Navarrali I Janna Fransa Kralicasi - Wikipedia
Navarralı I Janna (fr. Jeanne I de Navarre; 14 yanvar 1273 – 2 aprel 1305[1], Vensen[2]) — Navarra kraliçası və Fransa kralı IV Filippin xanımı, Fransa kraliçası.[3] O, fransız hakimləri tərəfindən idarə edildiyi üçün heç vaxt Navarraya de-fakto olaraq hakim olmadı. 1305-ci ildə Parisdə ilk Navarra Kollecinin əsasınnı qoymuşdur.
Navarralı I Janna | |
---|---|
fr. Jeanne I de Navarre | |
5 oktyabr 1285 – 2 aprel 1305 | |
22 iyul 1274 – 2 aprel 1305 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 1273 |
Vəfat tarixi | 2 aprel 1305[1] (32 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər |
Həyat yoldaşı | IV Filipp |
Uşaqları |
X Lüdovik V Filipp IV Çarlz Fransalı İzabella |
Dini | xristianlıq, katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNavarralı Janna 1273-cü ildə Navarra kralı I Henri və xanımı Artesli Blanşın yeganə qızı olaraq dünyaya gəldi. Hələ bir yaşında ikən atasının vəfatıyla Navarra kraliçası elan edildi. Ancaq yaşı səbəbilə anası Artesli Blanş onun qoruyucusu və taxt naibəsi təyin edildi.
Ancaq azyaşlı kraliça və onun anasının zəif naibəliyi səbəbilə, qısa zamanda Navarra yerli və xarici qüvvələrin mübarizə meydanına çevrildi. Buna görə də, Artesli Blanş qızını da alaraq 1274-cü ildə Fransaya qaçdı və bir il sonra III Filipplə bağladığı sülh müqaviləsiylə Fransa təbəəliyini qəbul etdi. Bağlanan sülh müqaviləsinə görə, Navarranın azyaşlı kraliçası Fransa kralının oğullarından Ədalətli Filipplə nişanlandı və hər ikisi Fransa sarayında birlikdə böyüdülər.
Nəhayət, 16 avqust 1284-cü ildə cütlüyün toy mərasimi baş tutdu. Mərasimin ardından Navarra kralı elan edilən Ədalətli Filipp, bir il sonra atasının vəfatıyla Fransa kralı təyin edildi. Beləcə, Navarralı Janna da həm Navarra, həm də Fransa kraliçası oldu. Cütlüyün dünyaya gələn hər üç oğlu Fransa kralı, yeganə qızları olan İzabella isə İngiltərə kraliçası olmuşdur. Krala olduqca bağlı olan Navarralı Janna bu səbəblə, heç vaxt Navarraya qayıtmadı. Krallığı isə öncə qaynatası, daha sonra ərinin təyin etdiyi fransız hakimlər tərəfindən idarə edildi.
Navarralı Janna 1305-ci ildə doğuş əsnasında vəfat etdi. Cənazəsi isə Parisdəki Kordelya malikanəsinə dəfn edildi.
Övladları
redaktəMənbə
redaktə- Menache, Sophia (1998). Clement V. Cambridge, England: Cambridge University Press. p. 85. ISBN 0521592194
- Echols, Anne; Williams, Marty, eds. (1992). An annotated index of medieval women. Markus Wiener Publishers. ISBN 9780910129275
- George, Hereford Brooke (1875). Genealogical table illustrative of Modern History. Oxford at the Clarendon Press.
İstinadlar
redaktə- ↑ 1 2 Juana I de Navarra // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ 1 2 http://www.britannica.com/EBchecked/topic/304202/Joan-I.
- ↑ Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnership, 1274-1512. Palgrave Macmillan