Noxud Denyeyeni - Wikipedia
Noxud dənyeyəni lat. Bruchus pisorum L.-Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir.
Noxud dənyeyəni | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Quruluşu
redaktəYetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir. Kürəni-boz rəngdə sıx tükcüklərlə örtülmüşdür. Bığcıqların nəhayəti xeyli yoğundur. Qanadüstlüyü qısa olduğundan qarıncığı tam örtmür. Üzərində qara-qonur və ağ ləkələr vardır. Bığcıqlar, pəncələr və ön ayaq baldırlarının əsası kürəni rəngdədir. Ön döşün yan tərəflərində tükcüklər arasında çətin seçilən iki ədəd mahmız vardır. Yumurtası sarı kəhrəba rəngdədir, nisbətcə iridir. Yaşıl paxlalar üzərində aydın saeçilir. Sürfəsi krem rəngdə olub, 5–6 mm-dir. Yoğundur, bükülmüşdür, ayaqları yoxdur, əvəzində şişkinliklər vardır. Başı kiçikdir, aydın görünür. Döş hissəsi zərif tükcüklərlə örtülmüşdür. Pupu formasına görə yetkin böcəklərə bənzəyir. Sarımtıl rəngdədir və böyüklüyü 4,5–5 mm-ə çatır.[1]
Həyat tərzi
redaktəAnbarlarda yığılmış və tarlalarda tökülüb qalmış noxud dəni içərisində böcək halında qışlayır.
Yayılması
redaktəAzərbaycanın bir sıra rayonlarında (Ağdam, Ağdaş və s.) geniş yayılmışdır.
Ədəbiyyat
redaktə- Kənd təsərrüfatı entomologiyası, S. R. Məmmədova, B. B. Xəlilov, 1986
İstinadlar
redaktə- ↑ Kənd təsərrüfatı entomologiyası, S. R. Məmmədova, B. B. Xəlilov, 1986