istifadə oluna bilərlik (reusability).
İlk obyekt-yönlü proqramlaşdırma dili Simula olub. Hazırda dünyada çoxlu sayda obyekt-yönlü proqramlaşdırma dillər vardır.
Obyekt anlayışı proqramlaşdırmada mühüm rol oynayır. Proqram obyektləri real həyatdakı obyektlərə çox bənzəyir – onlar da öz daxili quruluşları, hərəkətləri, xassələri ilə bir-birindən fərqlənir. Kompüterin ekranındakı hər bir şeyə obyekt kimi baxmaq olar: ekranda istənilən pəncərə obyektdir; hər bir düymə, simgə obyektdir; istənilən menyu obyektdir. Obyekt-yönlü proqramlaşdırmanın mahiyyətini başa düşmək üçün tarixə qısa səyahət etmək faydalı olardı. Ötən əsrin 50-70-ci illərində kompüterlər ağlagəlməz dərəcədə baha idi. Onların qiymətləri ilə müqayisədə proqramçıların əmək haqqı çox cüzi idi. Bu münasibət proqramlaşdırmaya da təsir göstərirdi. O illər proqramların yazılmasına və sazlanmasına proqramçının nə qədər vaxt sərf etməsi o qədər də önəmli deyildi. Əsas məsələ kompüteri çox yükləməmək idi, çünki kompüterin hər dəqiqəsi böyük məbləğlərlə hesablanırdı. Hər şey 80-ci illərin ortalarında fərdi kompüterlərin meydana çıxması ilə dəyişdi. Kompüterlərin kütləvi istehsalı onlar üçün çoxlu sayda proqramların olmasını da tələb edirdi. Bu zaman aydın oldu ki, peşəkar proqramçının bir aylıq işinin dəyəri onun kompüterinin qiymətindən aşağı deyil. Onda insanlar proqramçıların vaxtını hədər yerə sərf etməmək üçün proqramlaşdırma mühitinin özünü təkmilləşdirməyə başladılar. İlk növbədə koddan təkrar istifadə prinsipi yarandı. Bu prinsipə görə, kiminsə bir dəfə yaratmış olduqları toplanıb saxlanmalı və başqa proqramçılar tərəfindən hazır bloklar şəklində istifadə olunmalıdır. Belə proqram bloklarını obyektlər (OBJECT) adlandırdılar. Yeni proqram hazırlamaq lazım gəldikdə, əvvəlki proqramlardan obyektlər götürülür və onlar, sadəcə, yeni tələblərə uyğun dəyişdirilir. Müxtəlif proqramlarda eyni formalı pəncərələrə, oxşar menyulara, eyni düymələrə rast gəlinir. Proqramların əksəriyyətində eyni şriftlərədən istifadə olunur. Bunların hamısı yeni tələblərə uyğunlaşdırılmış obyektlərdir.
Xarici keçidlər
redaktə- Obyekt yönlü proqramlaşdırma Arxivləşdirilib 2017-05-21 at the Wayback Machine
İnformatika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |