Nazim Huseynov Cudocu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nazim Hüseynov (2 avqust 1969[1][2], Bakı) — Azərbaycanlı cüdoçu. Nazim Hüseynov 1992 Barselona Olimpiadasının qızıl medalını qazanaraq tarixdə birinci Azərbaycanlı Olimpiya çempionu oldu. O, həm də 1992 və 1993-cü illərdə Avropa Çempionatının qalibi olmaqa ilə yanaşı iki dəfə Dünya Çempionatının medalını qazanıb. 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Nazim Hüseynov | |||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||
Tam adı | Nazim Qaliban oğlu Hüseynov | ||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||||||||||||||||||
İdman növü | Cüdo | ||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNazim Hüseynov 1969-cu ilin 2 avqust tarixində Bakı şəhərində ləzgi ailəsində anadan olub. Hüseynovun atası əslən Qusar rayonunun Piral kəndidən, anası isə Dağıstanın Axtı rayonundandır. Nazim Hüseynovun birinci məşqçisi Azərbaycanın əməkdar məşqçisi Tərlan Həsənovdur.
Ailəlidir, 2 övladı var.
Karyerası
redaktəOlimpiya
redaktəHələ uşaq yaşlarından idmana maraq göstərən Nazim bir neçə dəfə SSRİ birinciliyində çempion olmaqla yanaşı bir neçə dəfə də mükafatçılar siyahısında olub. Dünya dzü-do arenasında ilk dəfə 1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Eyni zamanda həmin ildə Barselonada keçirilən dünya çempionatında 3-cü yer tutaraq mükafatçılar sırasına qalxmışdır. 1992-ci ildə isə daha da irəliləyərək Fransanın paytaxtı Parisdə keçirilən avropa çempionatında qızıl medal qazanmışdır. Belə ki, həmin yarışda 1-ci görüşdə Boudewijn Caspari (NED), 2-ci Haldun Efemgil (TUR), 3-cü görüşdə isə dünya və avropa çempionatının qalibi və mükafatçısı Girolamo Giovinazzonı (İTA) məğlub edərək, yarımfinal görüşündə Keith Gough (İRL) yenməklə finalda "avropanın əjdahası" adı ilə çağrılan Philip Pradayrola (FRA) qalib gəlməklə Azərbaycanın tarixində ilk dəfə avropa çempionu olmuşdur. Final görüşündə fransız cüdoçuya qarşı işlətdiyi fənd dünyanın 101 ən baxımlı ipponları siyahısına düşmüşdür.
1992-ci ildə cüdo əfsanəsi Nazim Hüseynov Azərbaycan tarixində ilk olaraq Barselonada keçirilən 25-ci yay olimpiya oyunlarında qızıl medal qazanaraq adını Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazmışdır. Həmin yarışda ardıcıl olaraq 4 rəqibinə "İPPON"LA qalib gələrək oyunların yarımfinalında son dünya çempionu yapon Tadanori Koshinoya usatlıqla qalib gələrək finala vəsiqə qazanmışdır. Final görüşündə isə Hyun Yoona qalib gəlib Azərbaycan tarixində birinci dəfə olimpiya çempionu olmuşdur.
1993-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa çempionatında yenidən bütün rəqiblərinə qalib gələrək yarımfinalda 1995-ci il Birmingem avropa çempionatının qalibi Nigel Donohue qalib gəlib finalda Sidney olimpiya oyunlarının qalibi türk Hüseyn Özkanı məğlub edib ikinci dəfə avropa çempionu olmuşdur. Həmin ildə Hamiltonda keçirilən dünya çempionatında Natik Bağırov və Vazagaşvilli kimi dünyaca məşhur rəqiblərinə qalib gələrək finalda yaponiyalı Rjui Sonoda ilə qarşılaşmışdır. Həmin qarşılaşma da Nazim rəqibinə qarşı gözəl fənd işlətsə də hakimlərin səriştəsizliyi ucbatından həmin fənd hesaba alınmamış və nəticədə Nazim final görüşündə məğlub olaraq gümüş medala layiq görülmüşdür.
1994-cü ildə Qdanskda keçirilən avropa çempionatının finalında dəfələrlə məğlub etdiyi italiyalı Girolamo Giovinazzoniyə hakimlərin xalı (XANTE) nəticəsində məğlub olmuşdur.
Bundan sonra isə onun səhhətində baş vermiş problemlər və ardıcıl zədələr yenidən çempion olmağa mane olmuşdur. Buna baxmayaraq, 1997-ci ildə keçirilən super dünya kubokunda qızıl medal qazanmışdır. Sidney Olimpiya oyunlarını lisenziya xarakterli turnirlərində isə viza problemi ucbatından yarışlara qatıla bilməsə də həmin lisenziya yarışlarında sonradan olimpiya oyunlarının mükafatçısı olan gürcü Vazaqaşvillini ipponla məğlub etmişdir.
Hal-hazırda Azərbaycan cüdosunun əfsanəsi Nazim Hüseynov gənc idmançılara öz töhfələrini verməkdədir və öz bilik və bacarıqlarını gənclərdən əsirgəmir. Bu səbəbdən də son illərdə bu sahədə yeni çempionlar dünya cüdo arenasına daxil olmuşdur.
Əməkdar bədən tərbiyəsi və idman xadimi (12 noyabr 2022)[3].
Nailiyyətləri
redaktə- 1991-ci ildə Barselonada keçirilən dünya çempionatının bürünc mükafatçısı;
- 1992-ci ildə Parisdə və 1993-cü ildə isə Afinada keçirilən Avropa çempionatının qızıl medalçısı;
- 1992-ci Barselona yay olimpiya oyunlarının qalibi(Azərbaycan tarixində ilk dəfə)
- 1994-cü il Avropa çempionatının gümüş mükafatçısı;
- 1993-cü il Hamiltonda keçirilən dünya çempionatının gümüş mükafatçısı;
- 1997-ci ildə Super dünya kubokunun qalibi;
- 101 ippona 3 fəndi düşən dünyanın 2 idmançısından biri (digər idmançı yapon Toşiqo Koqadır).
İtaliyanın cüdo üzrə yiğma komandasına baş məşqçilik postuna rəhbərlik etmək təklifini rədd etmişdir.[4]
İstinadlar
redaktə- ↑ JudoInside.com (ing.). 2002.
- ↑ Sports-Reference.com (ing.).
- ↑ "Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-12.
- ↑ Day. Az — Сборная Италии предложила олимпийскому чемпиону Назиму Гусейнову пост тренера
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |