Nergiz Haciyeva - Wikipedia
Nərgiz Musa qızı Hacıyeva (Adilova) — filologiya üzrə elmlər doktoru, dosent. AMEA Nəsimi Adına Dilçilik İnstitutunun şöbə müdiri.[1] Əməyinə görə dəfələrlə AMEA İ. Nəsimi adına Dilçilik İnstitutunun fəxri fərmanları ilə təltif olunmuşdur. "Azərbaycan dilində vokativlər" (2007), "Azərbaycan dilində antroponimlərin üslubi xüsusiyyətləri" (2015), "Nitq mədəniyyəti". Biblioqrafiya" (2016), "Azərbaycan dilində fonetik vahidlərin üslubi xüsusiyyətləri" (2017), "Azərbaycan dilinin paronimlər lüğəti" (2018), "Azərbaycan dilinə paronimlər" (2022)[2] kitablarının müəllifidir.
Nərgiz Hacıyeva | |
---|---|
Nərgiz Musa qızı Hacıyeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Dilçilik İnstitutu |
Təhsili | Ali |
Mükafatları |
Həyatı
redaktəNərgiz Musa qızı Hacıyeva 1961-ci il 17 avqustda Bakı şəhərində anadan olmuşdur. 1978-ci ilə qədər Nəsimi rayonu 54№-li məktəbdə orta təhsil almış, 1978-ci ildən 1983-cü ilə qədər Azərbaycan Dövlət Universitetində filologiya fakültəsində oxumuş, fərqlənmə diplomu ilə oranı başa vurmuşdur. 1984-cü ildən AMEA-nın Nəsimi adına Dilçiilik İnsitutunda elmi fəaliyyətlə məşğuldur. Nərgiz Musa qızı Hacıyeva 1984-cü il fevralın 24-də Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Nitq mədəniyyəti" şöbəsinə baş laborant vəzifəsində, 1991-ci il iyunundan kiçik elmi işçi vəzifəsində, 1993-cü ilin mart ayının 1-dən elmi işçi, 2003-cü ilin 24 iyunundan böyük elmi işçi, 2011-ci il fevralın 10-dan aparıcı elmi işçi vəzifəsində işləmiş, 2022-ci ilin yanvarın 11-dən "Müasir Azərbaycan dili" şöbəsinə müdir təyin olunmuşdur.
Elmi fəaliyyəti
redaktə1992-ci ildə "Azərbaycan dilində vokativlər" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 2018-ci ildə "Azərbaycan dilinin fonetik üslubiyyatı" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.[3]
Kitabları
redaktə1."Azərbaycan dilində vokativlər". Bakı, "MBM", 2007, s.147.
2."Azərbaycan dilində antroponimlərin üslubi xüsusiyyətləri". "Elm və təhsil", 2014, 176 s.
3."Nitq mədəniyyəti. Biblioqrafiya" . Bakı, "Elm və təhsil", 2015, 436 s.
4."Azərbaycan dilində fonetik vahidlərin üslubi xüsusiyyətləri" kitabı, "Elm və təhsil", 2017
5."Azərbaycan dilinin paronimlər lüğəti."Elm və təhsil", 2018, 278 s.
6. Azərbaycan dilində paronimlər (məqalələr məcmuəsi). "Elm və təhsil", 2022? 160 s.
Həmmüəllif olduğu kitablar
redaktə1. N. Gəncəvinin əsərlərində adların üslubi xüsusiyyətləri. Nizami Gəncəvi-870"(məqalələr toplusu) "Elm və təhsil", Bakı, 2012.
2."Azərbaycan dilində müraciət məqsədilə işlədilən vokativlər" "Azərbaycan dilində nitq etiketləri, "Azərnəşr", 2016
"Azərbaycan dilinin semasiologiyası və ikinci nominasiya məsələləri" kitabında "Fonosemantikanın tədqiqat tarixi", Bakı, "Elm və təhsil", 2018
2."Müasir Azərbaycan dili. Fonetika və fonologiya" kitabında "Fonetik üslubiyyat", "Fonosemaantikanın tədqiqat tarixi" Bakı, Elm və təhsil, 2019, 733 s.
3."Durğu işarələrinin üslubi təbiəti" (məqalələr məcmuəsi"ndə "Azərbaycan dilində durğu işarələrinin üslubi xüsusiyyətləri" 2020
4."Azərbaycan dilinin nitq mədəniyyəti məsələləri" (məqalələr məcmuəsində) "Tavtologiya və pleonazm" 2021
5."Müasir Azərbaycan dili. Leksikologiya" kitabında "Semasiologiya. Məna dəyişmələri;"Paronimlərin üslubi xüsusiyyətləri","Frazeologizmlərdə səs ahəngdarlığı", "Azərbaycan dilində dil oyunu" 2022;
6."Mətn problemləri" (məqalələr məcmuəsi)"ndə "Mətnin kommunikativ və praqmatik xüsusiyyətləri","Mətndə intonasiyanın rolu" 2023;
7."Ömər Faiq Nemanzadə (məqalələr məcmuəsi)" 2023 kitabında Ö. F. Nemanzadənin felyetonlarının dil və üslub xüsusiyyətləri. 2023;
8."X. Natəvan (məqalələr məcmuəsi)", "X. Natəvanın şerilərinin dil və üslub xüsusiyyətləri" 2023.
İstinadlar
redaktə- ↑ "Hacıyeva Nərgiz Musa qızı". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.
- ↑ ""Azərbaycan dilində paronimlər" (məqalələr toplusu) kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxmışdır". 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-12.
- ↑ "Вокативы в азербайджанском языке". 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.