Nikoqos Balyan - Wikipedia
Nikoqos Balyan (erm. Նիկողոս Բալյան; 19 noyabr 1826, Konstantinopol, Osmanlı imperiyası – 27 fevral 1858, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.[1]
Nikoqos Balyan | |
---|---|
q.erm. Նիկողայոս Պալեան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 noyabr 1826 |
Doğum yeri | |
Vəfat tarixi | 27 fevral 1858 (31 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | tif qızdırması[d] |
Fəaliyyəti | memar |
Atası | Karpet Balyan |
Ailəsi | Balyan ailəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSaray memarlarından Karpet Balyanın oğlu olub, 19 noyabr 1826-cı ildə İstanbulda dünyaya gəldi. İlk təhsilini tamamladıqdan sonra 1843-cü ildə qardaşı Sarkislə birlikdə Parisə göndərildi və burada memarlıq təhsili aldı. Ancaq səhhətinin pisləşməsi səbəbilə təhsilini tamamlamadan 1845-ci ildə İstanbula qayıtdı. Atasının yanında çalışaraq təcrübə qazandı. İnteryer (daxili) memarlığı üzrə ilk memarlıq məktəbinin açılmasında mühüm rol oynadı. 1863-cü ildə qəbul edilən Erməni nizamnaməsinin hazırlanmasında yaxından iştirak edən erməni milliyyətçilərindən biri oldu. 27 fevral 1858-ci ildə gənc yaşda tifusdan vəfat etdi.
Nunya Minasyan adlı xanımla evləndi və bu nikahdan 2 oğul, 3 qız dünyaya gəldi. Oğullarından Levon bəy özü kimi memar, digər oğlu Minas isə hüquqşunas olmuşdur.
Əsərləri
redaktə- Adilə Sultan qəsri (1853)
- Dolmabağça məscidi (1852–1854)
- Dolmabağça Saat Qülləsi
- Çırağan sarayı
- Erməni xəstəxanası
- Ihlamur qəsri (1849)
- Böyük Məcidiyə məscidi (1854)
- Kiçik Məcidiyə məscidi (1843)
- Kiçiksu qəsri (1857)
- Topxana Saat qülləsi
Mənbə
redaktə- Afife, Batur, Balyan Ailesi. Kişisel Arşivlerde İstanbul Belleği, Taha Toros Arşivi, 1992, s. 1089.
- Barkev Samuelian. Yüksek Lisans Tezi. Balyan Ailesinin 19. Yüzyılda İstanbul’un dönüşümüne Katkıları. İstanbul Üniversitesi, İstanbul 2020.
- Hançer, Ethem. Sultanın Mimarları Balyanlar, Atlas, İstanbul, 177, 96–108.2007
İstinadlar
redaktə- ↑ Pamukciyan, Kevork. "Nikoğos Balyan", İstanbul Ansiklopedisi, Haz. Reşat Ekrem Koçu, İstanbul. 1958.