Naukan Yupikleri - Wikipedia
Naukan yupikləri – Rusiya Federasiyasına tabe olan Çukotka Muxtar Dairəsində Naukan (Посёлок Наукан) ilə Dejnyov (Посёлок Дежнёв) adlı iki kənddə yaşayan və nəsli tükənmək üzrə olan Yupik qolundan bir eskimos xalqıdır.
Çukotka Muxtar Dairəsində Yupik eskimos coğrafiyası 6 – Çukça rayonu (Чукотский район) və Lavrentiya (Лаврентия; eskimosca Ӄышы) qəsəbəsi. Rayonun şimal-şərqindəki uzantı Naukan kəndidir 4 – Provideniya rayonu (Провиденский район) və Provideniya (Провидения ) qəsəbəsi. Bu rayonun sahillərində Sirenik yupikləri ilə Sibir (Çaplino) yupikləri tapılar. | |||
Yaşadığı ərazilər | |||
---|---|---|---|
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Sibir yupikləri , Sirenik yupikləri , Alyaska yupikləri, İnyupiklər |
Təsnifatı
redaktə- Aleut xalqı
- Eskimoslar
- Sirenik eskimosları¹
- Sirenik yupikləri¹
- Əsl Yupik xalqları
- Sibir yupikləri
- Naukan yupikləri
- Alyaska yupikləri
- Nunivak çupikləri
- Supiklər
- İnyupiklər
- İnuitlər və ya Kanada inuitləri
- Qərbi Kanada inuitləri
- Şərqi Kanada inuitləri
- Qrenlandiya inuitləri
Tarixi
redaktəNaukan yupikləri Rusiya ərazisində olan eyni adlı kənddə yaşayırlar. Naukan kəndi 1958-ci ildə köçürülmüşdür.Kənd köçürülənə qədər Avrasiyanın ən şərq nöqtədə yerləşən kəndi idi. Naukan kəndi təxminən 14-cü əsrdə salınmışdır. 1958-ci ildə köçürmədən əvvəl təxminən 400 nəfərin yaşadığı kiçik bir kənd idi. ABŞ və SSRİ arasında ola biləcək bir döyüş təhlükəsinə görə strateji mövqedə olan kəndin 1954-cü ildə köçürülməsi müzakirə edilirdi. Rəsmi olaraq 20 noyabr 1958-ci ildə Çukça rayonu soveti tərəfindən kəndin köçürülməsinə və ən əsası Naukan yupiklərinin köçünə qərar verildi. Köç etdirilən Naukan ailələri, Çukotka Muxtar Dairəsinin müxtəlif istiqamətlərinə, Uelen (Уэлен), Lavrentiya (Лаврентия), Lorino (Лорино) kənd və qəsəbələrinə yerləşdirilirdilər. Bu gün, Novoye Çaplino (Новое Чаплино), Sireniki (Сиреники) və Uelkal (Уэлькаль) qəsəbələrində də Naukan yupiyi vardır. Bu evakuasiya və köç, Naukan yupiklərinin mədəniyyətlərinin yox olması prosesini sürətləndirmişdir.[1]
Dil
redaktə2005-ci ildə aparılan hesablamalara görə bu dil cəmi 50 [2] tərəfindən istifadə edilir.
İctimai həyat
redaktəQarqi
redaktə(Qarqi) İnyupikcə[3]; Çupikcə qaygiq [4] Sibirdə eskimoslar xalqları arasında yalnız Naukan yupikləri tərəfindən istifadə edilən daxma formalı yaşayış yeri.Alyaskada İnyupiklər ilə Yupiklərin tikdiyi formadan istifadə edilir.Qarqilər yalnız kişilər tərəfindən istifadə edilir.
Ovçuluq və yığıcılıq
redaktəBütün eskimos xalqları kimi Naukan yupikləri də ovçu və yığıcıdır. Bu ovçu və yığıcılığın izləri ay adlarında aşkar şəkildə görünür:
- Yanvar ayı üçün Nayyughaghhsiq ('suitilərin ağ görünüşlü olduqları ay'),
- İyun ayı üçün Kigyughvik (əvəlik yığma ayı')
Naukan yupikləri dəniz məməliləri arasında daha çox morj, suiti, ağ ayı ovlayırlar. Çukçalardan şimal maralını əhiləşdirməyi öyrənmişlər.Qütb tülküsüdə ovlanan heyvalar arasında yer alır.
Xarici keçidlər
redaktə- www.kunstkamera.ru Поселок Наукан Arxivləşdirilib 2009-02-28 at the Wayback Machine (Naukan kəndinin şəkilləri)
İstinadlar
redaktə- ↑ Rusça Vikipedinin Наукан Arxivləşdirilib 2011-08-28 at the Wayback Machine maddesi
- ↑ Steven A. Jacobson (2005), History of the Naukan Yupik Eskimo dictionary with implications for a future Siberian Yupik dictionary Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine, Études/Inuit/Studies 29 (1–2):149-161
- ↑ "Qasgimi : In the Qasgi (Yupiklərdə)". 2010-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-09.
- ↑ "Sodhouse (Qaygiq)(Çupiklərdə)". 2011-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-09.