Nezaket Xelilova - Wikipedia
Nəzakət Xəlilova — Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.
Nəzakət Xəlilova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Nəzakət İbad qızı Xəlilova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Boyu | 162 sm. |
Çəkisi | 52 kq. |
İdman növü | Sambo |
18 aprel 2016 tarixində yenilənib. |
Həyatı
redaktəNəzakət Xəlilova 9 may 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Nəzakət Xəlilova əslən Laçın rayonundandır.[1]
Karyerası
redaktəNəzakət Xəlilova 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Rumıniyalı Kodrina İonesku ilə üz-üzə gəldi. Kodrina İonesku ilə qarşılaşmadan Nəzakət Xəlilova 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Litvalı samboçu idi. Ruta Aksionova ilə görüşdən Nəzakət Xəlilova qələbə ilə ayrıldı. 4-0. Finala vəsiqə qazanan Nəzakət Xəlilovanın bu mərhələdə rəqibi Rusiyalı Anna Xaritonova idi. Güclü Rusiyalı rəqibi ilə qarşılaşmadan Nəzakət Xəlilova 0-4 hesablı məğlubiyyətlə ayrıldı və 2015 Avropa Oyunlarının gümüş medalını qazandı.
Nəzakət Xəlilova 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Laçınlı gənc idmançımızla fəxr edir!". Laçın yurdu (az.). Bəxtiyar-4. 2 (17). 2015. (#accessdate_missing_url)