Naxcivanin Koc Yollari - Wikipedia
Naxçıvanın köç yolları —
Аzərbаycаndа bаşqа təsərrüfat sahələri ilə yanaşı, maldarlığın inkişafı təbii-coğrafi şəraitlə üzvi sürətdə bağlı olmuşdur. Burada maldarlıq əsas etibarı ilə Mezolit dövründə yаrаnmış, Neolit dövründən yerli əhalinin təsərrüfat fəaliyyətində və güzəranında daha geniş yer tutmağa başlamışdır.[1] Аpаrılаn tədqiqаtlаr sübut edir ki, Аzərbаycаndа hələ qədim dövrlərdən mаldаrlıq üzrə zəngin təsərrüfаt mədəniyyəti оlmuşdur.
Аzərbаycаnın digər bölgələrində оlduğu kimi, XIX əsrin əvvəllərində Nахçıvаndа dа mаldаrlıq təsərrüfаtı sаhəsində хırdаbuynuzlu heyvаnlаr üstünlük təşkil edirdi. Mənbələrin məlumatına görə, Naxçıvan diyarında qoyunçuluq daha çox inkişaf etmişdir.[2] Xırdabuynuzlu maldarlığın üstünlük təşkil etməsi bölgədə köçmə-yaylaq maldarlığının əsasını qoymuşdur.[3] Naxçıvanda maldarlıq təsərrüfatı əsasən oturaq formada olmaqla yaylaq və qışlaq xarakteri daşımışdır.
Оturаq mаldаrlığın əsаs səciyyəvi хüsusiyyəti оndаn ibаrətdir ki, heyvаnlаr ilbоyu dаimi yаşаyış məskənləri ərаzisində оlur. Gündüz ətrаfdаkı оtlаqlаrdа оtlаyır, ахşаm isə geri qаyıdır. Mаldаrlıq təsərrüfаtının bu fоrmаsı ilə məşğul оlаn əhаlinin dаimi yаşаyış məskənləri, evləri, əkinçilik sаhələri və оturаq хаrаkterli təsərrüfаt-məişət аvаdаnlıqlаrı оlur. Оturаq heyvаndаrlıqlа məşğul оlаn əhаli təsərrüfаtın digər sаhələri ilə, xüsusilə əkinçilik və bağçılıqla da məşğul оlurdulаr.
Mövsümlə əlaqədar olaraq Naxçıvan maldarlarının az bir qismi müvəqqəti olaraq heyvanları daha yaxşı qidalandırmaq, onlardan yüksək və keyfiyyətli məhsul götürmək məqsədi ilə daimi yaşayış məskənlərindən 2–3 aylıq sürüləri ilə birgə yerlərini dəyişərək yaylağa köçür və yayın axırları-payızın əvvəli isə yaylaqdan geri qayıdırlar. Demək, yerdəyişmə maldarlıq tipi oturaq maldarlığın forma müxtəlifliyidir. Yəni, köçmə-yaylaq maldarlığı oturaq maldarlığın bir formasıdır. Bu tip heyvаndаrlığın meydаnа gəlməsinin əsаs səbəbləri mövcud ərаzidəki оtlаqlаrın tələbаtı ödəməməsi, yem qıtlığı, yаy аylаrındа hаvаnın isti keçməsi, bunun nəticəsində heyvаnlаrın müхtəlif хəstəliklərə tutulmаsı və yüksək məhsul əldə etməməsi idi. Elmi tədqiqаtlаr sübut etmişdir ki, mаl-qаrаnın ilbоyu оtlаqdа yemlənməsi heyvаnlаrın hərtərəfli inkişаfınа, ömrünün аrtmаsınа, məhsuldаrlığın yüksəlməsinə və məhsullаrın keyfiyyətli оlmаsınа müsbət təsir göstərir. Həmçinin оnu dа qeyd etmək lаzımdır ki, heç bir bаşqа yem, süni vitаmin göy оtlаq оtunu əvəz edə bilməz. Təbii otlaqlar və biçənəklər heyvandarlığın inkişafı üçün mühüm əhəmiyyətə malikdir.
Naxçıvan ərazisi öz coğrafi mövqeyinə görə dağlıq, dağətəyi sahələrə və düzənlik zonalara bölünür. Bu zonalarda iqlim şəraiti, bitki örtüyü, əhalinin təsərrüfat məşğuliyyətinə görə bir-birindən fərqlənir. Düzənlik ərazilərdə yaşayan əhalinin təsərrüfat məşğuliyyətinin və iqtisadiyyatının əsasını əkinçilik təşkil etdiyi halda, dağlıq zonada yaşayan əhalinin başlıca təsərrüfat məşğuliyyətinin əsasını maldarlıq təşkil edir. Dağətəyi zonalarda isə əhalinin təsərrüfat və iqtisadi həyatında həm əkinçilik, həm də maldarlıq mühüm rol oynayır.
Naxçıvan diyarının təsərrüfat məişətində əkinçiliklə yanaşı, maldarlıq da mühüm təsərrüfat sahəsi olduğundan, köçmə maldarlıq üçün səciyyəvi olan köç yolları daxili əlaqə yollarının bir qismini təşkil edirdi. Köç yollarının daxili yollardan fərqli xüsusiyyəti ondan ibarədir ki, bu yollar mövsümi xarakter daşıyır. Keçmişdə Azərbaycanın maldarlıqla məşğul olan hər bir bölgəsində müxtəlif istiqamətlərə gedən çoxlu köç yolları olmuşdur.[4] Köç yollarından maldarlar istifadə etsələr də, kənd əhalisinin də iqtisadi həyatında onların müstəsna əhəmiyyəti var idi. Vaxtilə köç yolları ilə hərəkət edən aran kəndlərinin əhalisi öz məhsullarını-taxılı, meyvəni, bostan-tərəvəzi və s. maldarlıq məhsullarına-yağa, pendirə, yuna, ətə və s. dəyişmək üçün tez-tez yaylaqlara qalxırdılar. Naxçıvan bölgəsinin Ordubad, Şahbuz və Culfa yaylaqlarına köç yolları ilə qalxan heyvandarlar uzun illər bu yollardan istifadə etmişlər və bu gündə bir qismindən istifadə edilir. Naxçıvanın yaylaqlarını qışlaqları ilə birləşdirən köç yollarının əsas xüsusiyyəti onların daha çox çay boyu vadilərdə salınması idi. Əsas köç yolları Naxçıvançay, Əlincəçay, Gilançay boyunca uzanırdı.[5] Bununla yanaşı, bəzi yerlərdə isə köç yolları əsasən dar cığırlı dağlıq ərazilərdən keçirdi.
Naxçıvanın aran kəndlərindəki qışlaq yerlərindən sərin və şirəli otlaqları olan yaylaqlara qalxan köç yolları dolanbac, əyri-üyrü, enişli-yoxuşlu idi. Etnoqrafik mənbələrə görə, Azərbaycanın digər bölgələrinin yaylaqları kimi, Naxçıvan bölgəsinin yaylaqlarının və yurd yerlərinin də 7–8 minillik tarixi haqqında məlumatlar vardır.[6]
Naxçıvan maldarları uzaq keçmişdən bu günə kimi yaylağa və qışlağa xalq təqvimi əsasında gedib gəlmişlər. Yaşlıların və çobanların dediklərinə görə, yaz yarı olanda və ya sağmal heyvan tük atandan sonra yaylağa qalxardılar. Köç işinə bol məhsulun əsası kimi baxan maldarlar bunun üçün ciddi hazırlıq görürdülər. İlk növbədə köçə lazım olan avadanlıqlar seçilib yığılırdı. Qoyunların hansı yol ilə köçürülməsi, hansı düşərgələrdə dayanması, örüş və yataq yerləri, nəqliyyat vasitələri, alaçıqların harada qurulması, ümumiyyətlə, köçlə bağlı məsələlər yaşlılar və təcrübəli çobanlar tərəfindən müəyyən edilirdi.
Köç yola düşərkən çobanlar heyvanları sağmal, subay, quzu, qaramalı ayrı-ayrılıqda yaylaqlara qaldırırdılar. Naxçıvan bölgəsində köç yola düşən günü sürüdə olan erkək qoçların buynuzlarına qırmızı rəngli parçalar, göz muncuğu, dağdağan bağlayar, keçilərin boynuna zınqırovlar asarmışlar. Həmin gün bayramı xatırladarmış. Əhali buna "köç bayramı"da deyərmiş. Sonra isə, köç yola düşərmiş. Aran kəndlərdə yaşayan əhali ilə dağ və dağətəyi kəndlərin əhalisinin yaylağa köçmə vaxtı və köç qaydalarında müəyyən fərqlər var idi. Belə ki, dağ və dağətəyi kəndlər yaylaqlara yaxın olduğu üçün istər əhali, istərsə də heyvanlar həmin mühitə tez alışır, lakin aranla dağ iqlimi arasında kəskin fərq olduğundan aran kəndlərinin maldarları və sürüləri isə iqlim fərqinə görə nisbətən gec alışırdı. Xalq arasında deyirlər ki, havanı bilməyən heyvandarlar mal-qaranı, qoyun-quzunu borana salar. Çobanlar coğrafi şəraitə uyğun olaraq əvvəlcə dağların ətəklərində düşərgə salıb bir müddət heyvanları orada otarırlar. Sonra bir qədər yuxarı dağın döşünə qaxır, müəyyən müddət də orada düşərgə salırlar. Nəhayət, hava isindikdən sonra dağın başına, yaylağa qalxırlar. Heyvanları yaylağa aparanda təcrübəli çobanların seçilməsinin böyük əhəmiyyəti var. Etnoqraf alim Asəf Orucov yazır ki, çobanlar aşağıdakı adlarla bilinirdi: Sərkar, Qart, Fitnə və s.[7] Təcrübəli sərkar çobanlar otlaqların necə seçilməsinin böyük əhəmiyyəti olduğunu bilirlər. Heyvanların gümrah saxlanılması, onların məhsuldarlığı, yayda və qışda saxlanıldığı şəraitdən, yemlə təmin olunmasından asılıdır. Bununla yanaşı, çoban otlaqları da yaxşı tanımalı, onların hansından nə vaxt istifadə edəcəyini bilməlidir.
Ümumiyyətlə, köç prоsesi qоyunçuluq təsərrüfаtındа ən incə mərhələdir. Bu mərhələnin həyаtа keçirilməsində cüzi bir ehtiyаtsızlıq təsərrüfаtа ciddi ziyаn vurа bilərdi. Ona görə də, yaylağa köçərkən yolun uzaqlığından asılı olaraq maldarlar müəyyən bir yerdə düşərgə salır və heyvanları iqlim şəraitinə uyğunlaşdıra-uyğunlaşdıra aparırdılar. Yaylaqdan enəndə isə maldarlar həmin düşərgələrdə qala-qala tədriclə aşağı enirlər. Yaylaqada yay fəslinin son ayından, təxminən avqust ayının 15-dən etibarən havalar dəyişməyə başlayır, soyuq külək əsir, bu müddətdə tez-tez çən düşür, dağlardan duman-çiskin əskik olmur, gecələr şeh düşür. Maldarlıq təsərrüfatına uyğun olaraq xalq təqvimində, "quyruqdoğdu"dan sonra "quzuqıran", "oğlaqqıran"dövrü başlanır. Naxçıvan ərazisində "oğlaqqıran" ayı avqustun ortalarından sentyabr ayının əvvəllərinə qədər davam edir. Artıq bu dövrdən etibarən köç yaylaqdan arana yenməyə hazırlaşır.
Naxçıvan bölgəsinin maldarları yaylaqlara getmək üçün hələ qədim zamanlardan müxtəlif istiqamətlərə uzanan köç yollarından istifadə etmişlər. Ordubad köç yollarından bəhs edən A. Seyidov onları aşağıdakı kimi xarakterizə edir:
Nəsirvaz kəndindən Gəmiqayanın Qaranquş yaylağına uzanan birinci yol bu ərazilərdən keçir: Nəsirvaz, Zərnabad çayı, Bədəl demisi (sahəsi), Şamlar, Narzan bulağı, Şorlar (qırmızı sulu yer)", Göllər, Kəngərli düzü, Dik yurd, Qaranquş yaylağı.
İkinci yol aşağıdakı ərazilərdən keçir: Nəsirvaz, Çeşmə başı, Daş başı, Şırlan çayı, Qəzər yurdu, Qazan köç, Camışölən, Nəbi yurdu, Dava daşı, Novruz güneyi, Qaranquş yaylağı, Qız-gəlin çuxuru, Qapıcıq keçidi.
Üçüncü yol Nəsirvazdan şimala Göygölədək uzanır: Gülüm-gülüm dağı, Ələngəz, Eşşək meydanı, Qəhrəman çuxuru, Təvəkkəl, Gözcük, Qartal oturan, Göygöl. Göllər adlanan ərazidən Gəmiqayaya gedən yol Göllər, Şorlar (bu ikinci Şorlardır), Hasarlar və Çürüklüdən keçərək, Gəmiqayada tamamlanır.[8] Ordubadın Göygöl yaylağına uzanan başqa bir yol isə Türbələr, Meşə, Murad ağlı, Çuxur çimən, Soltanlı, Çaqqallar yurdu, Gen yurd, Xan bulağı, Göygöl, Sil gəz ərazilərindən keçir.
Ordubad ərazisinin yaylaqlarına bir neçə istiqamətdə köç yolları olmuşdur. Bunun da səbəbi Ordubadın və Naxçıvanın ayrı-ayrı ərazilərindən olan maldarların müxtəlif istiqamətdə yaylaqlara qalxmaları idi.
İstər keçmişdə, istərsə də günümüzdə Ordubad ərazisində olan yaylaqlardan Ordubad maldarları ilə yanaşı, muxtar respublikanın Babək, Kəngərli və Culfa rayonlarının maldarları da istifadə edirlər. Bu barədə Abbas Seyidov yazır: "Babək rayonunun Qahab və Nəhəcir kəndlərindən Gəmiqaya və ətraf yaylaqlara əsasən Qahab-Qotur Dizə-Sürəməlik-Kəlbə Rza-Davılı yer-Bağırsaqdərə-Nəhəcir-İydəli ağıl-Qızıl ağıl-Atuçan, Təpələrarsı (burada beş təpə var)-Tap (dağların üstü belə adlanır)-Sarı dərə-Aralıq, Qazançı-Ərəfsə kəndləri. Buradanda zirvəyə Saqqar su (ağ köpüklü olduğuna görə belə adlanır)-Qanlı zəmi-Seyid yurdu-Təndirli-Çimənlər-Əyriçay-Əhməd xan boğulan-Qaraçı yurdu-Şah bulağ-Çadır daş-Qaranlıq dərə-Sarı dərə-Keçi qalası-Şıppırlı-Əliölən-Süleyman yurdu-Sallı dərə-Boğazyurd və Nefitlidən keçməklə çatmaq olar.[9]
Araşdırmalar nəticəsində aydın olur ki, hələ qədim zamanlardan Kəngərli rayonunun heyvandarlarının bir qismi Ordubadın Göygöl və ətrafdakı yaylaqlarına getmək üçün Sirab, Nəhəcir, Qazançı və Boyəhməd istiqamətində hərəkət edərək Göygölə [10] gedirmişlər. Xok kəndindən Ordubadın Tüklü çimən yaylağından istifadə etmək üçün Xok-Sust-Payız-Türkeş-Naxçıvançay-Vayxır-Sirab-Nəhəcir-Qazançı-Teyvaz-Göydağ köç yollarından istifadə edirlər. Yaylaqdan arana yenərkən eyni köç yolları ilə yenirlər.
Kəngərli rayonun bəzi maldarları təkcə Ordubad yaylaqlarından deyil, Culfa və Şahbuz rayonlarının yaylaqlarından da istifadə edirlər. Rayonun Çalxanqala kənd sakini Abdullayev Lətif hər il sürülərini Culfa rayonunun Dəmirli yaylağına aparır. Çobanlarla apardığımız sorğulardan məlum olur ki, o ərazidən keçən köç yolları Çalxanqala-Türkeş-Payız-Naxçıvançay-Vayxır-Sirab-Nəhəcir-Qazançı-Milax-Teyvaz-Göydağ-Boyəhməd istiqamətində uzanır.
Naxçıvan MR-in Şərur, Kəngərli, Culfa və Babək rayonlarının heyvandarlarının bir qismi müxtəlif köç yollarından istifadə etməklə yay aylarında Şahbuz yaylaqlarına qalxırlar. Apardığımız çöl-etnoqrafik məlumatlara əsasən deyə bilərik ki, Babək və Culfa rayonlarından uzanan köç yollarından biri vaxtilə Şahbuz rayonun Porttan və Ayı Dərəsi yaylaqları istiqamətində olmuşdur. Bu yaylaqlardan hələ qədim zamanlarda, həmçinin sovet hakimiyyəti illərində də istifadə edilirdi. Yaşlıların dediyinə görə, köç yolları Qahab, Şiyran arxacı (Şahbuzkənd ərazisi), Sarıbulaq selovu, Külüs, Keçili çayı boyunca, Böyük düz (Külüs ərazisi), Palçıqlı, Hamar quzey aşırımı, Toğlu qayası, Şah bulağı, Porttan yaylağı, Xuda Kərim yurdu, Ayı dərəsi istiqamətində uzanırdı. Köç edənlərin bəziləri Keçili ərazisindəki Porttan ətrafı yaylaqlara, bəziləri isə Salvartı və Ayı dərəsi yaylağına qalxırdılar. Arxeoloq, tarix elmləri doktoru V.Baxşəliyev yazır ki, Keçili yaxınlığındakı Bulaq başı yurd yerində mədəni təbəqənin olması bu yaylaqdan uzun müddət istifadə olunduğunu təsdiq edir [5, s.180]. Adı qeyd olunan bu köç yolundan Qahab və Sirab, Culfa rayonunun heyvandarları ilə yanaşı, Şahbuzkənd, Külüs heyvandarları da istifadə etmişdir.
Şərur maldarları yaxın keçmişdə və günümüzdə Şahbuz rayonun Salvartı, Keçəl dağ, Qanlı göl, Ayı dərəsi və digər yaylaqlarından istifadə edirdilər. Bu yaylaqlara müxtəlif istiqamətdə köç yolları uzanırdı. Mənbələrdə göstərilir ki, hələ keçmişdə Şərur rayonunun maldarları Salvartı yaylaqlarından istifadə etmək üçün Kəngərli rayonunun Qarabağlar, Çalxanqala, Babək rayonunun Payız kəndindən keçən dağ yollarından istifadə etmişlər [5, s.181]. Bu yolla eyni zamanda əks istiqmətə qayıdanda da istifadə etmişlər.
Çöl məlumatlarına əsasən deyə bilərik ki, Şərur rayonun Cəlilkəndindən Batabat yaylaqlarından biri olan Yeli (Kələkli) yurduna Cəlilkənd-Tənənəm-Qarayuş-Cəhri-Türkeş- Badamlı-Kükü-Keçəl dağ-Dana boynu-Dəmirçi-İbadullah yurdu-Biçənək istiqamətində gedən köç yolundan istifadə edirlər. Bu yolla Şərurun digər kəndlərindən olan maldarlar da istifadə edirlər. Məlumatçıların dediklərinə görə onlar payızda sürüləri yaylaqdan yendirəndə gəldikləri köç yolundan deyil, başqa yolla- Yeli yurd-Gömür-Cin dağının ətəyi-Nurs-Kolanı-Ayrınc körpüsü-1 km Şahbuz şəhər şösse yolu-Şahbuz dağ yolu- Daylaqlı kəndinin üstü-Badamlı-Türkeş-Çalxanqala-Cəlilkənd istiqamətində gedirlər.
Vaxtilə Çalxanqala, Xıncab, Sust, Qarabağlar kəndlərinin maldarları ilə yanaşı, Cəhri, Nəzərabad, Didivar, Aşağı və Yuxarı Uzunoba heyvandarlarının yaylaqları əsasən Şərqi Dərələyəz idi. Bu ərazinin heyvandarları daha çox Gülü düzünə, el arasında Cəhri yurdu deyilən yurda, Qazan yaylağına, Yanıxlıya, Dəmirliyə, sonralar şərqə doğru Keçəl dağa, XX yuzillikdə Salvartı istiqamətində Qulu yurdu, Yeli yurd (Kələkli) və s. gedirdilər. Bu barədə H.Q.Qədirzadə yazır: "Çalxanqala, Xıncab, Sust, Qarabağlar kəndlərinin sürülərinin köç yolları Cəhriçay hövzəsindən keçirdi. Dərələyəz istiqamətində gedən sürüləri Çalxanın arxasında bir-iki gün dayanıb sonra Canıçay, Mövlu dərə, Gərməçataq, Sultanbəy, Gülü düzü, Yazı Yurdu, Hasarlı, Matəm ağacı, Böyük, Kiçik qəbirli, Qanlı göl, Keçəl dağ istiqamətində köç edirdilər".[11]
Mənbələrin və yaşlıların verdiyi məlumatlardan aydın olur ki, Naxçıvan ərazisinin maldarları yay aylarında Azərbaycanın qədim və əzəli torpağı olan İrəvanın, Göyçə gölünün ətrafında olan yaylaqlardan da istifadə etmişlər. Məsələn, Göyçə gölünün ətrafına Kültəpə sakinləri Payız dərəsindən Sust-Qarabağlar-Ovçular istiqamətində gedə bilərdilər.[12]
Günümüzdə də sahibkarlar, fermerlər mal-qaranı, qoyun-quzunu yaylaqlara qaldırmaq məqsədilə köç yollarından istifadə edirlər, lakin müvəqqəti yaşamaq üçün aparılan ev avadanlıqları, toyuq-cücə, arı qutuları isə maşınla yaylaqlara aparılır. Əvvəllər yaylaqlara minik vasitələrindən və yük avtomobillərindən istifadə edilirdisə, günümüzdə isə minik avtomobilləri də yaylaqlara qalxa bilir. Bu gün yaylaqlara qalxanlar əsasən heyvandarlıqla məşğul olan fermerlər və sahibkarlardı. Bundan əlavə yaylaqlara müasir dövrümüzdə istirahət məqsədilə gedənlər də vardır ki, onlar avtomobil yolları ilə yaylaqlara gedirlər.
Nəticə etibarı Naxçıvanda maldarlıq uzun əsrlər boyu əhalinin təsərrüfat məişətində mühüm rol oynamış və ərazinin iqlim şəraitindən asılı olaraq daha keyfiyyətli maldarlıq məhsulları əldə etmək məqsədi ilə yaylaq və qışlaq otlaqlarından istifadə etmişlər. Naxçıvan maldarları uzaq keçmişdən Ordubad, Culfa, Şahbuz, Dərələyəz və Göyçə gölü ətrafındakı yaylaqlardan istifadə etmiş, günümüzdə də bu köç yollarının bir qismindən istifadə edirlər. Bu gün dövlətin qayğısı nəticəsində təssərrüfatın maldarlıq sahəsi daha da inkişaf etdirilir, əhali keyfiyyətli maldarlıq məhsulları ilə təmin edilir.
İstinadlar
redaktə- ↑ Аzərbаycаn Milli Ensiklоpediyаsı. Bаkı: "Аzərbаycаn Milli Ensiklоpediyаsı" Bаkı: Elm, 2004, s.115
- ↑ Budaqova S. Naxçıvan diyarının coğrafiyası (XVIII əsrin ikinci yarısı-XX əsrin birinci qərinəsi). Bakı: Elm, 1995, s.24
- ↑ Orucov A. Köçmənçilik və yaxud köçmə mərasimi haqqında bəzi qeydlər // AMEA Naxçıvan Bölməsi. Xəbərlər (İctimai və humanitar elmlər seriyası). Naxçıvan: Tusi, 2010, №3, s.127
- ↑ Azərbaycan etnoqrafiyası. 3 cilddə. II c., Bakı: Şərq-Qərb, 2007, s.282
- ↑ Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, s. 130
- ↑ Azərbaycan etnoqrafiyası. 3 cilddə. III c., Bakı: Şərq-Qərb, 2007, s.520
- ↑ Orucov A. Köçmənçilik və yaxud köçmə mərasimi haqqında bəzi qeydlər // AMEA Naxçıvan Bölməsi. Xəbərlər (İctimai və humanitar elmlər seriyası). Naxçıvan: Tusi, 2010, №3, s.129
- ↑ Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, s.31–32
- ↑ Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, s.31–320
- ↑ Baxşəliyev V. Naxçıvanın qədim köç yollarının tədqiqi // "Naxçıvan " Universitetinin Elmi Əsərləri. Naxçıvan: Nuh, 2017, № 2, s.178–179
- ↑ Qədirzadə Q. Cəhriçay vadisi: M.Ö.IV minilliklərdən günümüzədək (tarixi-etnoqrafik araşdırma). Naxçıvan: Qızıl dağ, 2007, s.84
- ↑ Baxşəliyev V.Naxçıvanın qədim köç yollarının tədqiqi // "Naxçıvan " Universitetinin Elmi Əsərləri. Naxçıvan: Nuh, 2017, № 2, s.181
Ədəbiyyat
redaktə- Аzərbаycаn Milli Ensiklоpediyаsı. Bаkı: "Аzərbаycаn Milli Ensiklоpediyаsı" Bаkı: Elm, 2004, 320 s.
- Azərbaycan etnoqrafiyası. 3 cilddə. II c., Bakı: Şərq-Qərb, 2007, 384 s.
- Azərbaycan etnoqrafiyası. 3 cilddə. III c., Bakı: Şərq-Qərb, 2007, 568 s.
- Budaqova S. Naxçıvan diyarının coğrafiyası (XVIII əsrin ikinci yarısı-XX əsrin birinci qərinəsi). Bakı: Elm, 1995, 96 s.
- Baxşəliyev V.Naxçıvanın qədim köç yollarının tədqiqi // "Naxçıvan " Universitetinin Elmi Əsərləri. Naxçıvan: Nuh, 2017, № 2, 177–184.
- Qədirzadə Q. Cəhriçay vadisi: M.Ö.IV minilliklərdən günümüzədək (tarixi-etnoqrafik araşdırma). Naxçıvan: Qızıl dağ, 2007, 160 s.
- Orucov A. Köçmənçilik və yaxud köçmə mərasimi haqqında bəzi qeydlər // AMEA Naxçıvan Bölməsi. Xəbərlər (İctimai və humanitar elmlər seriyası). Naxçıvan: Tusi, 2010, №3, s.127–132
- Orucov A. Xalq təqvimi (adətlər, inanclar, mərasimlər). Bakı: Elm və təhsil, 2013, 200 s.
- Seyidov A. Gəmiqaya ( toponimlər, qədim köç yolları). Bakı: İqtisad Universiteti, 2003, 130 s.