Nattinq Volles - Wikipedia
Nattinq Volles (17 noyabr 1861 - 19 iyul 1941) — Amerika Birləşmiş Ştatlarının dövlət katibi, eyni zamanda fotoqraf və rəssam. Onun atmosfer fotoşəkilləri Kolonial intibah memarlığı üslubunu canlandırmağa kömək etmişdir.
Nattinq Volles | |
---|---|
Wallace Nutting | |
Doğum tarixi | |
Doğum yeri | Massaçusets ştatı |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Massaçusets ştatı |
Fəaliyyəti | fotoqraf |
Təhsili |
|
Tanınmış işləri | Yeni İngiltərə mənzərələrinin rənglənmiş fotoşəkilləri, antik mebellərin bərpası |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAlbion və Elizabet Nattinqin ikinci övladı olan Nattinq Volles Massaçusets ştatının Rokbotom şəhərində 17 noyabr 1861-ci ildə anadan olmuşdur[1]. Atası vətəndaş müharibəsində şəhid olmuşdur[2]. Aile 1969-cu ildə İngiltərədən gələn və Massaçusets ştatının Qroton şəhərinə basqın zamanı hindular tərəfindən öldürülən Con Nattinqin nəslindəndir. Hindlilər Con Nattinqin başını kəsmiş və başqalarının ərazidə yerləşməsinə mane olamaq üçün onu dirəyə qoymuşdular.
Təhsil və şəxsi həyatı
redaktəNattinq Volles Men ştatının Aqasta şəhərində orta məktəbi bitirib. Ekster Fillips Akademiyasında, Harvard Universitetində, Hartford İlahiyyat seminariyasında və Birlik İlahiyyat seminariyasında oxumuşdur. Harvard Universitetini 1887-ci ildə bitirmişdir. Nattinq 1893-cü ildə Vitman kollecindən ilahiyyat doktoru dərəcəsi qazanmışdır. 1938-ci ildə Vaşinqtondan və Cefferson kollecindən fəxri humanitar elmlər doktoru adını almışdır[1].
5 iyun 1888-ci ildə Massaçusets əyalətinin Bakland şəhərində Mariyet Qrisvold ilə evlənmişdir. Onların övladları yox idi[1].
Nutting karyerasına "Minneapolis", "Seattle", "Providence" və "Fryeburg", Men ştatında, o cümlədən bir neçə şəhərdə iclas naziri kimi başlamış[1], lakin, səhhəti ilə bağlı problem yaşadığına görə 43 yaşında təqaüdə çıxmaq məcburiyyətində qalmışdır[1]. Nevrasteniya xəstəliyindən əziyyət çəkirdi. Sağlamlığını yaxşılaşdırmaq üçün bir vasitə olaraq velosipeddən istifadə etməyə başlamışdır[2].
Fəaliyyəti
redaktəNattinq Volles kənddə velosiped gəzintilərində foto çəkməyə başlamışdır[1]. 1904-cü ildə Nyu-York şəhəri 23-cü küçənin şərqində Nattinq Volles "Art Prints" studiyasını açmışdır. Bir ildən sonra işini "Southbury, Connecticut" da bir fermaya köçürmüşdür. Buranı "Nuttinghame" adlandırmışdı[1]. 1912-ci ildə fotoqrafiya studiyasını Massaçusets ştatının Framinqam şəhərinə, "Nuttinghame" adlandırdığı evə köçürmüşdür. Həmin il 97 səhifədən ibarət olan, 900-ə yaxın görüntünü özündə əks etdirən bir kataloq nəşr etdirmişdir[2]. 1915-ci ilə Nattinq gündə 1000 dollar qazandığını iddia etmişdi[2].
Nattinqin fotoşəkilləri hər zövqə, mövzu və qiymətə görə dəyişirdi. Onun kataloqunda abbeylər, körpülər, dağlar, çiçəklər və dolama yolların mənzərələri kimi pastoral səhnələr yer alırdı. Ən çox yayılmış mövzulardan biri 18-ci əsrin ənənəvi rollarında qadınların şəkillərini əks etdirən "Kolonials" idi. Bunlar adətən bir stul və güzgü qarşısında qapalı şəkildə təsvir olunan qadın şəkilləri idi. Onun bu təsvirləri 1.25 dollardan 20 dollara satılırdı. Eyni zamanda Nattinq İngiltərə və İrlandiyanın mənzərəli gözəlliklərinə dair bir neçə kitab müəllifidir.
Nattinq Vollesin kolonial fotoqrafiyasında rekvizit olaraq istifadə etdiyi mebel kolleksiyasına sahib idi. Bu təcrübə onu mebel reproduksiyaları istehsalı və satması biznesinə başlamağa sövq etmişdir[2].
Vəfatı və mirası
redaktəNattinq Volles 19 iyul 1941-ci il 79 yaşında Massaçusets ştatında vəfat etmişdir. Cəsəd dəfn üçün Men ştatının Aqasta şəhərinə aparılmışdır[3]. Nattinq Volles cəmiyyəti onun işini öyrənmək üçün mövcuddur. Bu gün Nattinqin mebelləri və fotoşəkilləri geniş şəkildə toplanılır[2].
Qaleriya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "RoGallery" (İngilis). rogallery.com. 2020-01-12 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 "Past Perfect: Wallace Nutting Invents an Ideal Olde New England" (ingilis). connecticuthistory.org. 2016-02-19 tarixində arxivləşdirilib.
- ↑ "Wallace Nutting" (İngilis). findagrave.com. 2020-02-17 tarixində arxivləşdirilib.