Nazilli - Wikipedia
Nazilli — Türkiyənin qərbində şəhər, Egey regionunda, Aydın vilayətinin ən böyük şəhəri. Şəhər Aydın şəhərindən 47 kilometr (29 mil) şərqdə, Dənizliyə gedən yol üzərində yerləşir.
Nazilli | |
---|---|
37°54′45″ şm. e. 28°19′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 64 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 09800 - 09900 |
Nəqliyyat kodu | 09 |
Digər | |
nazilli.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
redaktəNazillinin keçmiş adı Bazarköy (türk. Pazarköy) olmuşdur. Rəvayətə görə, Osmanlı dövründə Aydın hökmdarının oğlu Bazarköydən bir qıza aşiq olur, lakin qızın atası onu rədd edir. Daha sonra gənc sevgilisinin şərəfinə şəhərə "Nazlı eli" (Nazlı İli) adını vermişdir. XVII əsr səyyahı Övliya Çələbi hesab edirdi ki, Nazilli bu zəngin şəhərdə yerli qadınların nazlı olması ilə əlaqədar olaraq bu adı almışdır. Başqa bir versiyaya görə, Nazilli adı burada məskunlaşan oğuz türklərindən olan bir ailənin adıdır. Britaniyalılar 1920-ci illərdə şəhəri "Nazlı" adlandırmışdır.[1]
Tarixi
redaktəTürklərin Anadoluya yürüşündən sonra burada oğuz türkləri məskən salmışdır. Daha sonra buraya nəzarət Məntəşəoğulları, ardınca isə Aydınoğulları bəyliklərinə keçmişdir. 1390-cı ildə I Bəyazid bu ərazini Osmanlı imperiyasına birləşdirmişdir. O zaman şəhər iki kənddən ibarət idi: "Cümə yeri" (Cuma Yeri) və Bazarköy (Pazarköy). Şəhər yalnız sonralar "Nazlıköy" adlandırılmağa başlamışdır. 1402-ci ildə Ankara döyüşündə Teymurləng Bəyəzidi məğlub edərək Egey regionu nəzarətə götürmüş, Nazilli ərazisini Aydınoğulları ailəsinə qaytarmışdır. Ərazi daha sonra sultan II Murad tərəfindən tez bir zamanda Osmanlının nəzarətinə qayıtmışdır. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı Nazilli yunan qoşunları tərəfindən işğal edilmiş və 5 sentyabr 1922-ci ildə Türkiyənin nəzarətinə keçmişdir.
Coğrafiya
redaktəNazilli Məndərəs çayı üzərində yerləşir. Ərazinin böyük hissəsi sitrus ağacları, zeytun və əncir, həmçinin pambıq, buğda və digər məhsullarla dolu Məndərəs vadisindədir.
Əhali
redaktə2018-ci il siyahıyaalınmasına görə, Nazillinin 156,748 əhalisi var.
İstinadlar
redaktə- ↑ Prothero, G.W. Anatolia. London: H.M. Stationery Office. 1920. səh. 101. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.
Xarici keçidlər
redaktə- Vikianbarda Nazilli ilə əlaqəli mediafayllar var.