Naxcivan Muxtar Respublika Kitabxanasi - Wikipedia
Naxçıvan Respublika Kitabxanası, M. S. Ordubadi adına — Naxçıvan Muxtar Respublikasının ən böyük kitabxanası, elmi-metodik mərkəz.[1]
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | Milli Kitabxana |
Yaradılıb | 1930 |
Ünvan | Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Atatürk küçəsi, 18 |
Telefon | Tel:(+99436) 5450350 |
Sayt | e-kitab.nakhchivan.az/Az… |
Haqqında
redaktəÖtən əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da ilk ictimai-kütləvi kitabxana və qiraətxanalar fəaliyyətə başlamış, 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kİtabxanası yaradılmışdır. Kitaba olan marağı artırmaq məqsədilə 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil olunmuş, kitabxananın təşkil etdiyi səyyari kitabxana Naxçıvan şəhəri ilə yanaşı ətraf kəndləri də əhatə etmişdir. 1947-cü ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir.
“Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 19 aprel 2012-ci il tarixində Sərəncam imzalamışdır. Həmin Sərəncamla Elektron Kitabxana yaradılmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Respublika Kitabxanası// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 163. — ISBN 5-8066-1468-9.