Naotake Sato - Wikipedia
Naotake Sato (佐藤 尚武, Sato Naotake?, 30 oktyabr 1882[1], Osaka – 18 dekabr 1971[1], Yaponiya) – Yaponiya diplomatı və siyasətçisi. 1937-ci ildə Yaponiyanın Xarici İşlər Naziri vəzifəsini yerinə yetirmişdir.
Naotake Sato | |
---|---|
yap. 佐藤尚武 | |
3 mart 1937 – 4 iyun 1937 | |
Baş nazir | Sencuro Hayaşi |
Əvvəlki | Sencuro Hayaşi |
Sonrakı | Koki Hirota |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 oktyabr 1882[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 dekabr 1971[1] (89 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat, siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktə1882-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuş, Tokio Ali Kommersiya Məktəbindən[a] məzun olmuşdur.[2] 1905-ci ildə Xarici İşlər Nazirliyinə daxil olmuşdur.[2] Rusiya, Mancuriya, İsveçrə və Fransada konsul vəzifələri tutduqdan sonra 1923-cü ildə Polşaya göndərilmişdir.[2] Yaponiyanı bir neçə beynəlxalq konfransda, eləcə də, Millətlər Liqası tərəfindən 1932-ci ildə keçirilmiş silahsızlaşdırma konfransında təmsil etmiş, daha sonra Belçika və Fransaya səfir kimi göndərilmişdir.[2]
1937-ci ildə Sencuro Hayaşinin kabinetində xarici işlər naziri vəzifəsi tutmuşdur.[2] Sato bu vəzifəyə təyin olunanda müharibəyə qarşı olmağı, Çinə bərabər davranmağı, SSRİ ilə hərbi qarşı-durmadan yayınmağı və Böyük Britaniyaya yaxınlaşmağı hədəfləmişdi.[2] Lakin Hayaşi kabineti 4 ay sonra fəaliyyətini dayandırmış, yeni xarici işlər naziri Koki Hirota aqressiv siyasət yürütməyə başlamışdır.[2]
1942-ci ildə Sato SSRİ-yə səfir təyin olunmuşdur.[2] Yaponiyanın İkinci dünya müharibəsindəki vəziyyəti pisləşəndən sonra xarici işlər naziri Şiqenori Toqonun göstərişi ilə SSRİ-ni vasitəçi qismində Müttəfiqlərlə müzakirə aparmaq üçün razı salmağa çalışmışdır.[2] O, şəxsən Tokioya teleqram göndərərək Potsdam bəyannaməsində qeyd olunduğu kimi hökuməti təslim olmaq barədə xəbərdarlıq etmişdir.[2]
Müharibədən sonra keçirilmiş ilk parlament seçkilərində (1947) Müşavirlər palatasına seçilmişdir.[2] 1954-58-ci illərdə palatanın sədri olmuş, 1965-ci ildə siyasəti buraxmışdır.[2] 1963-cü ildə "Keçən 80 ili xatırlamaq"[b] adlı memuarı nəşr olunmuşdur.[2]
Qeydlər
redaktə- ↑ Hazırda Hitotsubaşi Universiteti.
- ↑ Orijinal adı "Kayko haçicunen".
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 28. ISBN 0-87011-627-4. İstifadə tarixi: 5 avqust 2022.