Neft Ve Qaz Institutu Azerbaycan - Wikipedia
Neft və Qaz İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə.
Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu | |
---|---|
Əsası qoyulub | 2016 |
Direktor | Fəxrəddin Qədirov |
Şəhər | Bakı |
Ölkə | Azərbaycan |
Ünvan | AZ1000, Bakı şəh., F.Əmirov küç., 9 |
Sayt | ogi.az |
Tarixi
redaktə1951-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyası təsis edildi.
1960-cı ildə Neft Ekspedisiyasının bazasında Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu yaradıldı.
1965-ci ildə Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu adlandırıldı.
2003-cü ildə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun fəaliyyəti dayandırıldı və Geologiya İnstitutu ilə birləşdirildi.
2015-ci il 17 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun bazasında Neft və Qaz İnstitutu yaradıldı.
Əsas fəaliyyət istiqamətlər
redaktə- Böyük dərinliklərin karbohidrogen sistemlərinin tədqiqi;
- Qeyri-ənənəvi karbohidrogenlərin (şist karbohidrogenlərin, qaz hidratların, yanar şistlərin) nəzəri və eksperimental tədqiqi;
- Neft və qaz yataqlarının işlənməsi sahəsində fundamental tədqiqatların aparılması;
- “Intellektual yataq” konsepsiyasının nəzəri əsasları;
- Neft-qaz sahəsinin iqtisadiyyatı və proqnozlaşdırılması;
- Sənayenin inkişafı ilə bağlı geoekoloji problemlər və onların iqlim dəyişməsinə təsiri.
Əsas elmi nailiyyətlər
redaktə- AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu neft və qaz yataqlarının işlənməsinin nəzəriyyəsi və təcrübəsinə mühüm töhfə vermişdir.
- İnstitutda bir sıra yeni elmi istiqamətlərin əsasları qoyulmuş və inkişaf etdirilmişdir:
- Mürəkkəb karbohidrogen tərkibə malik (qazkondensat, kondensatneft) yataqların işlənməsinin elmi əsasları;
- Neft geologiyasında riyazi modelləşdirmə üsulları;
- Karbohidrogen yataqlarının geoloji modelləşdirilməsi və təbii neft və qaz rezervuarlarının xüsusiyyətlərinin proqnozlaşdırılması;
- Neft-qaz ehtiyatlarının mənimsənilmə prosesinin optimallaşdırılması məqsədi ilə iqtisadi-riyazi modellərin işlənməsi;
- Litosferin inkişafının qeyri-klassik nəzəri geomexaniki modelinin yaradılması;
- Çoxkomponentli qeyri-klassik üçölçülü seysmik kəşfiyyatın nəzəri əsasları və s.
Rəhbərlik
redaktəBaş direktor
redaktəAkademik Fəxrəddin Qədirov Əbülfət oğlu
Baş direktorun elmi məsləhətçisi
redaktəProfessor Vaqif Kərimov Yunus oğlu
İcraçı direktor
redaktəProfessor Vaqif Qurbanov Şıxı oğlu
Baş mühəndis
redaktəEhtibar Əliyev İbrahim oğlu
Elmi katib
redaktəŞəlalə Hüseynova Məhərrəm qızı
Struktur bölmələr
redaktəElmi bölmələr
redaktə- Neft-qaz geofizikası şöbəsi*
Struktur bölmənin rəhbəri - g.-m.e.d. Yusubov Namaz Puti oğlu
- Neftli-qazlı komplekslərin litologiyası şöbəsi
Struktur bölmənin rəhbəri - g.-m.e.d., prof. Qurbanov Vaqif Şıxı oğlu
- Neftli-qazlı hövzələrin analizi şöbəsi
Struktur bölmənin rəhbəri - f.- r.e.d. Həsənov Ədalət Bədəl oğlu
- Lay sistemlərinin hidroqazdinamikası şöbəsi
Struktur bölmənin rəhbəri - AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Calalov Qərib İsaq oğlu
- Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsi
Struktur bölmənin rəhbəri - AMEA-nın müxbir üzvü, t.e.d., professor Əfəndiyev Qalib Məmməd oğlu
- Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsi
Struktur bölmənin rəhbəri - t.e.f.d. Kazımov Bünyad Zinhar oğlu
- Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsi
Struktur bölmənin rəhbəri - Kərimov Fəxrəddin Nəcməddin oğlu
- Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsi
Struktur bölmənin rəhbəri - t.e.d. Rəsulov Mahir Əbdüləli oğlu
Elmi təşkilati bölmələr
redaktə- Təhsil şöbəsi
Struktur bölmənin rəhbəri - Hüseynov Arif Rəfail oğlu
- İctimaiyyətlə əlaqələr şöbəsi
Struktur bölmənin rəhbəri - Abbasova Könül Oqtay qızı
- Beynəlxalq əlaqələr şöbəsi
Struktur bölmənin rəhbəri - Hüseynova Aytən Bəxtiyar qızı
İxtisaslar
redaktə- Geologiya
- Geologiya mühəndisliyi
- Neft-Qaz mühəndisliyi
- Geofizika mühəndisliyi