Nohurqislaq - Wikipedia
Nohurqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nohurqışlaq kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nohurqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Nohurqışlaq | |
---|---|
40°56′46″ şm. e. 47°53′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 658 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3632 |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəXIX əsrə aid məlumata görə, kənd Qəbələ rayonunun Vəndam kəndindən çıxmış ailələrin XIX əsrin ortalarında Nohurqışlaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Nohurqışlaq Dəmiraparançay və Vəndamçayın daşqın sularından, yeraltı sulardan qidalanan böyük su anbarının adıdır. Pambıq tarlalarını suvarmaq üçün anbarın suyu xüsusi kanalla Göyçay çayına axıdılır. Toponim "qışlaqda olan göl" mənasındadır.[2]
Tarixi
redaktəKəndin tarixi təxminən XVII əsrin sonu, XVIII əsrin əvvəllərindən başlayır. Kənd ərazisi əvvəllər qışlaq kimi istifadə olunub, sonralar isə əhali oturaq həyat sürməyə başlayıb.
Coğrafiyası və iqlimi
redaktəKənd rayon mərkəzindən 6 km cənub-şərqdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları ilə, şərqdən Vəndamçay və meşə massivi ilə, cənubdan Tüntül kəndi ilə, qərbdən isə Dəmiraparançay ilə əhatə olunub.[3]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3041 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq və maldarlıq təşkil edir.
Mühüm təsərrüfat əhəmiyyəti olan Nohur gölü 1950-ci ildə yaradılıb. Nohur göl ətrafındakı Sahil pansionatı kəndin yaxınlığındadır. Pansionatda çalışanların əksəriyyəti Nohurqışlaq sakinləridir.
Kənd yolunu Qəbələ-İsmayıllı magistral xətti ilə birləşdirən 2,5 km uzunluğunda hissəsinə asfalt vurulub.
Əhalinin içməli su ilə təmin olunması üçün artezian quyusu qazılıb, digərinə 25 tonluq su çəni qoyulub və 120 ailəyə su xətti cəkilib.[3]
Mədəniyyəti
redaktəKənddə 2008-ci ildə yeni tikilmiş stadion istifadəyə verilib. 256 nömrə tutumlu ATS quraşdırılıb.[3]
Təhsil
redaktəKənddə müasir avadanlıqla təhciz olunmuş 480 nəfərlik yeni orta məktəb binası istifadəyə verilib. Bundan başqa kənddə bir uşaq bağçası da fəaliyyət göstərir.
2011-ci ildə Nohurqışlaq kənd orta məktəbi respublika üzrə ilin məktəbi seçilib. Məktəbin yetirmələrindən indiyə kimi bir elmlər doktoru və ondan çox elmlər namizədi vardır.
Din
redaktəKənddə Nohurqışlaq kənd məscidi dini icması fəaliyyət göstərir.[5]
Şəkillər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
- ↑ Nohurqışlaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az (az.)
Həmçinin bax
redaktə Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |