Nalcik Seher Dairesi - Wikipedia
Nalçik şəhər dairəsi (kab.-çərk. Налшык къалэ округ, qaraç.-balk. Нальчик шахар округ) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibinə daxil olan şəhər dairəsi[3][4] və inzibati ərazi vahidlərindən biri. İnzibati mərkəzi Nalçik şəhəridir.
Nalçik şəhər dairəsi | |
---|---|
43°28′59″ şm. e. 43°37′00″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Nalçik[1] |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Coğrafiya
redaktəNalçik şəhər dairəsi respublikanın şimal hissəsində, Nalçik çayının hər iki sahilində yerləşir. Şəhər dairəsinin iqlim rütubətli, mülayimdir. Yayı isti və sərin, qışı isə az qarlıdır. Baş Qafqaz silsiləsinə yaxınlığı şəhər dairəsinin iqliminə nəzərə çarpacaq dərəcədə təsir göstərir. İqlimin formalaşmasında soyuq havanın birbaşa müdaxiləsindən qorunmaq mühüm rol oynayır.
Havanın orta temperaturu iyulda + 25 ° ... + 28 ° C, yanvarda −3 ° ... -5 ° C arasında dəyişir. Ən yüksək tempreratur iyulun sonu - avqustun əvvəlində, ən aşağı isə yanvar ayının sonu - fevralın əvvəlində müşahidə olunur.
Orta illik yağıntının miqdarı təxminən 700 mm-dir. Ən çox qeydə alınan yağıntının miqdarı 982 mm, gündəlik maksimum rekord isə 105 mm-dir.
Nisbi rütubət qeyri-sabitdir. Orta illik rütubət 78 % -dir. Qışda maksimum 85-86 %, yayda isə minimum 68-69 % olur. İl boyu üstünlük təşkil edən külək istiqamətləri: cənub-qərb, şərq və şimal-şərq.
Tarixi
redaktə1992-ci ildə iki şəhərdaxili rayondan - Leninsky və Oktyabrski ibarət olan Nalçik Şəhər Şurası ləğv edilərək Nalçik şəhər dairəsinə çevrilir.
1995-ci ildə Belaya Reçka, Kenje və Xasanya yaşayış məntəqələri kəndlərə çevrildi və Adiyux qəsəbəsi isə Nalçik şəhər dairəsi tərkibində ayrıca yerli özünü idarəetmə qurumuna çevrilir.
Nalçik şəhər rayonu 2005-ci ildə dağılmış Nalçik şəhər şurasının bazasında təşkil olunur. Buraya Nalçik şəhəri, həmçinin ləğv edilmiş şəhər şurasına aid olan yaşayış məntəqələri - Adiyux qəsəbəsi (kənd statusu ilə) və Belaya Reçka, Kenje və Xasanya kəndləri daxil idi.
Əhali
redaktə2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə dairənin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
kabardinlər | 129 260 | 48,59 % |
ruslar | 69 904 | 26,28 % |
balkarlar | 44 678 | 16,79 % |
osetinlər | 4 964 | 1,87 % |
digərləri | 16 098 | 6,05 % |
milliyyətini bildirməyənlər | 1 129 | 0,42 % |
ümumi | 266 033 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 22 015 | 21 230 | 43 245 | 16,25 % |
15 — 59 yaş | 83 431 | 100 635 | 184 066 | 69,20 % |
60 yaşdan yuxarı | 14 107 | 24 615 | 38 722 | 14,55 % |
ümumi | 119 553 | 146 480 | 266 033 | 100,0 % |
Kişilər — 119 553 yaş. (44,9 %). Qadınlar — 146 480 nəf (55,1 %).
Əhalinin orta yaşı — 36,5 Kişilərin orta yaşı — 34,4 yaş. Qadınların orta yaşı — 38,1 yaş.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ OKTMO (rus.).
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ "Закон «О статусе и границах муниципальных образований в Кабардино-Балкарской Республике»". 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
- ↑ "Устав города Нальчика". 2016-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.