Nelson Adasi Alyaska - Wikipedia
Nelson adası (ing. Nelson Island) — Berinq dənizində, Alyaskanın cənub-qərb sahili yaxınlığında, Ninqaluk (şimalda) və Kolavinarak (şərqdə) çaylarını ayıran ada. İnzibati cəhətdən ABŞ-nin, Alyaska ştatının Betel siyahıyaalma sahəsinə aiddir.
Nelson adası | |
---|---|
ing. Nelson Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 2 km² |
Uzunluğu |
|
Eni | 56.327,04 m |
Hündür nöqtəsi | 200 m |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
60°38′21″ şm. e. 164°45′01″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
Uzunluğu 68 km, eni 32 ilə 56 km arasındadır. Adanın sahəsi 2183 km²-dir. Sahəsinə görə ABŞ-də 15-ci ən böyük adadır. Nunivak adasından Etolin boğazı ilə ayrılır. Nelson adasında 3 kənd vardır: Tununak, Toksuk Bey və Naytmyut. Yaşayış məntəqələrinin hamısı Berinq dənizi sahilində, adanın cənub-qərb hissəsində yerləşir. Bu üç kəndin ümumi əhalisi 2010-cu il siyahıyaalınmasına əsasən 1197 nəfərdir. 2000-ci il siyahıyaalınmasına görə, onun sayı 1065 nəfər olmuşdur[1].
Ada 1878-ci ildə adanı və onun əhalisini tədqiq etmiş amerikalı tədqiqatçı, etnoloq Edvard Uilyam Nelsonun şərəfinə adlandırılıb.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "U.S. Census Bureau". 2012-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-02.