Naxcivan Muxtar Diyari - Wikipedia
Bu məqalə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Naxçıvan Muxtar Diyarı — Naxçıvan SSR-nin Azərbaycan SSR tərkibində muxtariyyəti statusunun rəsmiləşdirilməsinin növbəti mərhələsində (1923, 27 fevral — 1924, 9 fevral) totalitar sovet rejiminin təzyiqi altında yaradılmış muxtar qurum; Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinin ziddinə olaraq Naxçıvan SSR muxtariyyətinin məhdudlaşdırılmasını, onun Naxçıvan SSR muxtariyyətinin Azərbaycan SSR-nin protektoratlığı altında təşkil edilməsini deyil, diyarın məhdud muxtar vilayət hüququnda ona birləşdirilməsini nəzərdə tuturdu.
Muxtar Diyar | |
Naxçıvan Muxtar Diyarı | |
---|---|
«Бүтүн өлкәләрин пролетарлары, бирләшин! (Bütün ölkələrin proletarları, birləşin!)» |
|
|
|
Paytaxt | Naxçıvan |
Ən böyük şəhər | Culfa, Ordubad, Şərur |
Rəsmi dilləri |
Azərbaycan dili Rus dili |
Dövlət dini | Ateizm |
Tarixi | |
• 9 fevral1924 | MSSR-nın yaradılması |
Yaranması
redaktəİlk dəfə 1922 ilin dekabrında Cənubi Qafqaz (Zaqafqaziya) I Sovetlər qurultayında irəli sürülmüş və müvafiq qərar qəbul edilmiş, 1923 ilin yanvarında isə RK(b)P Cənubi Qafqaz Diyar Komitəsi həmin məsələni müzakirə edərək Cənubi Qafqaz I Sovetlər qurultayının qərarına əsasən Naxçıvan SSR-i muxtar vilayətə çevirməyi AK(b)P MK-ya tövsiyə etmişdi. Bundan sonra nəhəng təbliğat maşını işə salınmış, AK(b)P Naxçıvan Diyar Komitəsinin 1923 il 5 fevral tarixli qərarı ilə həmin məsələ “ümumxalq müzakirəsinə” verilmiş və “zəhmətkeşlər tərəfindən yekdilliklə bəyənildikdən” sonra AK(b)P Naxçıvan Diyar Komitəsinin Rəyasət Heyətində (20 fevral) və AK(b)P Naxçıvan diyar təşkilatının III qurultayında (23 fevral) təsdiq edilmişdi. III Ümumnaxçıvan Sovetlər qurultayı (1923, 27 fevral) partiya orqanlarının həmin qərarını “müzakirə edərək” Naxçıvan SSR-in muxtar diyar hüququnda Azərbaycan SSR-in tərkibinə daxil edilməsi barədə müvafiq qətnamə və bəyannamə qəbul etmişdi.[1]
Fəaliyyəti
redaktəQurultayın qərarı ilə Naxçıvan MİK-i, XKS-i və bütün komissarlıqları buraxılmış, diyarı idarə etmək üçün 17 üzv və 7 namizəddən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi (NDİK) seçilmişdi; Naxçıvan, Şərur və Ordubad qəzaları ləğv edilmiş və N.M.D- nın bütün ərazisi altı dairəyə — Tumbul, Cəhri, Əbrəqunus, Şahtaxtı, Noraşen və Ordubad dairələrinə bölünmüşdü.1923 il iyunun 16-da Azərbaycan MİK-in sessiyası Naxçıvan Sovetlər qurultayının Naxçıvan diyarının muxtariyyət hüquqları əsasında Azərbaycan SSR-in tərkibinə daxil edilməsi haqqında xahişini bəyənərək N.M.D. haqqında Əsasnamə qəbul etmişdi. Diyarda ali hakimiyyət orqanı NDİK tərəfindən ildə bir dəfə çağırılan Naxçıvan Diyar Sovetlər Qurultayı (NDSQ) idi. Ali icraedici və sərəncamverici orqan sayılan NDİK NDSQ qarşısında hesabat verirdi. Naxçıvan SSR-in ləğv edilmiş xalq komissarlıqları əvəzinə NDİK-in torpaq, daxili işlər, səhiyyə, maarif, sosial təminat, ticarət və s. şöbələri yaradıldı.N.M.D. daha çox inzibati-ərazi muxtariyyəti prinsiplərinə uyğun idi və yüksək milli- ərazi muxtariyyəti tələblərinə az cavab verirdi. Halbuki ərazicə Azərbaycan-dan ayrı salınmış Naxçıvan diyarına geniş səlahiyyətli siyasi hüquqlar verilməsi bilavasitə 1921 il Moskva və Qars müqavilələrinin şərtlərindən irəli gəlirdi.[2]
Naxçıvan MSSR-ə çevrilməsi
redaktəNaxçıvanın muxtariyyəti məsələsinə yenidən baxılması, görünür, elə məhz bu zərurətdən doğmuşdu. 1923 il dekabrın 31-də Azərbaycan MİK N.M.D.-nın Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qərar qəbul etdi; qərar Cənubi Qafqaz MİK-in yanvar 1924 il tarixli birinci plenumunda təsdiq edildi. Azərbaycan SSR MİK-in 9 fevral 1924 il tarixli dekreti ilə N.M.D-nın Naxçıvan MSSR-ə çevrilməsi təsbit edildi.[3]