Nartkala - Wikipedia
Nartkala (kab.-çərk. Нарткъалэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Respublika ərazisində əhalisinin sayına görə dördüncüdür. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir[2].
Nartkala | |
---|---|
Нарткъалэ | |
43°33′ şm. e. 43°51′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1913 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 305 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 361330 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəŞəhər Urvan rayonunun şimal hissəsində, Nalçik şəhərindən 21 km şimal-şərqdə, bir neçə yolun kəsişməsində yerləşir. Ayrıca Şimali Qafqaz Dəmir Yolunun bir qolu şəhərdən keçir və burada Dokşukino dəmiryol stansiyası fəaliyyət göstərir.
Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: şərqdə Kahun, cənubda Urvan, cənub-qərbdə Şithala və qərbdə Morzox. Şəhər Kabardin mailli düzənliyində, dağətəyi ərazidən respublikanın dağlıq zonasına keçiddə yerləşir. Şəhər ərazisində orta hündürlük dəniz səviyyəsindən təxminən 305 metrdir. Cənubdan şimala qədər hündürlük fərqi 50 m təşkil edir.
Hidroqrafik şəbəkə əsasən bulaqlar və kiçik çaylardan ibarətdir. Şəhərin ərazisindən bulaq çayı olan Belaya Reçka axır. Mərkəzi şəhər parkında şəhərin ən böyük gölü Komsomolskoye yerləşir. Şəhərin şimal hissəsində kanalizasiya təmizləyici qurğular fəaliyyət göstərir. Şəhərin iqlim rütubətli, mülayimdir. Yayı isti və qışı isə sərin keçir. Baş Qafqaz silsiləsinə yaxınlığı şəhərin iqliminə sərinləşdiriçi təsir göstərir. İqlimin formalaşmasında soyuq havanın birbaşa müdaxiləsindən qorunmaq mühüm rol oynayır.
Orta illik havanın temperatur təqribən + 10,0 °C-dir. Havanın orta temperaturu iyulda + 22.5 °C, yanvarda isə -2.0 °C təşkil edir. Havanın orta sutkalıq temperaturu qışda −10 °C-dən + 15 °C-ə, yayda + 16 °C-dən + 30 °C-ə qədər olur. Orta illik yağıntının miqdarı təxminən 650 mm-dir. Ən çox yağıntı aprel-iyun aylarında düşür. Ən yüksək tempreratur iyulun sonu - avqustun əvvəlində, ən aşağı isə yanvar ayının sonu - fevralın əvvəlində müşahidə olunur.
Əhali
redaktə- Urbanizasiya
2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 450-ci yerdədir. Əhalisinin sıxlığı — 3262.65 nəf./km².
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
Kabardinlər | 20 758 | 65,5 % |
ruslar | 7 444 | 23,5 % |
türklər | 1 242 | 3,9 % |
osetinlər | 527 | 1,7 % |
digərləri | 1 723 | 5,4 % |
ümumi | 31 694 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 2 842 | 2 772 | 5 614 | 17,7 % |
15 — 59 yaş | 9 964 | 11 939 | 21 903 | 69,1 % |
60 yaşdan yuxarı | 1 387 | 2 790 | 4 177 | 13,2 % |
ümumi | 14 193 | 17 501 | 31 694 | 100,0 % |
Kişilər — 14 193 nəf. (44,8 %). Qadınlar — 17 501 nəf. (55,2 %)[5].
Əhalinin orta yaşı — 36,1 yaş. Kişilərin orta yaşı — 33,8 yaş. Qadınların orta yaşı — 37,9 yaş.
Din
redaktəŞəhərdə əsasən iki dinin - İslam və Xristianlığın nümayəndələri yaşayır. İslam dinində etiqad edənlər şəhər əhalisinin təxminən 70-75 %-ni təşkil edir.
İslam
- Mərkəzi şəhər məscidi - «Əl-İman» məscidi.
Xristianlıq
Rus Pravoslav kilsəsi
- Müqəddəs Nikolas Çudotvors kilsəsi.
Protestant kilsələri
- Xristian-Adventistlər kilsəsi.
- Evanqelist Xristian-Baptistlər kilsəsi.
İstinadlar
redaktə- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ "Закон Кабардино-Балкарской Республики от 27 февраля 2005 года N 13-РЗ «О статусе и границах муниципальных образований в Кабардино-Балкарской Республике»". 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- ↑ "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-16.
Mənbə
redaktə- Городское поселение Нарткала Arxivləşdirilib 2014-10-25 at the Wayback Machine
- Устав городского поселения Нарткала Arxivləşdirilib 2018-07-02 at the Wayback Machine
- Муниципальное образование «Урванский район»