Nemet Bas - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas.
Nemət Baş | |
---|---|
türk. Nimet Baş | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 mart 1965 (59 yaş) |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hüquqşünas, vəkil, nazir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub.
Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var.[1]
Siyasi fəaliyyəti
redaktə1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib.
Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub. 22 iyul 2007-ci il parlament seçkilərində AKP-dən İstanbul üzrə təkrar millət vəkili seçilib. 2009-cu il mayın 3-də keçirilən kabinet dəyişikliyində Türkiyə Cümhuriyyətinin milli təhsil naziri təyin olunub.
İstinadlar
redaktə- ↑ Ömər Karslı. "Ayrılığın nedeni evlilik yorgunluğu" ( (türk.)). Vətən. 17 iyul 2011. 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2018.
Xarici keçidlər
redaktə- Nemət Baş TBMM saytında Arxivləşdirilib 2011-08-30 at the Wayback Machine
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |