Naxcivan Mulki Mudafie Merkezi - Wikipedia
Naxçıvan Mülki Müdafiə Mərkəzi — raket-nüvə silahlarının meydana çıxması ilə əlaqədar 1961-ci ildə hava hücumundan yerli müdafiə zəminində yaradılmışdır.[1]
Tarixi
redaktəDövlət müstəqilliyi əldə edildikdən sonra, 1993-cü ildən başlayaraq mülki müdafiə sisteminin yaradılması sahəsində də qətiyyətli addımlar atıldı, Mülki Müdafiə (MM) haqqında bir sıra normativ sənədlər qəbul edildi. Muxtar Respublika baş nazirinin yanında Mülki Müdafiə qərargahı yaradıldı. Mülki Müdafiə sistemini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 may tarixli fərmanına əsasən, mülki müdafiə qərargahı Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikası Mülki Müdafiə Regional Şöbəsi adlandırıldı. 2003-cü ilin sonunda Mülki Müdafiə mərkəzi üçün yeni kompleks tikilmişdir.[1]
Fəaliyyəti
redaktəAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Naxçıvan Mülki Müdafiə Mərkəzinin açılışında iştirak etmişdir (2 sentyabr, 2004). Mərkəz 3 mərtəbəli qərargah binasından, 300 yerlik əsgər binasından, avtomobil-texniki parkından, Mülki Müdafiə səfərbərlik ehtiyat anbarından, 400 nəfərlik əsgər yeməkxanasından, hamam-qazanxana binalarından və digər yardımçı bina və qurğulardan ibarətdir. Mərkəz Rusiya, Yaponiya, Cənubi Koreya və s. xarici dövlətlərin istehsalı olan müasir texniki avadanlıqla təchiz olunmuşdur.[1]
Mərkəzdə Mülki Müdafiə kursları və qəza-xilasetmə taboru fəaliyyət göstərir. Naxçvan Mülki Müdafiə Mərkəzi baş verə biləcək fövqəladə halların nəticələrini operativ surətdə aradan qaldırılması, qəza-xilasetmə işlərinin yerinə yetirilməsini təşkil edir. Naxçıvan Mülki Müdafiə Mərkəzinin şəxsi heyəti Müdafiə Nazirliyinin xətti ilə keçirilən beynəlxalq tədbirlərdə, təlim-məşqlərdə yaxından iştirak edir.[1]
Mərkəz üçün mütəxəssislər Rusiya Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzlərində, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən kurslarda hazırlanır.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Naxçıvan Mülki Müdafiə Mərkəzi// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 160. — ISBN 5-8066-1468-9.