Nureli Yusifbeyli - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Nurəli Adil oğlu Yusifbəyli — Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar mühəndisi və əməkdar elm xadimi.
Nurəli Yusifbəyli | |
---|---|
Vəzifədədir | |
18 yanvar 2021-ci ildən | |
13 mart 2015 – 22 sentyabr 2020 | |
2009 – 2012 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 mart 1963 (61 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktə28 mart 1963-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycanlıdır. 1980-ci ildə Kiyev Politexnik Institutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirmişdir. 1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışmışdır. 1993–2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışmışdır. 2002–2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri" ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olmuşdur.
2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Baş Məsləhətçisi, Nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyi Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Fərmanı ilə vəzifəsindən azad edilmişdir.
Azərbaycan Respublikası Təhsil nazirinin K-44 nömrəli əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub.
MDB üzv ölkələri Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə "MDB-nin Əməkdar energetiki" fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar Mühəndisi" fəxri adına layiq görülmüşdür.
Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə "Qızıl Buta" mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə təşkil olunan İnnovasiya Müsabiqəsində II yerə layiq görülmüşdür. FAO-nun qiymətləndirməsinə əsasən I yerə layiq görülmüşdür.
1990–1994-cü il Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun aspiranturasını bitirmişdir. 1997-ci il "Mürəkkəb EES-də TAT qurğusunun qoyuluş qiymətlərinin tənzimlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 2004-cü ildə isə "Dispetçer İdarəçiliyinin yeni şəraitdə fəaliyyətinin nəzəri-metodik əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Texnika elmləri doktoru, professordur, 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir. "ELECTRO-energetics-tecnnics-mechanics+control" Beynəlxalq Elmi-İstesalat jurnalının Baş redaktorudur.
Azərbaycan Respublikası Prezidenti yanında AAK-da qeydiyyat nömrəsi ED 2.04 olan Dissertasiya Şurasının sədridir.
Beynəlxalq "IEEE" (Institute of Electrical and Electronics Engineers) Cəmiyyətinin, "Проблемы энергетики" və "Applied Mathematics" jurnallarının redaksiya heyətinin və bir sıra elmi tədqiqat institutları elmi şuralarının üzvüdür.
1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur, AzTU-da "İdarəetmə və Avtomatika" kafedrasının professoru kimi fəaliyyət göstərir.
Ailəlidir, iki övladı var.
Təqdimatlar
redaktəMükafatları
redaktəKitabları
redaktə- Elektroenergetika sistemlərinin yeni fəaliyyəti və inkişafı şəraitində dispetçer idarəçiliyi məsələlərinin əsasları
- Rusca-Azərbaycanca-İngiliscə Elektroenergetika terminləri lüğəti
- Mенеджмент Энергосбережения
- Elektrik sistemlərində keçid prosesləri 2008
- Elektrik sistemlərinin avtomatikası
- Elektrik sistemlərində keçid prosesləri 2022
- Enerji: Keçmiş Və Gələcək Vektorların Kəsişməsində
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2016-06-11 at the Wayback Machine, Azərbaycan Respublikasının energetiklərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
- ↑ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.