Nigar Arpadarai - Wikipedia
Nigar Cavid qızı Arpadarai (17 yanvar 1982, Bakı) — Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü.
Nigar Arpadarai | |
---|---|
Vəzifədədir | |
9 fevral 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 yanvar 1982 (42 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, biznes ledi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərmişdir.
Həyatı
redaktəNigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olmuşdur. O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.[1]
Ailəsi
redaktəAtası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır.[2] 1980–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. 1996–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Türkiyənin İstanbul şəhərində çalışır. UNESCO Rəssamlar Birliyinin üzvüdür.[3]
Nigar Arpadarai evlidir, iki oğlu var.[4]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktə2002–2005-ci illərdə Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyində çalışmışdır.[4]
2006–2009-cu illərdə Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyində Xüsusi Elçinin köməkçisi, 2008–2009-cu illərdə isə Mətbuat və məlumat üzrə mütəxəssis kimi çalışmışdır.[5]
2009–2015-ci illərdə Azərbaycanın telekom şirkəti "Azerfon" şirkətində müxtəlif vəzifələrdə çalışmışdır. 2009–2010-cu illərdə korporativ satış üzrə mütəxəssis, 2010–2011-ci illərdə brendin tanıdılması üzrə menecer, "Azerfon-Vodafone" (Qlobal "Vodafone" brendinin tərəfdaşı), 2011–2012-ci illərdə Marketinq departamentində brendin tanıdılması üzrə menecer, xarici işlər üzrə menecer, brendin strateji tanıdılması üzrə menecer, 2012–2015-ci illərdə İctimaiyyətlə Əlaqələr (PR) və Korporativ Kommunikasiyalar şöbəsinin rəhbəri olmuşdur.[5]
2015–2020-ci illərdə Formula 1 Azərbaycan Qran-prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat şirkətində Qran Prinin Milli Mətbuat Katibi və Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.[6]
Siyasi fəaliyyəti
redaktə2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçkilərində 29 saylı Səbail Seçki Dairəsindən 2020–2025-ci illər üçün deputat seçilmişdir.[7]
Azərbaycan Respublikası Milli Məclisində beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və ailə, qadın və uşaq məsələləri komitəsinin, Avropa Şurası Parlament Assambleyasında miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin, sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin üzvüdür.[7]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[8]
İstinadlar
redaktə- ↑ "İLKindən başla, Muradına çat, Nigarına qovuş, Təbrizlə ol!". allsport.az. 25 yanvar 2020. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
- ↑ "Hafiz Məmmədovun 90 illiyi qeyd olundu". medeniyyet.az. 1 iyul 2011. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
- ↑ "İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb". apa.az. 6 mart 2010. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-01.
- ↑ 1 2 "Nigar Arpadarai: "Valideynlərim məni məcbur edirdi ki…"". teleqraf.com. 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2020.
- ↑ 1 2 "Müsahibə - Nigar Arpadarai". mak.az. mak.az. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2020.
- ↑ "Nigar ARPADARAİ: Azərbaycanın bu sahədə beynəlxalq imicini daha da gücləndirəcək". www.anl.az. www.anl.az. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2020.
- ↑ 1 2 "Nigar Arpadarai". meclis.info. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
Xarici keçidlər
redaktə- "Nigar Arpadarai soyadından danışdı: "Bizim nəslimiz..."". news.milli.az. 2 yanvar 2018. İstifadə tarixi: 1 dekabr 2021.