Nermine Semedova - Wikipedia
Nərminə Səmədova (10 iyun 2004, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast.[1]
Nərminə Səmədova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Nərminə Səmədova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | |
İdman növü | Bədii gimnastika |
Karyerası
redaktəKaryerasının birinci uğurlarına Nərminə Səmədova 2014-cü ildə Qazaxıstanda "ZHULDYZ-CUP" və 2015-ci ildə Macarıstanda "Kupa Tavaszi" beynəlxalq turnirlərində ümumi olaraq beş medala sahib olmaqla imza atdı. Daha sonra Nərminə Səmədova 2016-cı ildə Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. Həmin il Nərminə Səmədova həm də Polşada "Baltic" Cup, Estoniyada isə "Miss Valentine" beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu.
2018-ci ildə Nərminə Səmədova İspaniyanın Qvadalaxara şəhərində gənclər arasında Avropa Çempionatında halqa ilə proqramı beşinci pillədə başa vurdu. Həmin il Polşada "Irina Cup" və Azərbaycanda "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medallara sahib olan Nərminə Səmədova 2019-cu ildə Rusiyada baş tutan gənclər arasında Dünya Çempionatında lentlə proqramı beşinci pillədə başa vurdu. Nərminə Səmədova həm də həmin il bir sıra beynəlxalq turnirlərdə medallara sahib oldu.
Nərminə Səmədova Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İyulun 8-də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçiləri tərəfindən 15 gün sonra baş tutacaq XXII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq heyəti açıqlandı və heyətə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova daxil edildi.[2]
Olimpiadadan əvvəl Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup İsrailin Təl-Əviv şəhərində baş tutan FIG Qran-Pri turnirində mübarizə apardı. Komanda turnirində bürünc medala sahib olan Azərbaycan qrupu ümumi turnirdə, 5 topla turnirdə və 3 halqa / 2 gürz turnirində də bürünc medalların sahibi oldu.[3]
COVID-19 pandemiyası səbəbilə təxirə salınan XXXII Yay Olimpiya Oyunları 22 iyul-8 avqustda Yaponiyada baş tutdu.[4] Azərbaycan sonuncu dəfə bədii gimnastların qrup turnirində 12 il əvvəl təmsil olunmuşdu.[5] Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup iyulun 7-də mübarizə apardı. Təsnifat mərhələsində qrup əvvəlcə 5 topla proqramı icra elədi. Nəticədə qrupun çıxışı referilər tərəfindən 36.700 balla qiymətləndirildi. Bu nəticəyə əsasən qrup beş topla turnirdən sonra 14 qrup sırasında 10-cu pillədə qərarlaşdı. Daha sonra gimnastlar 3 halqa / 2 gürz turnirində mübarizə apardı. Bu səfər qrupun çıxışı referilər tərəfindən 37.650 balla qiymətləndirildi. Nəticədə qrup onuncu pillədə qərarlaşdı. Ümumi nəticələrə əsasən isə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup təsnifat mərhələsini 74.350 balla onuncu pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi.
Olimpiadadan sonra Nərminə Səmədova idmanla vidalaşdı.
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Nərminə SƏMƏDOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "15 дней до самого важного соревнования…". www.agf.az ( (rus.)). 20.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "Хет-трик от нашей групповой команды, дубль от Арзу". www.agf.az ( (rus.)). 20.08.2022. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "Итоги 2021-го года". www.agf.az ( (rus.)). 20.08.2022. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2022.
- ↑ Azerbaijan Gymnastics Federation (AGF). "Наша команда в групповых упражнениях на Олимпийских играх после 13 лет". www.agf.az ( (rus.)). 20.08.2022. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2022.