Neqsidil Sultan Turbesi - Wikipedia
Nəqşidil Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə.
Nəqşidil Sultan türbəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Haqqında
redaktəTürbə 27-ci Osmanlı sultanı Sultan I Əbdülhəmidin xanımlarından biri və Sultan II Mahmudun anası Validə Nəqşidil Sultan tərəfindən Fateh məscidinin arxa həyətində vəfatından qısa müddət öncə inşa edilmişdir. Əslən fransız olan Nəqşidil Sultan 1817-ci ildə uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etmiş, tikdirdiyi bu türbəyə dəfn edilmişdir. Barokko üslubunda olan türbə on altıbucaqlı formasındadır. Türbə qapısı üzərində xəttat Mustafa Rakım tərəfindən Zümər surəsinin 53-cü və Ali-İmran surəsinin 133-cü ayələri işlənmişdir.
Türbənin daxili interyeri isə XIX əsrə xas xəttat işləmələriylə bəzədilib. Türbədə Validə Nəqşidil Sultandan başqa, aşağıdakı şəxslər dəfn edilib:
- Sultan Mahmudu yeniçəri üsyanından xilas edən Cövriyə kalfa
- Sultan Mahmudun qızı Mihrimah Sultan (d. 10 iyun 1812 - ö. 31 avqust 1838)
- Sultan Mahmudun qızı Münirə Sultan (d. 16 oktyabr 1824 - ö. 23 may 1825)
- Sultan Mahmudun qızı Fatma Sultan (d. 30 aprel 1810 - ö. 7 may 1825)
- Sultan Mahmudun qızı Fatma Sultan (d. 10 avqust 1828 - ö. 23 oktyabr 1830)
- Sultan Mahmudun qızı Hayriyə Sultan (d. 12 yanvar 1832 - ö. 15 fevral 1833)
- Sultan Mahmudun oğlu Şahzadə Əbdülhəmid (d. 6 mart 1813 - ö. 20 aprel 1825)
- Sultan Mahmudun oğlu Şahzadə Əbdülhəmid (d. 18 fevral 1827 - ö. 15 noyabr 1828)
- Sultan Mahmudun oğlu Şahzadə Nizaməddin (d. 6 dekabr 1835 - ö. 24 fevral 1838)
- Sultan Mahmudun xanımlarından Qəmərfər Sultan
- Sultan Mahmudun xanımlarından Mislinayəb Sultan
- Sultan Mahmudun xanımlarından Əbrurəftar Sultan (ö. 1825)
- Sultan Mahmudun xanımlarından Zərnigar Sultan (ö. 1830)
- Sultan Mahmudun xanımlarından Zeynifələk Sultan (d. 21 may 1818 - ö. 1842)