Nizami Mehdiyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nizami Mehdiyev — fizika-riyaziyyat elmləri doktoru, professor (2001).[1]
Nizami Mehdiyev | |
---|---|
Mehdiyev Nizami Mikayil oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ordubad, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor (2001) |
İş yeri | Azərbaycan Dövlət Neft Akademiyası |
Təhsili |
Həyatı
redaktəMehdiyev Nizami Mikayil oğlu 14 dekabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının qədim Ordubad şəhərində anadan olmuşdur. 1966-cı ildə M. Sidqi adına Ordubad şəhər orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin "Fizika" fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Universiteti "Yarımkeçiricilər fizikası" ixtisası üzrə bitirərək, fakültə elmi şurasının zəmanəti ilə həmin il Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. Aspirantlıq müddətində o, Bakı Dövlət Universitetində professor Axundov Qüdrət Əli oğlunun rəhbərliyi altında laylı quruluşa malik A3B6 yarımkeçirici birləşmələrdə çeviricilik və elektrolüminessensiya hadisələrini tədqiq edərək 1975-ci ildə "Laylı kristallarda elektrolüminessensiya və çeviricilik hadisəsi" adlı namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Nizami müəllim 1977-ci ildə Rusiya Elmlər Akademiyasının İoffe adına Fizika və Texnika İnstitutuna ezam olunmuş, orada hazırda "Nobel" mükafatı laureatı J. İ. Alferovun rəhbərlik etdiyi "Heterokeçidlər" laboratoriyasında və N. A. Qorinovanın rəhbərlik etdiyi "Yarımkeçiricilərin texnologiyası" laboratoriyasında tədqiqatlar aparmış, doktorantura keçmişdir.
1991-ci ildə "Anizotrop selenidlərdə generasiya və rekombinasiya prosesləri" adlı doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almış və 2001-ci ildə professor adına layiq görülmüşdür.
Nizami Mehdiyev 1975–1997-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmış, eləcə də Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası "Fizika" kafedrasının professoru seçilmişdir. Hal-hazırda həmin vəzifədə işləyərək tələbələrə "Ümumi fizika kursu" üzrə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparır. Nizami Mehdiyev eyni zamanda Bakı Dövlət Universitetinin Fizika fakültəsində "Optoelektronika" fənnindən bakalavr və magistirlərə mühazirələr oxuyur.
Nizami Mehdiyevin elmi işləri anizotrop quruluşa malik binar və üçqat xalkogenik yarımkeçiricilərdə, onlar əsasında yaradılan quruluşlarda generasiya və rekombinasiya proseslərinin tədqiqinə həsr olunmuşdur. Onun şəxsən göyərtdiyi monokristalların fiziki xassələrinə təbii və xətti polyarlaşmış işığın təsiri tədqiq edilərək fotopleoxroizm əmsalının səth rekombinasiyası, elektron hallarının simmetriyası və optik keçidlər üçün seçmə qaydası ilə tənzimlənməsi müəyyən olunmuşdur.
Nizami müəllim nüfuzlu respubluka və xarici elmi jurnallarında, konfrans materiallarında dərc olunmuş yüzə qədər məqalənin, müəlliflik şəhadətnaməsinin müəllifidir. Onlarca beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Yüksəkixtisaslı kadrlar yetişdirməkdə Nizami Mehdiyevin əməyi böyükdür. Ali təhsilin bakalavr və magistr pillələri üçün "Kvant fizikasının elementləri" (1998) və "Fizika kursu" (2010) adlı dərs vəsaitlərinin, "Optoelektronika" (2005) dərsliyinin müəllifidir. Ailəlidir, bir oğlu var.
Əsas elmi əsərləri
redaktə- Об эффекте переключения в p-GаSe. Физика и техника полупроводников (ФТП), т.7, с 1830, Ленинград, 1973 г.
- Электролиминесценция монокристаллов InSe. Оптика и спектроскопия, т.38, с.952, Ленинград, 1975 г.
- Фотоэлектрические анализаторы поляризации излучения в слоистых кристаллах AIIIBVI, ФТП, т.12, с.1566, Ленинград, 978 г.
- Энергетический спектр β-Cdİn2Se4. ФТП, т.17, с.1169, Ленинград,1983.
- Фотоплеохроизм легированных кристаллов GаSe. ФТП, т. 24, с.1505, Ленинград, 1990.
- Поляризационные фотодетекторы на основе слоистых полупроводников. Физика, т.5, с.27, Баку, 1999 г.
- Photopleoxroizm of irradiated GaSe crustals. Nuklear Sciense and its applications, p. 104, İzmir, 2001 və s.
Mənbə
redaktə- Araz Yaquboğlu, Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011.
- http://physics.bsu.edu.az/az/content/mehdiyev_nizami__mikayl_olu
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.