Nesrimizin Agsaqqali Film 1970 - Wikipedia
Nəsrimizin_ağsaqqalı_(film,_1970) - Haqqında Məlumat
Nəsrimizin ağsaqqalı | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Əli Musayev |
Ssenari müəllifi | Vaqif Hümmətoğlu |
Operator | Vladimir Konyagin |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1970 |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Rəng | ağ-qara |
Məzmun
redaktəFilm Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuşdur.
Kinolentdə yazıçıya ilham vermiş doğma yurdu, dağlar, qayalar, coşub daşan çaylar, vadilər, dərələr, yollar, körpülər, kəndlər əks olunmuşdur. Fotoşəkillər bizi onun mənalı həyat yolu ilə tanış edir. Yazıçı iş otağında yaradıcılıq planlarından danışır. Görkəmli rus tənqidçisi Z.Kedrina Süleyman Rəhimovun Sovet ədəbiyyatında, habelə ictimai həyatımızda tutduğu mövqedən söhbət açır. Filmdə yazıçının Sovet və xarici ölkə xalqlarının dillərində nəşr olunmuş əsərləri nümayiş etdirilir. Bundan əlavə filmə "Mehman" və "Su ərizəsi" əsərləri əsasında çəkilmiş filmlərdən kadrlar da daxil edilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Vaqif Hümmətoğlu
- Rejissor: Əli Musayev
- Operator: Vladimir Konyagin
- Səs operatoru: Şamil Kərimov
- Filmin direktoru: Əli Məmmədov
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.