Netsuke - Wikipedia
Netsuke (yap. 根付) – XVII əsr də Yaponiya da praktiki məqsədlər üçün ixtira edilən yapon dekorativ-təsviri sənətinə aid miniatür heykəlciklərdir. Bu ad yapon dilində "örtük" və "əlavə etmək" mənalarını verən "ne" və "tsuke"" sözlərinin birləşməsindən yaranmışdır.
Təsviri
redaktəƏvvəllər netsukelər ənənəvi yapon geyimi olan kimono və cibsiz kosode geyimində asma brelok kimi istafadə olunurdu. Kiçik əşyaları kiçik kisə və ya açar ölçüsündə olan xüsusi qablara qoyurdular. Qablar kiçik hörmə səbətlər formasına malik ola bilərdi. Onlardan ən məşhuru və inro (balaca yeşik) adlananının ağız hissəsi ipin üzərindən keçirilən muncuqlar vasitəsilə bağlanılırdı. İnro lar ip vasitəsilə obi adlanan kimono kəmərinə bərkidilirdi. Onu üzüyə bağlayaraq iki hissəyə qatlayıb kəmərin içərisindən keçirirdilər. Alınmış düyünün bir ucuna netsukeləri bağlayırdılar. İpin düyünü iki ximotosi (iki tərəfi açıq qapaqla birləşdirilmiş neske deşikləri)dən birində gizlədirdilər. Bununla netsukelər həm çəki vahidi həm də bəzək əşyası kimi istifadə olunurdu.[1]
-
İsa Məsihini bildirən netsuke, fil sümüyü, XVII əsr
-
Xotey təsvir edilmiş netsuke, fil sümüyü
-
İnronu obi üzərində saxlayan netsuke
-
İnroya bərkidilmiş netsuke, qravür (Katsuşika Hokusay)
Netsukeləri yapon miniatür heykəlciyi olan okimono ilə qarışdırmaq lazım deyil. Düzdür bu heykəlciklər süjetinə, tərtibatına və ölçülərinə görə bir-birlərinə çox oxşayırlar. Lakin yaponlar ümumi olaraq okimono sözü ( hərfi olaraq – “qoyulmuş əşya” deməkdir) ilə kiçik ölçüdə olan və ancaq interyerin bəzədilməsi üçün təyin olunmuş bütün stankoviy heykəlləriadlandırırlar. Onlar hər bir materialdan hazırlanan heykəlciklərə aid edilir. Okimono termini ilə ancaq fil sümüyündən və nadir hallarda ağacdan hazırlanmış netsuke heykəlciklərini adlandırırlar. Bu cür okimonolar XIX əsrdə netsuke oymalar üzrə ixtisaslaşmış ustalar tərəfindən hazırlanmışdır.[2]
Tarixi
redaktəNetsukelərin prototipləri
redaktəNetsukenin mənşəyi haqda məsələdə ikili versiya var: netsuke – ya yapon ixtirasıdır, ya da netsuke yaponlar tərəfindən mənimsənilmişdir. Netsuke – spesifik formaya malik sənət əsəridir.[3][4] Netsuke tipində olan çəki-breloklardan Yaponiya və Macarıstanda, Uzaq Şimalda və Efiopiyada istifadə olunmuşdur. Netsukelər adətən cibsiz, lakin kəmərli kostyumlarda istifadə olunur. Bu səbəbdən netsuke tipli əşyaları daşımaq adətinin mənimsənilməsi versiyasını irəli sürmək çətindir. Çünki bu adət yerli xarakter də yaşaya bilər.Müxtəlif ölkələrdə mövcud olan brelokların stilistik yaxınlığı onların mənimsənilməsi versiyasını da irəli sürməyə imkan verir.Netsukelər əvvəllər çubuq və düymə kimi istifadə olunsalar da, XVII əsrdən başlayaraq miniatür heykəl xarakterini almışdır.[5] Yaponiyada kəmərin altında əşyaları çəki-brelokları vasitəsilə daşımaq adəti yerli olsa da, onların təsviri tərtibatı yerli deyil, çin mənşəlidir. Bu breloklar hələ e.ə. III əsrdən Çində hazırlanmağa başlamışdır. Min sülaləsi dövründə (1368-1644) çinlilər funksiyasına və bəzəyinə görə netsukeyə oxşayan bu əşyaları çjuyçzı və ya pey-çuy adlandırırdılar. Həmin dövrdə yaponlar Çin mədəniyyətindən maddi və mənəvi elementləri, həmçinin geyimləri mənimsəmişdilər. Brelokların adı da Çin mənşəli olmasına işarə edir. Yaponiyada bu tiplibrelokları bildirmək üçün təkcə netsuke adından istifadə olunmur. Bəzən onları kensuy, xaysuy və xaysi adlandırırlar. Məhz bu adlar Çində çjuy-çzı termini ilə yanaşı brelokları bildirmək üçün müvafiq olaraq istifadə olunan syuan-çuy, pey-çuy və pey-çzı sözlərinə çox oxşardır. İlkin netsukelər karamono (“çin əşyası”) və tobori (“çin naxışı”) adlanırdı. Netsukelərin çin prototipləri ilə bağlı olması açıq-aşkardır. Yaponiyada çjuy-çzı əsasında orijinal netsuke formaları və naxış növləri, yeni süjetlər irəli sürülmüşdür. Başlıca fərq yalnız ondan ibarətdir ki,Yaponiyada netsukelər çin mənşəli çjuy-çzılardan fərqli olaraq müstəqil və yüksək inkişaf etmiş sənətə çevrilə bilmişdir. XVII əsrdə qədər yaponlar tərəfindən netsukelərin istifadə olunması haqda heç bir sübut yoxdur. Üzərində gəzdirilməli olan əşyaları yaponlar başqa cür daşıyırdılar. Yapon kostyumu tarixində əşyaları kəmərə bərkitmək (bağlamaq) üçün bir neçə üsul var idi. Yaponiyada netsukeyə oxşar üsulla üstündə daşınılan ən qədim əşya hələ VIII əsrə aid edilən “Kodziki”( “Qədimdəki işlər haqda qeydlər”) və Nixonki (“Yaponiyanın salnamələri”) mənbələrində rast gəlinən xiuti-bukuro adlı kisəcikdir. Bu kiçik kisələr çaxmaq daşı üçün nəzərdə tutulmuş ,qılıncın efesinə bərkidilirdi. Heyan dövrü (794-1185) rəssamlığında çoxlu sayda xiuti-bukuro təsvirlərinə rast gəlmək olar. Çaxmaq daşı üçün kiçik torbanın təsvirini “Monqol hücumları haqda təsvir”də düşmən donanmasının peyda olması xəbərini verən Naqataka Tosanın əlində tutduğu papirusda görmək olar. Kamakura və Muromati dövründə xuiti-bukuronu pul kisəsi, əl aptek çantası və s. kimi istifadə olunmuşdur.
İlk netsukelər
redaktəYaponiyada ilk netsukelər XVI əsrin ikinci yarısı – XVII əsrin əvvəllərində peyda olmuşdur. Ola bilsin ki, Yaponiya hərbi başçısı Toyetomi Xidzesinin 1592 və 1597-ci illərdə Koreyaya yürüşlərinin rolu netsukelərin yaradılmasında mühüm rol oynamışdır. Netsukelərin bu tarixdə yaranması faktını həmin dövrə aid rəssamlıq və ədəbi mənbələrdə təsvir olunan kostyumlar təsdiq edir. Toqukava İeyasunun ova getmə səhnəsinin təsvirində onun kostyumunun detalları arasında balqabaq-qabaq görkəmində olan netsuke təsvir olunmuşdur. Günümüzə qədər gəlib çatan netsukelər XVIII əsrin I yarısında yaradılmışdır. Həmin dövrdə artıq yapon miniatür heykəltəraşlığının təsviri dilinin birləşməsi yekunlaşmışdır. XVIII əsrin ortalarından XIX əsrin ortalarına qədər olan dövrü isə netsukelərin “qızıl dövrü” adlandırmaq olar.
Tokuqava dövründə (1603-1868) ticarət və sənətkarlıq inkişaf etməsi sosial mühitə, miniatür heykəltəraşlığın inkişafına şərait yaratmışdır. Belə ki Yaponiyanın hərbi hökuməti (bakufu) tərəfindən ölkənin daxili siyasəti sahəsində yaradılan ictimai strukturun qorunub saxlanılması kursu qəbul edilmişdir. Həmin dövrdə “dəbdəbəyə, cah-cəlala qarşı” qəbul olunan çoxsaylı qanunların məqsədi “nəcib” və “aşağı” təbəqələr arasında yaşayış tərzi, geyimdə ciddi məhdudiyyətlərin qoyulması idi. Reqlamentasiyalar hər şeyə: evlərin mərtəbələrindən geyim üçün istifadə olunmuş materialların, oyuncaqlar və şirniyyatların dəyərinə görə tətbiq olunurdu Qadağanı pozan şəxsləricərimə olunmaqdan şəhərdən sürgün edilməyə qədər cəzalar gözləyirdi. Şəhər sakinlərinin kostyumlarını bəzəməsi imkanları daha əvvəlki kimi çox deyildi, çünki bunlar da qadağan olunmuşdu. Netsuke elə bil detal idi ki, bununla hər bir sakin dəbə olan münasibətini, zövqünü formalaşdıra bilərdi. Məhz tətbiqi sənət növündə sakinlərin estetik tələbini yerinə yetirmək üçün neçukesi adlanan (netsuke oyma ustaları) sənət növü yaranmışdır. Məhz XVII -XIX əsrin sonlarında netsukelərin hazırlanmasında istifadə olunan materiallar, onların formalarındakı dəyişikliklər yaponların bədii zövq və maraqlarında baş vermiş dəyişikliklərdən söz açır.
Neçukesi məktəblərinin yaranması
redaktəXVII və XVIII əsrlərdə üslubu və mövzuları ilə fərqlənən çoxlu sayda oymaçılar məktəbi yaranmışdır. Məsələn, Hida və ya Nara məktəbləri üçün ittobori üslubunda – bir bıçağın köməkliyi ilə xırda detallara çox da önəm verilməyən fiqurların hazırlanması xarakterik idi. Böyük yonma məktəbləri Edo, Osaka və Kiotoda mərkəzləşmişdir. Əyalətlərdə isə əsasını bir istedadlı usta qoyan sərbəst cərəyanlar yaranmışdır. Lakin həmin ustaların əksəriyyətinin həyatı və gördüyü işlər haqda məlumatlar çox az olduğundan onların bioqrafiyası tam öyrənilməmişdir. Netsuke tarixini araşdıran tədqiqatçılar arasında böyük mübahisəyə səbəb olan məsələ “Sokon kise” adlı topludur. Bu toplu 1781-ci ildə Osaka sakini və qılınc ticarəti ilə məşğul olan İnaba Çuryu tərəfindən nəşr etdirilmişdir. Həmin topluda 53 tanınmış neçukesi ustasının siyahısı və onların gördüyü işlərin illüstrasiyası verilmişdir.
Netsuke və müasir dövr
redaktəƏgər XIX əsrin sonunda netsukelərin əhəmiyyətli bir hissəsi xaricə ixrac olunurdusa, XX əsrdə isə bu göstərici 100%-ə bərabərdir. Hal-hazırda bu fiqurlar konveyer üsulunda istehsal olunur. Lakin netsuke sənətinin özü yox olmamışdır. Yaşadığımız dövrdə də xüsusi olaraq ancaq netsuke yonması ilə məşğul olan ustalar da vardır. Bu ustaların bir sıra işləri çox yüksək qiymətləndirilir. (10 000 $-dan 100 000 $-a qədər). Günümüzdə sənətin inkişaf xarakteri də dəyişmişdir. Birincisi, praktiki olaraq, netsukeyə tələbat yox olmuşdur. İkincisi yonma ustalarının yaratdıqları netsukelərə münasibətləri dəyişmişdir: indi onlar buna müstəqil əsər kimi baxırlar. Yəni onlar bunları sifarişçinin istəyindən və dəbdən asılı olaraq yonurlar. Müasir ustaların işlərini əsasən iki qrupa bölmək olar: ənənəvi üsulda hazırlanan netsukelər və aparatlarda müasir ruhda hazırlanan netsukelər.
Netsukenin formaları
redaktə- Katabori (形彫) – netsukenin ən məşhur növüdür. Bu netsukelərdə insanlar, heyvanlar, çoxfiqurlu qruplar təsvir olunur və kompakt şəkildə yonulur.Bu netsuke növlərinin xarakterik dövrü XVIII əsrin sonu XIX əsrin əvvəlləridir.
- Anabori (穴彫) – kataborinin yarımnövüdür. Bu netsukelərdə süjetlər yonulmuş zolağın daxilində yaradılır. Bu səhnələr adətən balıqqulağı formasında olan hissədə hazırlanır.
- Sasi (差)– netsukelərin ən qədim növlərindən biridir. Bu netsukelər müxtəlif materiallardan, adətən ağacdan hazırlanan bir küncündə ip üçün deşiyi olan uzun brusok formasındadır. Sasilərin işlənmə üsulu bütün digər formalardan fərqlənir. Əgər katabori, mandzi və digərlərini protivoves kimi istifadə edirdilərsə, sasini elə taxırdılar ki, onun deşik olan hissəsi aşağıda olsun. Deşikdən çıxan məftildən isə pul kisəsi, açarlaq və s. asılırdı. Bəzən yuxarı hissədə əlavə qarmaq yeri yonulurdu ki, kəmərin yuxarı hissəsinə bərkidilsin. Adətən sasi netsuke formalarından biri hesab olunsa da, bəzi tədqiqatçılar qılıncın tutacağının modifikasiyası hesab edirdilər. Sasilərin Çində yaradılan obi-xasamilərlə oxşarlığı çoxdur. Obi-xasamilərdə də sasilərdə olduğu kimi yuxarıdan qarmaq vardır. Aşağı hissədə isə deşik hissənin əvəzinə утолщение vardır. Burdan əşyaları sallayırdılar. İlk netsuke-sasiləri ob-xasamilərdən fərqləndirmək çətindir. Netsuke sənətinin inkişaf etdiyi dövrdə sasilər arxaik forma hesab olunmuş və nadir hallarda istifadə olunmuşdur.
- Maska(yap. 面 мэн)- kataboridən sonra ən böyük kateqoriyadır. Adətən No maskalarının surəti sayılır. Lakin xüsusiyyətlərinə görə katabori və mandzu/ kaqamibutaya oxşardır.
- İtaraku– bambuk və ya şəkər çuğundurundan hazırlanan balqabaq, qutuvə s. əşyalar formasındadır.
- Mandzu (饅頭) – əsasən fil sümüyündən hazırlanan qalın disk formasındadır. Bəzən iki hissədən hazırlanır. Təsvir qravür üsulu ilə edilir. Adını mandzu bitkisinin yumru hamar ləçəyinə bənzədiyinə görə almışdır. Mandzunun özünəməxsus növlərindən biri kompoziyaların bir neçə miniatür teatr maskalarından tərtib olunmasıdır.
- Ryusa (柳左) – mandzu formasının variantıdır. Onun mandzudan başlıca fərqi onun içərisinin boş, yuxarı hissəsinin isə içəriyə girmiş şəkildə yonulmasıdır Bu forma əsasən Edo dövründə istifadə olunnmuşdur. Bu netsuke forması həmin dövrdə Ryusa adlı (1780-ci illərdə) məşhur ustadan adını almışdır. Hesab olunur ki, bu netsuke forması da mandzu kimi Ansey dövründə (1854-1860) baş vermiş zəlzələlər və 1855-ci ildə baş vermiş Edo zəlzələsi səbəbindən geniş yayılmışdır. Baş vermiş sonuncu zəlzələ nəticəsində çoxlu sayda netsuke fiquru məhv olmuş və yeni növlərinin yaranmasına tələbat artmışdır. Onların digər növlərlə müqayisədə sadə hazırlanma üsulu həmin dövrdə bu formaların yaranmasına səbəb olmuşdur.
- Kaqamibuta (鏡蓋)– bu növ də mandzuya oxşasa da, lakin fil və digər sümüklərdən, buynuzdan, ağacdan hazırlanaraq üzərisi metal qapaqla örtülən hamar qab formasındadır. Bu növ netsukelərdə imza əsasən metal ustalarına aid olur.[6]
-
katabori
-
anabori
-
sasi
-
maska
-
mandzu
-
ryusa
-
kaqamibuta
Netsukelərin hazırlanmasında istifadə olunan materiallar
redaktəNetsukeləri aşağıdakı materiallardan yonurdular:
- Ağac,
- Fil sümüyü,
- Morj sümüyü,
- Maral buynuzu,
- Öküz buynuzu,
- Kərgədan buynuzu,
- Narval buynuzu,
- Ayının köpək dişi,
- Canavarın köpək dişi,
- Pələngin köpək dişi,
- Müxtəlif heyvanların sümükləri.
Nadir hallarda istifadə olunanlar
- Lak,
- Farfor,
- Metal,
- Bambuk,
- Mərcan riflərinin müxtəlif növləri,
- Kəhrəbanın müxtəlif növləri,
- Tısbağa qını,
- Şüşə,
- Aqat,nefrit,
- Daşlaşmış ağacdan.
Lak, farfor, keramika kimi materiallardan hazırlanan netsukelər ilkin dövrlərdə hazırlanmış netsukelərdir. Netsukelərin müstəqil sənət kimi inkişafı iki əsas materialdan: ağac və fil sümüyündən asılı olmuşdur. Fil sümüyü yapon incəsənətində yeni istifadə olunan material növüdür. Belə ki, Tokuqava dövrünə qədər yaponlar fil sümüyünün mövcudluğunu çin məmulatlarına əsasən bilirdilər. Fil dişi görkəmində Çindən Vyetnam vasitəsilə Yaponiyaya gətirilmişdir. Bu materialdan qadın saç düzümləri üçün lazımi olan bəzək əşyalarını hazırlayırdılar. Əsasən üçbucaq formasında yonulan fil sümükləri netsukelərin kütləvi hazırlanmasında istifadə olunmağa başlamışdır. Yerli sifarişlərə çalışan və öz peşəkar şöhrətlərini qorumağa çalışan ustalar çox zaman bu metalla işləməkdən qaçırdılar. Ağac – yapon heykəltəraşlığında istifadə olunan ənənəvi materialdır.
Materialların simvolikası
redaktəƏksər hallarda netsukelərin hazırlanmasında istifadə olunan materiallar( təkcə süjetlər yox) simvolik mətnaltı məna daşıyırdı. Belə ki, həmişəyaşıl şümşad ağacından hazırlanan netsuke fiquru uzunömürlülüyün simvolu hesab olunurdu. Onun oduncağı amuletlərin, digər ritual əşyaların hazırlanmasında da material kimi istifadə olunurdu. Fil sümüyünün də özünəməxsus simvolikası vardı. Belə ki fil sümüyü müalicəvi vasitə hesab olunurdu. Çindən Yaponiyaya gətirilən fil sümüyündən əşyalar hazırlandığı kimi tibbdə də istifadə olunurdu. Məsələn, tikanı çıxartmaq üçün, fil sümüyündən alınan pudra və suyun birgə qarışığından dərman kimi istifadə olunurdu. Hesab olunurdu ki, fil sümüyü kəsiklərinin suda qarışdırılmasının təsiriazdır. Yandırılması isə əks təsir verir. Bundan başqa fil sümüyünü epilepsiya, osteomielit və su çiçəyi kimi xəstəliklərin müalicəsində istifadə edirdilər. Fil sümüyündən hazırlanan çin mənşəli çjuy-çzı fiqurunu əl aptek çantası hesab etmək olardı. Bu səbəbdən Yaponiyada fil sümüyündən hazırlanmış netsukelərin bir küncü yonulmamış saxlanılırdı. Bu ona görə belə edilirdi ki, dərman hazırlamaq lazım olduqda netsuke sahibi təsvirə zərər vurmadan kiçik fil sümüyü kəsiyini qızdıraraq istifadə edə bilsin. Təbii ki netsukedən dərman hazırlanmasında istifadə olunması Çində fil sümüyündən hazırlanan çjun-çzıdan mənimsənilmişdir. Fil sümüyü də saşmit kimi uzunömürlülk simvolu hesab olunurdu. Maral buynuzundan hazırlanan toz da dərman hesab edilirdi və sehirli gücə malik idi. Yaponlar bununla cavanlığın və gücün qayıtmasını hesab edirdilər.
Netsukelərin simvolikası
redaktəNetsukelərin hazırlandığı materialların simvolikası olduğu kimi, onların özlərinin də özünəməxsus mənası vardır.
- Müdrik Darun – ruha və cəsurluğa güc verir
- Daykoku – zənginlik və inkişaf simvoludur. Evin ocağını qoruyur.
- Şousin – Uzunömürlülük və sağlamlıq tanrısı
- Xotey – Uğur və ünsiyyət Tanrısıdır. Xotey müxtəlif cür ya oturaq, ya da ayaq üstə təsvir olunur. Hesab olunur ki, onun qarnını 300 dəfə qıdıqlasan, arzular yerinə yetəcək.
- Futen – yel tanrısı. Onun fiquru yola çıxarkən götürürlər. Çünki bu yolçulara uğur gətirir.
- Dzurodzin –uzunömürlü yaşlı elm sahibidir. Ev sakinlərinə uzun və xoşbəxt həyat gətirir.
- Bendzayten – qadın ilahə, uğur gətirir.
- Fukurokudzo – müdriklik tanrısı. Müdriklik və uzunömürlülük əldə etməkdə kömək edir.
- Ağzında qəpik olan qurbağa – evə var-dövlət gətirir. Lakin çinlilər bunu təkcə evlərində deyil, ofislərdə də yerləşdirirlər. Hesab olunur ki, bu fiqur sərfəli anlaşmaların bağlanılmasına səbəb olur.
- İt cütlüyü – evi bəla və uğursuzluqlardan qoruyur.
- Qızıl balıq – maliyyə uğurları gətirir.
- Əjdaha – evi qoruyur və şər qüvvələri qovur
- İki karp balığı – ailəyə qarşılıqlı anlaşmanı, sevgi və zənginliyi gətirir.
- Qartal – karyerada qalxmaqda köməklik edir.
- Pionlar olan güldan – evə pozitiv enerji, sevgi və bağlılıq gətirir.
- Üç meymun - şər qüvvələrdən qoruyur
- Piramida – Evə uğur, səasət gətirir. Onu uşağın məşğul olduğu yazı stolunun üstünə qoyduqda, o uşağa dərslərində uğur qazanmağa kömək edəcəkdir.[7]
Kolleksiyaçıların təşkilatları
redaktə1975-ci ildə Ümumdünya Netsuke Birliyi (İnternational Netsuke Society) yaradılmışdır. Hal-hazırda Ümumdünya Netsuke Birliyi (İNS) dünyanın 31 ölkəsində yaşayan netsuke kolleksiyaçılarının iri beynəlxalq təşkilatıdır. İNS Amerika qitəsindəki çoxsaylı muzey və qalereyalarla birgə əməkdaşlıq edir və müntəzəm olaraq yapon miniatür heykəltəraşlıq nümunələrinin sərgisini həyata keçirir. İldə iki dəfə İNS tanınmış ekspertlərin və netsuke sahəsində fəaliyyət göstərən ictimai təşkilatların mühazirə, praktik-seminarlarını özündə birləşdirən beynəlxalq konfrans həyata keçirir. Həmçinin İNS hər rübdən bir İnternational Netsuke Society Journal jurnalını nəşr etdirir.
İstinadlar
redaktə- ↑ Нэцкэ. Серия «Мастера и шедевры». Сост. Афонькин С. Ю. СПб., Бестиарий, 2007 ISBN 978-5-9603-0073-5, с. 5
- ↑ Успенский М. В. Нэцке. Л., Искусство, 1986, с. 211
- ↑ Нэцке и японская гравюра из собрания С. П. Варшавского. Каталог выставки. Л., «Искусство», 1983, с. 9-30
- ↑ Успенский М. В. Нэцке. Л., Искусство, 1986
- ↑ Николаева Н. С. Декоративное искусство Японии. М., «Искусство», 1972, с.70
- ↑ Успенский М. В. Нэцке. Л., Искусство, 1986, с. 20-23
- ↑ "Arxivlənmiş surət". 2016-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-18.