Niyazi Necefov - Wikipedia
Niyazi Nəcəfqulu oğlu Nəcəfov (23 fevral 1922, Bakı – 12 iyul 1991, Bakı) — Azərbaycan-sovet təhlükəsizlik və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Əzizbəyov Rayon Komitəsinin birinci katibi (1971–1991).
Niyazi Nəcəfov | |
---|---|
1971 – 12 iyul 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 fevral 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyul 1991 (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəNiyazi Nəcəfqulu oğlu Nəcəfov 23 fevral 1922-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Sabirabad Rayon Komitəsinin ümumi şöbəsində başlamışdır. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, lakin Böyük Vətən müharibəsi başlananda təhsilini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə getmişdir.[1]
Niyazi Nəcəfov 1943-cü ildən 1971-ci ilədək Azərbaycan SSR dövlət təhlükəsizliyi orqanlarında işləmiş, Göyçay, Lənkəran rayon, Sumqayıt şəhər şöbələrinin rəisi, sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin məsul işçisi, aparatın partiya komitəsinin katibi olmuşdur. 1971-ci ildən həyatının sonunadək Azərbaycan KP Əzizbəyov Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.[1]
Niyazi Nəcəfov 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 8–12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, eləcə də Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü olmuşdur. "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri və 14 medalla təltif edilmişdir.[1]
Niyazi Nəcəfov 12 iyul 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir. Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[2]
İstinadlar
redaktəXarici keçidlər
redaktə- "Nəcəfov Niyazi Nəcəfqulu oğlu". Şamaxı ensiklopediyası. 2014. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2023.