Nintendo - Wikipedia
Nintendo Co., Ltd.[a] — Yaponiya çoxmillətli elektronika və videooyun şirkəti. Baş qərargahı Kioto şəhərində yerləşir. "Nintendo" bazardakı ən böyük videooyun şirkətlərindən biridir. Şirkət "Mario", "The Legend of Zelda", "Animal Crossing" və "Pokémon" kimi ən çox tanınan və ən çox satan videooyun franşizalarının yaradısıdır.
Nintendo | |
---|---|
任天堂 | |
Ümumi məlumatlar | |
Tipi | kabuşiki qaişa[d] |
Sənaye | videooyun sənayesi[d][1] |
Məhsulları | proqram təminatı, video oyun |
Təsis tarixi | 23 sentyabr 1889[2], 1947[3] |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
nintendo.com/us/regionse… | |
Vikianbarda əlaqəli mediafayllar |
"Nintendo" Fusaciro Yamauçi tərəfindən 23 sentyabr 1889-cu ildə yaradılmışdır və ilkin dövrlərində əldəqayırma hanafuda kartları istehsal etmişdir. 1963-cü ildə şirkət artıq taksi xidməti, sevgi otelləri kimi bəzi biznes sahələrinə girişmiş, ancaq uğur tapa bilməmişdir. Şirkət 1960-cı illərdə bütün keçmiş ticarət müəssisələrini oyuncaq istehsalına ayırmışdır. "Nintendo" 1970-ci illərdə videooyun şirkətinə çevrilmişdir. 1980-ci illərdən bəri şirkətin əsas diviziyaları olan "Nintendo of America" və "Nintendo of Europe" tərəfindən dəstəklənən "Nintendo" videooyun sənayesindəki ən təsirli şirkətlərdən, eləcə də dəyər baxımdan 2018-ci ildə 37 milyard ABŞ dolları ilə Yaponiyanın ən dəyərli şirkətlərindən birinə çevrilmişdir.[7]
Marketinq
redaktəLoqolar
redaktə"Nintendo" şirkətinin ən çox tanınan loqosu cıdır yolu formalı olanıdır, hansı ki, 1960-cı illərdən bəri istifadə olunur. Ağ rəngli zəmində yerləşən qırmızı rəngli yazıdan təşkil olunmuş loqo 1985-ci ildən 2006-cı ilə qədər Qərb bazarlarından istifadə edilmişdir. Yaponiyada loqonun rəngsiz, monoxromatik versiyası "Nintendo" korporasiyas;nın "Famicom", "Super Famicom", "Nintendo 64", "GameCube" konsolları, eləcə də marketinq işlərində istifadə olunmuşdur. 2006-cı ildən sonra "Wii" konsolunun satışa çıxarılması ilə "Nintendo" loqosunu boz rəngli, rəngsiz zəminli versiyası ilə dəyişmişdir. "Nintendo" şirkətinin rəsmi loqosu bu variasiyadır.[8] 2015-ci ildən bəri istehlakçı məhsullar və marketinq üçün loqonun qırmızı zəminli ağ variantından istifadə olunur.
-
1889–1950
-
1960–1965
-
1967–1975
-
1975–2006
-
2006–2016
-
2016–h.h.
Şirkət strukturu
redaktəDirektorlar şurası
redaktəSəlahiyyətli direktorlar
redaktə- Şuntaro Furukava. Prezident.[9][10]
- Şiqeru Miyamoto. Peşə yoldaşı.
Direktorlar
redaktə- Şinya Takahaşi. Baş idarəedici administrator, "Nintendo Entertainment Planning & Development" şöbəsinin ümumi meneceri.
- Ko Şiota. Baş adminstrator, "Nintendo Platform Technology Development" şöbəsinin ümumi meneceri.
- Satoru Şibata. Baş adminstrator, marketinq və lisenziyalar üzrə ümumi menecer.
Adminstratorlar
redaktə- Duq Bouzer, president and COO of Nintendo of America
- Yoşiaki Koyzumi, Eyci Aonuma və Hisaşi Noqami. "Nintendo Entertainment Planning & Development" şöbəsinin ümumi menecer müavinləri.[11]
- Takaşi Tezuka. "Nintendo Entertainment Planning & Development" şöbəsinin baş məmuru.
Qeydlər
redaktəMənbə
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ https://web.archive.org/web/20130212035659/http://www.nintendo.co.jp/corporate/outline/index.html.
- ↑ Nintendo // MusicBrainz (ing.). MetaBrainz Foundation, 2000.
- ↑ 会社情報:会社の沿革 (yap.).
- ↑ https://web.archive.org/web/20191004205145/https://www.nintendo.co.jp/corporate/history/index.html.
- ↑ https://www.nintendo.co.jp/corporate/history/index.html.
- ↑ https://www.nintendo.co.jp/corporate/en/outline/index.html.
- ↑ Koul, Devid. Who is worth more? Sony and Nintendo market value. dfcint.com (Hesabat) (ingilis). DFC Intelligence. November 2, 2018. September 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2020.
- ↑ "任天堂株式会社:会社情報". 任天堂ホームページ (yapon). 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-01.
- ↑ "Directors/Executive Officers". Nintendo. 24 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2018.
- ↑ "Notice Regarding Changes of Representative Director and Other Management" (PDF). Nintendo. 26 April 2018. 9 August 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 June 2018.
- ↑ Doolan, Liam. "Eiji Aonuma And Multiple Others Have Been Promoted At Nintendo". Nintendo Life. 4 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2019.
Ədəbiyyat
redaktə- Sloan, Daniel. Playing to Wiin: Nintendo and the Video Game Industry's Greatest Comeback (ingilis). Wiley. 2011. ISBN 978-0-470-82512-9. OCLC 707935885.
Xarici keçidlər
redaktə- nintendo.com/countryselector/ — Şirkətin qlobal rəsmi saytı
- nintendo.co.jp/corporate/en/index.html — Şirkətin rəsmi saytı
Videooyunlar portalı Yaponiya portalı |