Nardaran Siyezen - Wikipedia
Nardaran — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Nardaran kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Nardaran | |
---|---|
41°00′48″ şm. e. 49°08′28″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəYaşayış məntəqəsi Şıx Aladınlı kəndinin qışlaq yeri olmuşdur. Sonralar həmin kənddən çıxmış ailələr bu qışlaq yerində məskən salmış və kənd də Şıx Aladınlı adlanmışdır. Tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı fars dilindəki nar (ikihürgüclü erkək dəvə) və daran (yer, məkan) komponentlərindən düzəlib, "dəvə saxlanılan, dəvə yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqələrində əhalinin keçmişdə dəvəçiliklə geniş məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan bəzi tədqiqatçılar oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstliklə əlaqədar "od olan yer" kimi izah edirlər.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Samur-Dəvəçi ovalığında yerləşir.
Əhalisi
redaktəƏhalisinin sayı 54 nəfərdir (2009-cu il).[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2022.
- ↑ Nardaran (Siyəzən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Siyəzən rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |