Nercis - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nərcis (ərəb. نرجس) — İmam Həsən əl-Əskərinin (232–260 hicri, 846–874 qəməri) həyat yoldaşı və İslamın on iki imam şiəliyi əqidəsində sonuncu imamın anasıdır. Onun adı kitablarda müxtəlif variantlarda, Fatimə, Nərcis, Reyhanə, Məryəm ibn Zeyd əl-Ələviyyə, Səqil və Səvsan kimi qeyd edilib.[4] Bir sıra mənbələrdə isə o, öz krallığından Ərəbistana hicrət edə bilmək üçün özünü köləliyə vuran "Roma (Bizans) şahzadəsi" kimi təqdim edilib.[5][6][7] Məhəmməd Əli Əmir-Muizzi "İran Ensiklopediyası"nda belə bir fikir irəli sürmüşdür ki, sonuncu variant "şübhəsiz ki, əfsanə və övliyanamədir".[6] İbn Babaveyhin rəvayətinə əsasən, Nərcis yuxusunda İsanın anası Məryəmi və Məhəmmədin qızı Fatiməni görərək İslamı qəbul etmişdir.[8]
Nərcis | |
---|---|
Reyhanə | |
Doğum tarixi | IX əsr |
Doğum yeri | |
Vəfat yeri | Abbasilər xilafəti |
Həyat yoldaşı | Həsən əl-Əskəri |
Uşağı | İmam Mehdi[1][2][3] |
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəSon dövrün pakistanlı sələfilərindən Ehsan İlahi Zahir və habelə müasir sələfilərdən olan Qalib İvaci İmam Mehdinin anasının adı barədə olan ixtilafları onun anadan olması məsələsinin zəif olduğuna dəlil hesab ediblər.
Ehsan İlahi Zahir yazır:
اختلف في اسم الجارية التي قالوا انّها ولدته، فقال قائلهم: انّ اسمها نرجس، وقيل: اسمها صقيل أو صيقل، وقيل: حكيمة، وقيل غير ذلك.
Onu dünyaya gətirən kənizin adı haqqında ixtilaflar var. Bəziləri deyiblər ki onun adı Nərcis olub, digərləri isə onun adının Suqeyl, Seyqəl, Həkimə və sair olduğunu deyiblər.[9]
Qalib İvaci də bu məsələni təkrar etmişdir.[10]
Adları və ləqəbləri
redaktə
حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ إِسْحَاقَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيِّ بْنِ زَكَرِيَّا بِمَدِينَةِ السَّلَامِ قَالَ: حَدَّثَنَا أَبُو عَبْدِ اللَّهِ مُحَمَّدُ بْنُ خَلِيلَانَ قَالَ: حَدَّثَنِي أَبِي عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عَنْ غِيَاثِ بْنِ أَسِيدٍ قَالَ: وُلِدَ الْخَلَفُ الْمَهْدِيُّ عليه السلام يَوْمَ الْجُمُعَةِ وَأُمُّهُ رَيْحَانَةُ وَيُقَالُ لَهَا نَرْجِسُ وَيُقَالُ صَقِيلُ وَيُقَالُ سَوْسَنُ إِلَّا أَنَّهُ قِيلَ لِسَبَبِ الْحَمْلِ صَقِيلُ….
Ğiyas b. Əsid deyib: Məhdi (ə.s) cümə günü dünyaya gəldi. Anasının adı Reyhanə idi, ona Nərcis deyilirdi. Bəziləri deyib ki, anasının adı Seyqəl idi, bəziləri isə deyib ki, (Səvsən) Süsəndir. Yalnız bəzi şəxslər deyib ki, hamilə olduğu övlada görə Suqeyl (nurlu, işıqlı və parıltılı) adlandırılıb.[11]
Əllamə Məclisi "hamilə olduğu övlada görə Suqeyl (nurlu, işıqlı və parıltılı) adlandırılıb." cümləsini şərh edərkən deyib:
بيان قوله إلا أنه قيل لسبب الحمل أي إنما سمي صقيلا لما اعتراه من النور و الجلاء بسبب الحمل المنور يقال صقل السيف و غيره أي جلاه فهو صقيل و لا يبعد أن يكون تصحيف الجمال.
Bu cümlədə məqsəd odur ki, imamət nurunu həml etdiyi (daşıdığı) üçün o xanım nur və parıltı saçırdı. Necə ki, deyilir "filankəs öz qılıncını cilaladı" (Seyqəl sözü cilalamaq mənasındadır). O (bu cümlə), qılıncın parıltısına görədir. Cümlənin məqsədinin o xanımın cəmalını vəsf etmək də olduğu güman edilir.[12]
Bəzi lüğət kitablarında deyilib:
əs-Siqalə — İtaliyanın Siciliya adasına məxsus olan bu kəlmə dildə (el arasında) çox işlənir.[13]
Bu mənaya əsasən demək olar ki, bu xanım Roma imperiyasından olduğu üçün ölkəyə Siciliya adasından gəlmişdi və buna görə də ona Səqil (Suqeyl) deyilmişdir.
Əhli-sünnənin məşhur alimlərindən olan əl-Munavi onun adının Nərcis olduğunu təkidlə qeyd etmişdir.
وأما أمه فاسمها نرجس من أولاد الحواريين.
Amma onun anası İsanın həvarilərinin övladlarından olmuşdur və adı Nərcisdir.[14]
Adının Həkimə olması
redaktəHəkimə xatun İmam Həsənin (ə.s) bibisidir və İmam Mehdinin (ə.s) viladəti (anadan olma) zamanı o həzrətin dayəsi olmuşdur. Lakin bəzi şəxslər o həzrətin anasının adını bəyan edərkən Həkimə adını da artırmışlar.
Əhli-sünnə alimlərindən biri Muhəmməd b. Təlhə Şafei "Mətalibul sual" kitabında iddia edir ki, bəziləri İmam Mehdinin anasının adlarından biri də Həkimə olduğunu demişlər:
وأمه: أم ولد تسمى صقيل، وقيل: حكيمة، وقيل: غير ذلك.
Onun anası: Uşağın anasının adı Seyqəl idi. Və Həkimə də deyilib. Və başqa adlar da deyilib.[15]
Bəzi şiə alimləri də bu məsələni ona istinadən öz kitablarında gətirmişlər. O cümlədən mərhum Ərbili özünün "Kəşful-Ğummə" kitabında yazır:
قال الشيخ كمال الدين بن طلحة رحمه الله الباب الثاني عشر في أبي القاسم محمد الحجة بن الحسن الخالص… أمه أم ولد تسمى صيقل وقيل حكيمة وقيل غير ذلك.
Şeyx Kəmaluddin b. Təlhə (r.ə.) 12-ci babda yazır:
Onun anası: Uşağın anasının adı Seyqəl idi və Həkimə də deyilib. Həmçinin başqa adlar da deyilib.
Seyid Haşim Bəhrani "Ğayətul Məram" kitabında, Seyid Möhsin Əmin "Əyanuş Şiə" kitabında, və başqaları bu məsələni Məhəmməd b. Təlhə Şafeidən nəql etmişlər.[16][17]
Göründüyü kimi bu qeydlərin əsas mənbəsi Məhəmməd b. Təlhə Şafeinin "Mətalibul Sual" kitabıdır. O da bu sözün kim tərəfindən deyildiyini qeyd etməmiş və heç bir dəlil gətirməmişdir. Buna görə də istinad üçün dəyəri yoxdur.
Böyük ehtimala əsasən o, İmam Mehdinnn (ə) təvəllüdü zamanı həzrətin dayəsi olmuş İmam Əskərinin bibisinin adını viladət rəvayətləri arasında görmüş və həzrətin anası və dayəsinin adını qarışdırmışdır.[18]
Həyatının ilk illəri və evliliyi
redaktəOn ikinci imamın anasının Nərcis olması barədə ilk məlumat verən alim əl-Məsudi olmuşdur. Onun yazdığına görə, o, Nərcis adlı qara dərili kölə qadın idi.[8] Nərcisin milliyyəti barədə ilk məlumat verən isə rəvayəti Bişr ibn Süleyman ən-Nəxxasdan nəql edən Muhəmməd ibn Bəhr əş-Şeybaniyə əsasən İbn Bəbaveyh olmuşdur.[8] İbn Bəbabveyh[19] və Əllamə Məclisinin "əl-Ğeybə" kitabında verdiyi məlumata görə,[20] həmin qadın xristian olmuşdur.[8] Nərcis Kənançı Şimonun nəslindən olan Romalı Sezarın nəvəsi idi. Həmçinin, onun şahzadə yox, Nubiyalı qara dərili kölə olması barədə də rəvayət mövcuddu.[6] Məhəmməd Əli Əmir-Muizzi "İran Ensiklopediyası"nda belə bir fikir irəli sürmüşdür ki, sonuncu variant "şübhəsiz ki, əfsanə və övliyanamədir".[6] Halbuki, müasir dövrdə əksəriyyət on iki imamçı şiələr onun Roma şahzadəsi olduğu fikrindədirlər.
Fatimə, Nərcis Xatun,[21] Reyhanə, Səvsan, Məryəm[6] Məryəm ibn Zeyd əl-Ələviyyə və Səqil[8] mənbələrdə ona aid edilən adlardandır.[4] Sünni hədisçilər Sibt ibn əl-Cəuzi və İbn Təlhəyə görə, o, Səvsan kimi tanınırdı[22]. Ola bilsin onun əsl adı Nərcis olub, digər adları isə (Səqil istisna olmaqla) onuncu imam Əl əl-Hadinin bacısı Həkimə Xatun onu çağırmaq üçün istifadə edib.[8]
İbn Bəbaveyhin nəqlinə görə,[8] Nərcis 14 gün yuxusunda İsanın anası Məryəmi və Məhəmmədin qızı Fatiməni görür. Onlar Nərcisə müsəlman olmağa və müsəlman ordusu tərəfindən əsir alınmış kimi görünərək Mədinəyə hicrət etməyə dəvət edirlər.[6] "Əl-Ğeybə" kitabına əsasən, Məryəm və Fatimənin çağırışı ilə İslamı qəbul etdikdən sonra daha bir yuxu görür. Bu yuxuda o, on birinci şiə imamı Həsən əl-Əskərini ziyarət edir. İmam onun babasının tezliklə müsəlmanlara qarşı döyüşmək üçün ordu göndərəcəyini deyir və ona gizli şəkildə əsir donuna girməyi bildirir.[20]
Donaldsonun fikrincə, Həsən əl-Əskərinin atası Əli əl-Hadi bir məktub yazır və onu 220 dinarla birlikdə dostu Bəşər ibn Süleymana verərək, ondan Bağdadda əsirlər satılan yerə getməyini və Əmr ibn Yəziddən Rum dilində uca səslə "Hətta Davudun oğlu Süleymanın var-dövlət və şan-söhrətinə də sahib olsanız, sizdən bir şey istəmərəm. Ona görə də vaxtınızı itirməyin." Əli əl-Hadi bilirdi ki, qulsatan deyəcək ki, istənilən halda bu köləni satmalıdır və Nərcis cavab verəcək: "Tələsməyin və icazə verin alıcımı özüm seçim". Bəşər nəql edir ki, Əli əl-Hadinin tapşırığına əsasən, məktubu kölə xanıma verdim. Qız məktubu oxuyub ağladı, sonra isə Əmr ibn Yəziddən xahiş etdi ki, onu məktubun sahibinə satsın: "Əgər razı olmasanız, özümü öldürəcəyəm". Bəşər rəvayət edir ki, Samirraya gedərkən, qız yolboyu məktubu tez-tez öpür və üz-gözünə sürtürdü. Bəşər bunun səbəbini soruşduqda, qız cavab verdi: "Qoy Peyğəmbərin itrəti sənin şübhələrinə cavab versin". Bir müddət sonra o Bəşərə gördüyü yuxuları və atasının iqamətgahından qaçmağını danışdı.[23] Əli əl-Hadiyə qovuşduqdan sonra, o, bacısı Həkimə Xatunu dəvət edərək Nərcis haqqında məlumat verdi: "O, Həsən əl-Əskərinin həyat yoldaşı və Qaimin anasıdır. Ona öz vəzifələrini və ənənələri öyrət".[20]
Ölümü və məzarı
redaktəİbn Bəbaveyhin nəql etdiyinə görə, Nərcis 260 hicri ilində Həsən əl-Əskəridən əvvəl vəfat etmişdir. Ancaq digər şiə alimi Nəcaşinin fikrincə, o, əl-Əskərinin ölümündən sonra onun ən yaxın səhabələrindən biri olan Muhəmməd ibn Əli ibn Həmzənin evində gizlənmişdir.[8] Nərcisin qəbri İraqın Samirra şəhərində yerləşən Əl-Əskəri Türbəsində Həsən əl-Əskərinin qəbrinin yanındadır. Əli əl-Hadi və Həkimə Xatun da bu müqəddəs məkanda dəfn edilmişdirlər.[24][25]
Mədəniyyətdə
redaktəRoma şahzadəsi Məhəmməd əl-Mehdinin anası Nərcis barədə çəkilmiş animasiya filmidir. Hekayəyə əsasən, o, Roma imperatorunun nəvəsidir və bir sıra macəradan sonra Samirraya gələrək Həsən əl-Əskəri ilə ailə qurur. Filmin direktoru Hadi Məhəmmədiandır. Roma şahzadəsi 2015-ci ilin fevral ayında 33-cü Fəcr Beynəlxalq Film Festivalında nümayiş edilmiş və müsbət rəy almışdır.[26]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Şeyx Müfid, "əl-İrşad", səh. 346
- ↑ Əl Munavi, "Feyzul Qədir", c. 6, səh. 277
- ↑ Ğiyas b. Əsid deyib: Hz.Məhdi (ə.s) cümə günü dünyaya gəldi. Anasının adı Reyhanə idi, ona Nərcis deyilirdi. Bəziləri deyib ki, anasının adı Seyqəl idi, bəziləri isə deyib ki, (Səvsən) Süsəndir. Yalnız bəzi şəxslər deyib ki, hamilə olduğu övlada görə Suqeyl (nurlu, işıqlı və parıltılı) adlandırılıb.
- Şeyx Səduq, "Kəmaluddin", səh. 432
- ↑ 1 2 Sachedina, Abdulaziz. Islamic Messianism. Albany, NY, USA: State University of New York Press. 1981. 72–74, 78. ISBN 0-87395-458-0.
- ↑ "Online Islamic Courses". 2016-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ 1 2 3 4 5 6 Amir-Moezzi, Mohammad Ali. "ISLAM IN IRAN vii. THE CONCEPT OF MAHDI IN TWELVER SHIʿISM". Encyclopedia Iranica. 2012-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 2012.
- ↑ Algar, Hamid. Imam Musa al-Kadhim. University of California, Berkeley, USA. 18 October 2001. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2018.
- ↑ 1 2 3 4 5 6 7 8 Hussain, Jassim M. "The Occultation of the Twelfth Imam (A Historical Background)". Al-islam. Muhammadi Trust of Great Britain and Northern Ireland. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ Ehsan İlahi Zahir, "əş-Şiə və Təşəyyü", səh. 272–273
- ↑ Qalib İvaci, "Firəqu Muasira", c. 1, səh. 263
- ↑ Şeyx Səduq, "Kəmaluddin və Təmamun Nemə", səh. 432
- ↑ Əllamə Məclisi, "Biharul-ənvar", c. 51, səh. 15 Arxivləşdirilib 2016-05-21 at the Wayback Machine
- ↑ Riza Məhyar, "Fərhənge əbcədi", səh. 556, "siql" sözü
- ↑ əl-Munavi, "Feyzul Qədir", c. 6, səh. 277
- ↑ Məhəmməd ibn Təlhə Şafei, "Mətalibul Sual", səh. 481
- ↑ Seyid Haşim Bəhrani, "Ğayətul Məram", c. 7, səh. 135
- ↑ Seyid Möhsin Əmin, Əyanuş Şiə, c. 2, səh. 64
- ↑ İmam Mehdi (ə.s)-ın anasının adı [ölü keçid]
- ↑ Mohammed Raza Dungersi, Mohammed Raza. A Brief Biography of Imam Muhammad bin Hasan (a.s.): al-Mahdi. Bilal Muslim mission of Tanzania. 2012.
- ↑ 1 2 3 Muhammad Baqir, Majlisi. "Kitab al-ghaibah" (PDF). islamicmobility. 2021-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-06.
- ↑ Young, Robert E. The Sign of Your Coming?. Tate Publishing, LLC. September 2008. ISBN 978-0615249858.
- ↑ Staff writer. "Hasan al-Askari". cgie. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ Donaldson, Dwight M. The Shi'ite Religion: A History of Islam in Persia and Irak. BURLEIGH PRESS. 1933. 217–222.
- ↑ Shrine of Imām al-Hādī and Imām al-‘Askarī Arxiv surəti 4 mart 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 4, 2006, at the Wayback Machine (ArchNet Digital Library)
- ↑ Staff writer. "The grave of mother of Muhammad al Mahdi". mashreghnews. 2016-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2014.
- ↑ "Princess of Rome released". www.irna.ir. 5 November 2015. 30 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2015.
Xarici keçidlər
redaktə- Master_IER. "İmam Mehdi (ə.s)-ın anasının adı" (az.). wilayat.net. 2011-02-25. İstifadə tarixi: 2014-06-29.[ölü keçid]
- Şeyx Cavid. "İmam Zaman (ə.f) anası haqqında araşdırma 27.09.12" ( (az.)). youtube.com/lostatsea1214. 2012-09-28. İstifadə tarixi: 2015-02-21.