Nadir Mahmudov - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Nadir Şahlar oğlu Mahmudov — Səs rejissoru, səs redaktoru, səs dizayneri.
Nadir Mahmudov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan,Şərur, Püsyan |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | Səs rejissoru |
Fəaliyyət illəri | 2014-ci ildən |
Təhsili | Kazan Dövlət Universiteti |
IMDb | ID16670049 |
Həyatı
redaktəNadir Şahlar oğlu Mahmudov 21 yanvar 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində anadan olub. O, 1996–2007-ci illərdə Bakı şəhərindəki Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli orta məktəbdə təhsil almışdır. 2008–2014-cü illərdə Kazan Dövlət Universitetində ali təhsil alaraq "Logistika" üzrə məzun olsa da, sənət və kino sahəsinə olan marağı onu səs rejissoru və səs dizayneri kimi peşəkar karyera qurmağa yönəltmişdir.
Peşəkar karyerasına 2014-cü ildən Azərbaycan serial və filmlərinin səs post-prodakşn sahəsində çalışır. O, səs rejissoru, səs redaktoru və səs dizayneri kimi bir çox yerli serial və filmdə fəaliyyət göstərib (AZTV, ITV, ATV, ARB, XƏZƏR TV). İşlədiyi şirkətlər arasında "Oscar Production", "Oksi Media Production", "SFN Production" və "Azərbaycanfilm" kimi tanınmış prodakşnları var. Sahəsində səs rejissoru kimi çalışaraq müxtəlif filmlərdə və seriallarda səsin keyfiyyətini və texniki mükəmməlliyini artırmaqla əhəmiyyətli töhfələr verib.
2019-cu ildə Xocalı faciəsinin 27-ci ildönümünə çəkilən "Ana harayı" videoçarxının quruluşçu rejissoru və post-production rəhbəri olub.[1]
2023-cü ildə səs rejissoru olduğu "Baharın oğurlanması", "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalında ali mükafata layiq görülüb[2]
Nadir Mahmudov Azərbaycan kinematoqrafiyasında səs post-prodakşn sahəsində 10 illik peşəkar təcrübəyə malikdir. Onun bacarıqları arasında foley, səs dizaynı, dialoq redaktəsi və səs mastering işləri xüsusi yer tutur.
2024-cü ildə Nadir Mahmudovun rəhbərliyi ilə Azərbaycanda ilk Dolby Atmos texnologiyasına sahib səs studiyası yaradılmışdır.[3][4][5]
Filmoqrafiya
redaktə№ | İl | Filmin adı | İstehsal edən | Yayım | Filmdə iştirakı | Filmin növü | Bölümlərin sayı |
---|---|---|---|---|---|---|---|
1 | 2014 | Nabat | Elçin Musaoğlu | YouTube | Səs rejissoru, dublyaj | Bədii film | 1 |
2 | 2015 | Dəfnə ağacı | Oscar Production | ATV | Səs rejissoru | Serial | 89 |
3 | 2016 | Günəşim ol | Oscar Production | ATV | Səs rejissoru | Serial | 159 |
4 | 2017 | Laləli saray | Oscar Production | ATV | Səs rejissoru | Serial | 157 |
5 | 2018 | O gecə | Oscar Production | ATV | Səs rejissoru | Serial | 206 |
6 | 2019 | Bir qadın | Oscar Production | ATV | Səs rejissoru | Serial | 730 |
7 | 2019 | Khojaly(Ana harayı)[6] | Nadir Mahmudov | Youtube | Quruluşçu rejissor | Qısametrajlı film | 1 |
8 | 2019 | Half Human | Nadir Mahmudov | Youtube | Quruluşçu rejissor | Qısametrajlı film | 1 |
9 | 2021 | Yalan həqiqət | Oksi Media | İTV | Səs rejissoru | Serial | 24 |
10 | 2021 | İdarə | Oscar Production | ARB | Səs rejissoru | Serial | 10 |
11 | 2021 | Jafar | Fantasy Pictures | IMDb | Səs rejissoru | Bədii film | 1 |
12 | 2021 | İfşa çətin hədəf | SFN Production | ARB | Səs rejissoru | Serial | 10 |
13 | 2022 | Simurq | SFN Production | İTV | Səs rejissoru | Serial | 12 |
14 | 2022 | Xosrov və Şirin | Azərbaycanfilm | İTV | Səs rejissoru | Serial | 12 |
15 | 2022 | Vağzalı | Şahin Qəhraman | YouTube | Səs rejissoru | Bədii film | 1 |
16 | 2022 | Son nəfəs | Oksi Media | ARB | Səs rejissoru | Serial | 36 |
17 | 2022 | Salam İsa[7] | Səməd Ağayev | IMDb | Səs rejissoru | Qısametrajlı film | 1 |
18 | 2023 | Son nəfəs 2 | Oksi Media | ARB | Səs rejissoru | Serial | 36 |
19 | 2023 | Simurq 2 | SFN Production | İTV | Səs rejissoru | Serial | 12 |
20 | 2023 | Şeyx Sənan | Azərbaycanfilm | İTV | Səs rejissoru | Serial | 12 |
21 | 2023 | Baharın oğurlanması | Azanfilm | Filmfreeway | Səs rejissoru | Animasiya filmi | 1 |
22 | 2023 | Hədis | Animafilm studio | IMDb | Səs rejissoru | Animasiya filmi | 1 |
23 | 2024 | Körpünün o tayı | İctimai TV | İTV | Səs rejissoru | Serial | 8 |
24 | 2024 | Əqrəb mövsümü 2 | İctimai TV | İTV | Səs rejissoru | Serial | 12 |
25 | 2024 | Vətəndaş A[8] | SFN Production | İTV | Səs rejissoru | Serial | 12 |
26 | 2024 | 21-ci möcüzə[9] | National Media | Metaflix | Səs rejissoru | Bədii film | 1 |
27 | 2024 | Adil və Hudhud | Düldül Media | YouTube | Səs rejissoru | Animasiya serialı | 4 |
28 | 2024 | Əlvida xoşbəxtlik | Oscar Production | Metaflix | Səs rejissoru | Serial | 160 |
29 | 2024 | Narqız | ANIMAFILM Studio | Azərbaycan Respublikasının Kino Agentliyi | Səs rejissoru | Animasiya filmi | 1 |
Mənbə
redaktə№ | Başlıq | Mənbə |
---|---|---|
1 | "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir"[2] | kulis.az |
2 | Səssiz kadrları danışdıran ADAM | sherg.az |
Müsahibələri
redaktə№ | Başlıq | Mənbə |
---|---|---|
1 | "Animasiya filmlərində səsin rolu" | Mədəniyyət tv |
2 | "Narqız" animasiya filmində yeni səs texnologiyasının tətbiqi | Baku tv |
İstinadlar
redaktə- ↑ ""Ana harayı" adlı sosial çarxın rejissoru Nadir Mahmudov, ideya müəllifi Orxan Cahangir, operatoru isə Vüsal Cəfərovdur". azertag.az. Archived from the original on 2019-08-23. İstifadə tarixi: 2024-10-29.
- ↑ culture.gov.az. [VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı "https://www.culture.gov.az/az/heyder-eliyev/15263"] (#bad_url) (az.). [1]. 2023-09-11. 2023-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- ↑ "Azərbaycanda "DOLBY ATMOS" texnologiyası ilə ilk səs studiyası fəaliyyətə başlayıb". kinoinfo.az.
- ↑ "Nadir Mahmudov: Yeni Keyfiyyət Standartının Rəhbəri". faktor.az.
- ↑ "Azərbaycanda İlk Dolby Atmos Studiyası: Səs Dünyasında Yeni Keyfiyyət Standartı". yaztv.az.
- ↑ ""Ana harayı" adlı sosial çarxın rejissoru Nadir Mahmudov, ideya müəllifi Orxan Cahangir, operatoru isə Vüsal Cəfərovdur". sia.az. 2024-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-17.
- ↑ "Главный продюсер, сценарист и режиссер-постановщик - Самед Агаев, сопродюсер - Мурад Шукюрлю, оператор-постановщик - Орхан Мамедов, композитор - Вугар Мамедзаде, художник-постановщик Эльтуран Мамедов, звукорежиссер - Надир Махмудов". oxu.az. 2024-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-27.
- ↑ ""Vətəndaş A"nın səs rejissoru: "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir"". kulis.az. 22 noyabr 2024. 2024-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-22.
- ↑ "Rejissor Şahin Qəhrəman dram janrında çəkdiyi "21-ci möcüzə" filmini ictimaiyyətə təqdim edib". redaktor.az. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-27.
Xarici keçidlər
redaktə№ | Sosial Media Platforması | link |
---|---|---|
1 | Şəxsi Instagram | ndrmhmdv[3] |
2 | Studiyanın Instagram səhifəsi | NM Studio[4] |
3 | Nadir Mahmudov[5] | |
4 | YouTube Film | Half Human[6] |
5 | YouTube Film 2 | Khojaly (Ana harayı)[7] |