Nagas Ovnatan - Wikipedia
Nağaş Ovnatan və ya Nəqqaş Ovnatan (erm. Նաղաշ Հովնաթան; 1661[1][2][…], Şurud[3] – 28 oktyabr 1722[3], Şurud[3]) — erməni şairi, aşıqı, rəssamı, Ovnatan rəssam ailəsinin banisi. O, orta əsr erməni lirikasının ardınca yeni erməni minstrel məktəbinin banisi hesab olunur.[4]
Nağaş Ovnatan | |
---|---|
Doğum tarixi | 1661[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 oktyabr 1722[3] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Uşaqları | |
Fəaliyyəti | Katib, rəssam, şair, aşıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNağaş Ovnatan 1661-ci ildə Naxçıvanda (o vaxt Səfəvilər imperiyasının Çuxursəəd bəylərbəyliyinin tərkibində) Şurud kəndində keşiş ailəsində anadan olmuşdur. O, Aqulisdə yerləşən Müqəddəs Foma monastırında təhsil almışdır. Ömrünün çox hissəsini Tiflis və İrəvanda keçirən Ovnatan son orta əsr sekulyar erməni poeziyasının ən görkəmli nümayəndələrindən biri hesab olunur. Onun yaradıcılığı aşıq yaradıcılığına ən yaxındır.[4] 1710-cu ildə Tiflisə köçmüşdür və burada rəssam olmaqla yanaşı, saray aşığı kimi də fəaliyyət göstərmişdir.[5] Ovnatan yüzdən çox satirik, romantik, içkiyə həsr olunmuş, tərbiyəvi və ya öyüd-nəsihət xarakterli mahnı və qəsidələrin müəllifidir.[4]
Nağaş Ovnatan bir rəssam kimi 1712-ci ildə Üçkilsə kafedralının daxili bəzəyini öhdəsinə götürmüş və 1721-ci ildə tamamlanmışdır.[6] "Nəqqaş" ləqəbi ərəbcə "rəssam" deməkdir.[4]
İrsi
redaktə1983-cü ildə Ermənistan SSR-nin paytaxtı İrəvanda onun erməni dilində şeirlər toplusu nəşr olunmuşdur.[7]
İstinadlar
redaktə- ↑ 1 2 Naghash Hovnatʻan // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 Bibliothèque nationale de France Hovnatan Naghash // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 3.
- ↑ 1 2 3 4 Basmajian, Gabriel; Franchuk, Edward S.; Ouzounian, Nourhan. Hacikyan, Agop Jack (redaktor). The Heritage of Armenian Literature: From the Sixth to the Eighteenth Century, Volume II. Detroit: Wayne State University Press. 2000. 867–872. ISBN 0814330231. İstifadə tarixi: 12 August 2020.
- ↑ Steffen, James. The Cinema of Sergei Parajanov. University of Wisconsin Press. 31 October 2013. səh. 118. ISBN 978-0299296537. İstifadə tarixi: 12 August 2020.
- ↑ "Cathedral and Churches of Echmiatsin and the Archaeological Site of Zvartnots". World Heritage Convention. UNESCO. 31 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2020.
- ↑ Tagher (Livre, 1983). WorldCat. OCLC 13327101. İstifadə tarixi: 12 August 2020.
Xarici keçidlər
redaktə- Vikianbarda Nağaş Ovnatan ilə əlaqəli mediafayllar var.