Nilufer Gursoy - Wikipedia
Nilüfər Gürsoy (1 iyun 1921, Bursa, Osmanlı imperiyası – 1 iyul 2024[1], İstanbul[1]) — Türkiyə filoloqu və siyasətçisi.
Nilufər Gürsoy | |
---|---|
türk. Nilüfer Bayar Gürsoy | |
10 oktyabr, 1965 – 2 oktyabr, 1969 | |
Bursa | |
14 oktyabr 1973 – 12 sentyabr 1980 | |
İstanbul | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyun 1921 |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyul 2024[1] (103 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Cəlal Bayar |
Anası | Rəşidə Bayar |
Həyat yoldaşı | Əhməd İhsan Gürsoy |
Elmi fəaliyyəti | |
Elm sahəsi | klassik fəlsəfə |
Nilüfər Gürsoy, 1965–1969, 1973–1980-ci illərdə parlamentdə çalışıb. Türkiyənin üçüncü prezidenti Cəlal Bayarın qızıdır.
Təhsili
redaktəNilüfər Bayar ibtidai təhsilini evdə fərdi şəkildə alıb. Daha sonra orta və lisey təhsilini Maarif Kollecində (sonralar TED Ankara Kolleci) almış, 1939-cu ildə oranı bitirmişdir. Həmin il o, İstanbul Universitetində fəlsəfə təhsili alıb. Bir ildən sonra ailəsinin Ankaraya köçməsi ilə əlaqədar Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinə daxil olub və klassik filologiya sahəsi üzrə təhsil alıb. Məzun olduqdan sonra 1949-cu ildə Qədim yunan dili kafedrasında assistent kimi çalışmağa başlayıb. O, "Evripidlərin siyasi baxışları" adlı doktorluq dissertasiyasını müdafiə edərək, 1954-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.[2]
1960-cı il dövlət çevrilişindən sonra atası prezident Cəlal Bayar və həyat yoldaşı Demokrat Partiyasından Kütahya millət vəkili Əhməd İhsan Gürsoy, bir çox başqa dövlət rəsmiləri və siyasətçilərin xunta tərəfindən həbs edilməsi ilə universitetdən qovularaq, Ali Ədalət Məhkəməsində mühakimə olunması üçün İstanbul sahillərindəki kiçik bir ada olan Yassıa adasına göndərilib. Dosent olmağa hazırlaşarkən onun işinə xitam verilib. Daha sonra universitetə qarşı iddia qaldırıb, məhkəməni udsa da, akademik fəaliyyətinə qayıtmayır.[2]
Siyasi fəaliyyəti
redaktəNilufər Gürsoy, aktiv siyasi karyerasına 1960-cı il dövlət çevrilişindən sonra fəaliyyəti ilə əlaqədar olaraq qadağan edilmiş Demokratlar Partiyasının davamçısı olan 1961-ci ildə yaradılmış Ədalət Partiyasına qoşulmaqla başlayıb. 1965-ci il ümumi seçkilərində Ədalət Partiyasından Bursa Millət vəkili namizədi olmuş və 1969-cu ilə qədər Türkiyə Böyük Millət Məclisinə, TBMM XIII çağırış deputatlarından olmuşdur.[3]
O, 1969-cu ildə keçirilən ümumi seçkilərdə iştirak etmədi,[4] 40 digər siyasətçi ilə birlikdə ƏP-dan istefa verib, 1970-ci ildə qurulan Demokratik Partiyasına qoşuldu. Partiya idarəsində çalışıb. O, 1973-cü il ümumi seçkilərində DP-dən İstanbul millət vəkili olmaq üçün namizəd olub. 1977-ci ilə qədər Parlamentdə xidmət edib.[3]
Gürsoy ilk partiyası Ədalət Partiyasına qayıtdıqdan sonra, 1977-ci ildə İstanbul Millət vəkili seçkilərində namizəd oldu. 1980-ci il dövlət çevrilişindən sonra bütün siyasi partiyaların fəaliyyəti qadağan edildi. Bundan sonra o, siyasi həyatdan uzaqlaşdı.[3]
Yazıçı fəaliyyəti
redaktəTürkiyə İstiqlaliyyət müharibəsi zamanı doğulan Nilufər Gürsoy, Cümhuriyyət tarixində Atatürk dövrü, İnönü dövrü, Demokrat Partiya dövrü, 1960 və 1980-ci illər dövlət çevrilişi kimi mühüm dövrlərin şahidi olub.[3]
O, 1960-cı il dövlət çevrilişi ilə bağlı xatirələrini 2014-cü ildə "27 May Darbesi ve Bizler", "Cumhurbaşkanı Celal Bayar'ın Kızı Anlatıyor" ("27 May Çevrilişi və Biz, Cumhurbaşkanı Celal Bayarın Qızı Anlatıyor") başlığı ilə nəşr etdirib. 2021-ci ildə 100 yaşı tamam olarkən Cümhuriyyətin erkən siyasi tarixinə aid şeirləri və xatirələri "İçimin rəngləri" kitabında dərc olunub.[2][5]
Şəxsi həyatı
redaktəNilüfər Gürsoy 1 iyun 1921-ci ildə Bursada Cəlal və Rəşidə Bayarın ailəsində anadan olub.[6] Onun Rəfi və Turqut adlı iki qardaşı var idi. Atası Atatürk tərəfdarı olub.[3][6][7] Həkim və siyasətçi Əhməd İhsan Gürsoyla evlənən Nilufər xanımın bu evlilikdən 3 qızı dünyaya gəlib. Gürsoy İstanbulun Kadıköy səmtində yaşayıb.[2] O, Cəlal Bayar Vəqfinin sədri olub. 2015-ci ildə o, atasının da daxil olduğu 20.000-ə yaxın kitab kolleksiyasını İstanbulun Kadıköy bələdiyyəsinin Tarix, Ədəbiyyat və İncəsənət Kitabxanasına bağışlayıb.[8]
Kitabları
redaktə- Bayar Gürsoy, Nilüfer. 27 Mayıs Darbesi ve Bizler Cumhurbaşkanı Celal Bayar'ın Kızı Anlatıyor (türk). Timaş Yayınları. 2 May 2014. 276. ISBN 978-605-081-628-0. İstifadə tarixi: 5 February 2024.
- Gürsoy, Nilüfer. İçimin Renkleri (türk). Bağlam Yayıncılık. March 2021. səh. 160. ISBN 978-605-991-176-4. İstifadə tarixi: 5 February 2024.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://www.finansgundem.com/haber/nilufer-gursoy-icin-tbmmde-cenaze-toreni/1805818.
- ↑ 1 2 3 4 "İçimin Renkleri" (PDF) (türk). Bağlam Yayıncılık. 6 February 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 February 2024.
- ↑ 1 2 3 4 5 Çini Şimşek, Derya. "Cumhurbaşkanı Celal Bayar'ın Kızı Milletvekili Nilüfer (Bayar) Gürsoy'un TBMM'deki Faaliyetleri" [Activities of Deputy Nilüfer (Bayar) Gürsoy, Daughter of President Celal Bayar, in the Turkish Grand National Assembly]. DergiPark (türk) (267–279). 30 October 2023: 267–279. doi:10.53568/yyusbed.1231123. 5 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2024.
- ↑ kaya, Mehmet Ali. "AP'yi böldüler". Yeni Asya (türk). 17 March 2019. 5 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2024.
- ↑ "Nilüfer Gürsoy" (türk). Pandora. 5 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2024.
- ↑ 1 2 "Nilüfer (Bayar) Gürsoy" (türk). Ege Üniversitesi - Edebiyat Fakültesi - Mütercim Tercümanlık Bölümü. 5 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2024.
- ↑ Bildirici Büyükkarakaya, Lale. "27 Mayıs 1960 darbesinin tanıkları AA'ya konuştu". Anadolu Agency (türk). 26 May 2022. 8 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2024.
- ↑ "Celal Bayar'ın kızı kütüphanesini bağışladı". Dünya (türk). 9 July 2015. 5 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2024.