Nazim Veliyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nazim Vəliyev | |
---|---|
Doğum tarixi | 22 fevral 1960 (64 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Neft yataqlarının işlənməsi |
Elmi dərəcələri |
Texnika Elmləri Doktoru - 2015[2]
|
İş yeri | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) |
Təhsili |
|
Mükafatları |
|
nazim-veliyev.narod.ru |
Həyatı
redaktəNazim Aslan oğlu Vəliyev 22 fevral 1960-cı ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur.
Texnika elmləri namizədi (1990), Dosent (28.10.2016), Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru 2015 və Professoru (2017[5]) Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvü[3], Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru 2015, SOCAR-ın Baş ofisinin elm, texnika və nanotexnologiyalar departamentinin rəisi, bir sıra elmi və bədii kitabların müəllifidir.
İngilis və rus dillərini bilir.
Evlidir, bir qızı var.
İstehsalat fəaliyyəti
redaktə1982-ci ildən Azərbaycan Neft-Qaz Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə göndərilmişdir. Burada o, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmış, aspiranturada oxumuş və 1990-cı ildə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
N. Vəliyev 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (indiki SOCAR) aparatında baş mütəxəssis, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır. 2003-cü ildən ARDNŞ-nin Baş ofisində "Elm və texnika" şöbəsinin, 2020-ci ildən isə "Elm , texnika və nanotexnologiyalar departamentinin rəisi, paralel olaraq, 1993-cü ildən ictimai əsaslarla Baş ofisin "Həmkarlar İttifaqı Komitəsi"nin sədridir.
Neftqazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə bir sıra beynəlxalq sertifikatlara malikdir.
Beynəlxalq sərgi-konfranslarda, konqres, simpozium və formlarda SOCAR-ın nümayəndəsi kimi Azərbaycanı layiqincə təmsil edir.
Elmi-texniki jurnallarda, şuralarda və təşkilatlarda təmsilçiliyi
redaktəDünya Neft Şurası və Azərbaycan Milli Neft Komitəsi İdarə Heyətinin, Enerji Xartiyası Sənaye Məsləhət Şurasının, SOCAR-ın Yataqların Ehtiyatlarının Hesablanması üzrə Mərkəzi Komissiyanın, Yataqların İşlənməsi üzrə Ekspert Komissiyasının üzvü, SOCAR-ın Elmi-Texniki Şurasının koordinatoru, Azərbaycan Respublikası Təhsil nazirliyinin Neft qaz institutunun Elmi Şurasının, SOCAR-ın Neftqazelmitədqiqatlayihə institutunun Elmi Şurasının üzvüdür. Rusiyanın "Neftepromıslovoe delo", "Azərbaycanda Geofizika Yenilikləri" və "Azərbaycan Neft Təsərrüfatı" jurnallarının redaksiya heyətinin üzvü, SOCAR-ın "Açıq Mətbuatda xidməti istifadə üçün" qrifi ilə nəşrə hazırlanan materialların ekspertizası üzrə Ekspert Komissiyasının sədridir
Təhsili və elmi fəaliyyəti
redaktəNazim Aslan oğlu Vəliyev 1977–1982 Azərbaycan Dövlət Neft Akademiyasında (keçmiş "Azərbaycan Neft və Kimya institutu"nda), 1998–2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.
115 elmi işin, o cümlədən dərc edilmiş 102-dən çox elmi məqalə, kitab, ixtira, və məruzə tezislərinin müəllifidir. Bir çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. 1990-cı ildə "Texnika elmləri namizədi" elmi adını almış, 2015-ci ildə Ümumdünya Texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyası üzrə Texnika elmləri Doktoru[5] və Beynəlxalq Ekoenergetika Akademiyasının Professor-doktoru adlarını almış, "Caspian European Club"-un "Caspian Energy Award — 2015" mükafatına layiq görülmüşdür[6]. Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvüdür[3], 2016-cı ildə Dosent, 2017-ci ildə isə Professor elmi adını almışdır.
Ədəbi fəaliyyəti
redaktəN. Vəliyev hələ orta məktəbdə oxuduğu vaxtlardan poeziyaya maraq göstərmişdir. "Neftçi" ədəbi-bədii dərnəyinin üzvü kimi onun şeirləri respublika qəzetlərinin səhifələrində müntəzəm dərc olunur. "Sənsiz yaşamağa dəyməz" (Bakı, "Azərbaycan", 2000)[7] və "İzin qalacaq" (Bakı, "Yazıçı", 2011) adlı 2 şeir kitabı nəşr edilmişdir.
Mükafatları
redaktə- "Qızıl qələm" mükafatı (2003);
- "Tərəqqi" medalı (2008)[8];
- "Azərbaycan Respublikasının əməkdar mühəndisi" Fəxri adı (2011)[9].
- "Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı (2013)
- 3-cü dərəcəli "Əmək" ordeni[10];
- "Zeynalabdin Tağıyev" adına medal (2022)[11]
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz Medalı (2023);
- Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Avropa Xidməti Ordeni (2023);
- Digər bir sıra diplomlar və keçmiş "SSRİ Neft Sənayesi Nazirliyi"nin və SOCAR-ın fəxri fərmanları.
Biblioqrafiya
redaktə- Влияние закачки воды и темпа отборов жидкости на показатели разработки 1-го горизонта ПТ месторождения Кюровдаг. Азерб. Нефт.хоз-во. № 12,1986;
- Изучение влияния процесса заводнения на добычу нефти на основе эволюционного моделирования. Азерб. Нефт.хоз-во. № 8,1987;
- Исследование влияния темпа закачки воды и отбора жидкости на добычу нефти на основе статистических моделей. Материалы IV научно-технической конференции МУиС, Баку, 1988;
- О режиме упругости притяженных (связанных) газов нефтяных залежей. Материалы IV научно-технической конференции МУиС, Баку, 1988;
- Изучение влияния различных систем заводнений основные показатели разработки неоднородного пласта, Азерб. Нефт.хоз-во. № 7,1989;
- Изучение влияния темпа закачки воды и темпа отборов жидкости на основные показатели разработок на основе комплексного использования различных статистических методов. Нефт.хоз-во. № 7,1989;
- Особенности разработки залежей нефти с неньютоновскими свойствами на месторождениях Куринской впадины. Журнал "Экспр. Информация" Вып.9,1990;
- Об установлении числа новых скважин в залежах и путях снижения ошибки риска при их размещении, Азерб. Нефт.хоз-во. № 4, 1991;
- Исследования влияния параметров пласта и показателей разработки на нефтеотдачу с применением классификационных методов, Азерб. Нефт.хоз-во. № 4,1991;
- Методическое руководство МНП по определению влияния геолого – технологических показателей на нефтеотдачу на основе классифиционных методов. МР МНП, 1990;
- Некоторые вопросы разработки нефтяных залежей, связанные с режимом притяженных газов. Азерб. Нефт.хоз-во. № 8, 1991;
- Выявление недренируемых зон залежи и пути вовлечения их в активную разработку. Материалы VII научно-технич. Конференции МУиС , Баку 1992;
- К вопросу определения целесообразности уплотнения сетки скважин в залежах, находящихся в разной стадии разработки. Азерб. Нефт.хоз-во. № 2–3, 1992;
- Диагностирование эффективности изменения режима работы скважин. Азерб. Нефт.хоз-во. № 11–12, 1992;
- Методология выявления слабодренируемых и застойных нефтяных зон залежи и вовлечения их разработку. Азерб. Нефт.хоз-во. № 1–2,1995;
- Выявление оптимального режима темпа отбора жидкости скважин на основе исследования системы пласт-скважина. Азерб. Нефт.хоз-во. № 11–12, 1996;
- Одновременный прием попутного газа из морских месторождений Гюнешли и Чыраг и транспорт его на берег. Азерб. Нефт.хоз-во. № 8, 2004;
- Экспериментальные данные о новом режиме нефтяных залежей. Журнал "Нефть.Газ.Промышленность", Санкт-Петербург. № 2,2004;
- Каспийский шельф: Взгляд из Азербайджана. Нефть.Газ.Промышленность", Санкт-Петербург. № 12,2004;
- Neftçıxarmada Nanotexnologiyalar: sistemlik, qeyri-tarazlıq, sinergetika. Xəzərneftqaz 2008;
- Üfüqi quyuların bəzi xüsusiyyətləri haqqında. Azərbaycan Neft Təsərrüfatı, № 8–9,2009;
- Методология управления рисками инвестирования в промышленности, Azərb. Mühəndislik Akad.xəbərləri., cild № 1, 2010;
- Исследование комплексного действия ПАВ и магнитного поля на парафиноотложение и коррозию.2010;
- Qaz hidratları üçün qlikollar əsasında yeni yerli inhibitor. Azərbaycan Neft Təsərrüfatı, № 11,2011;
- Estimamating active gas in underground gas storages subject to adsorptional properties of a reservoir and interformational gross flow conditions. AMEA, Riyaziyyat və mexanka institutu , Bakı 2010;
- Системный подход при оценке форсированного отбора жидкости из залежи. Азерб. Нефт.хоз-во. № 6–7,2011;
- Особенности алгоритмизации при моделировании работы глубинных насосов.Азерб. Нефт.хоз-во. № 9,2014;
- Исследование процесса вытеснения газоконденсатной смеси водой в сложно деформированных коллекторах. 2017;
- Научно-практические основы повышения конкурентоспособности продукции нефтяного машиностроения, книга;
- Neft avadanlıqlarının dinamikası və möhkəmliyi. Kitab.2016;
- An Algorithm To Predict Indicators Of The Light Oil-Water Displacement Process In Relaxation-Deformable Formations 2020 Baku;
- Интенсификация отбора нефти из истощённых месторождений с применением нанотехнологий Нефтепромыслов.дело. 2021;
- Neft Daşları yatağında suvurma prosesinin mühitin aqressivlik göstəricilərinə təsirin tədbiqi. Neft.təsər. Jurnalı 2022.
- Computer-aided simulation of well-reservoir system under perıodıc sucker-rod pumpıng mode, 2023
İstinadlar
redaktə- ↑ Diplom KD № 029430 (SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komitəsinin qərarı ilə)
- ↑ Diplom AD № 0897 (Rusiya Federasiyasının Ali Təhsil Müəsisələri Assosiyası və YUNESKO-nun təsis etdiyi Beynəlxalq Akademik Akkreditasiya və Attestasiya Komitəsinin qərarı ilə, Moskva ş.)
- ↑ 1 2 3 "Akademiyanın Ümumi yığıncağının 15.05.2015 tarixli, 9 saylı Qərarı". 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.
- ↑ Diplom DS № 05591
- ↑ 1 2 "МАААК. Список Дипломантов". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-14.
- ↑ ""Caspian European Club" 12-ci dəfə "Caspian Energy Award - 2015" mükafatını təqdimetmə mərasimini keçirmişdir". 2019-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-24.
- ↑ Nazim Aslan, "Sənsiz yaşamağa dəyməz". Şerlər /M. F. AXUNDOV ad. Azərbaycan Milli Kitabxanasında/, 983-cü ədəbiyyat Arxivləşdirilib 2012-11-02 at the Wayback Machine
- ↑ Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18.09.2008 tarixli № 3049 saylı Sərəncamı
- ↑ "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar Mühəndis" fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19.09.2011 tarixli 1740 saylı Sərəncamı". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-14.
- ↑ "Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2017 tarixli Sərəncamı". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-13.
- ↑ "Mükafatın təqdim edilmə mərasimi". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
Mənbə
redaktə- SOCAR İranda keçirilən 20-ci beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində təmsil olunub
- SOCAR приняла участие на международной выставке в Иране
- SOCAR-ın nümayəndə heyəti Tatarıstan Neft, Qaz və Kimya Forumunda iştirak edir
- SOCAR принимает участие в нефтегазохимическом форуме в Татарстане
- Компания SOCAR принимает участие в национальной выставке Азербайджана в Узбекистане
- Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Hanoy şəhərində "Azərbaycanın enerji sahəsində nailiyyətləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir [ölü keçid]
- "Caspian European Club" Nazim Vəliyevə "Caspian Energy Award — 2015" mükafatını təqdim edir (2015)
- Nazim Vəliyev bioqrafiyası "haqqında.az" saytında
- "Yada düşdü" (№ 13 — mart 2014) Ədəbi-bədii nostalji jurnalında Nazim Vəliyev yaradıcılığı barədə [ölü keçid]
- Nazim Vəliyevin poeziya səhifəsi