Neheng Tisbaga - Wikipedia
Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea)[1] — quru tısbağalarına daxil olan növ. Aldabra adasına endemik canlıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150–250 il srası olması ehtimal edilir.
Nəhəng tısbağa | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nəhəng tısbağa |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsviri
redaktəXarici görünüş
redaktəOlduqca iri olan tısbağanın böyük ayaqları olsa da kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır, Ancaq adəti üzrə 105 sm-dir. Quru tısbağalarına daxil olan iki iri növdən biridir.
Albadra adasında populyasiyadan asılı olaraq fərdlərin ölçü və panserin formaları fərqlənir. Bəzi mütəxəsislər bu populyasiyaları yarımnöv hesab edirlər.
Yayılma və qidalanma bölgələri
redaktəHazırda bu növ tısbağaların yeganə təbii yayılma arealı Seyşel adalarınna daxil olan Albadra adalarıdır. Seyşel, Reyunon, Mavriki, Nusi-Be adalarında isə köçürülmə populyasiyalar vardır. Təkcə Albadra adasında sayları 150 000 baş olaraq qiymətləndirilir.
Əsasən açıq otluqlar, kolluqlar və ağacların çox olduğu ərazilərdə qidalanırlar.
Qidalanması
redaktəQidasının əsasını cırtdan ada bitkiləri təşkil edir.
Çoxalması
redaktəÇütləşmə fevraldan maya kimi davam edir, Ancaq yumurta iyundan sentyabra kimi qoyulur. İl ərzində dişi cəmi 4–5 yumurta qoyur. Aşağı sıxlıqda dişi ildə bir necə dəfə 14 yumurta qoya bilir.
Nəhəng tısbağa və insan
redaktə1960-cı illərdə Albadre adasında nəhəng aviasiya bazası inşa etmək istəyirdilər ancaq layihə sonradan ləğv edilir. Nəhəng tısbağaların əsas rəqibləri ev keçiləridir. 1988-ci il məlumatına əsasən onların ovlanmasıba başlanmışdır. Ev keçiləri adaya insanlar tərəfindən gətirilmişdir.
1975-ci ildə Albadredə 19 000 ha əraziyə malik rezervar təşkil edilmişdir. Atollda tısbağaları araşdıran stansiya mövcuddur.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ sinonimləri: Testudo dussumieri, Testudo elephantina, Testudo gigantea, Geochelone gigantea, Geochelone dussumieri, Dipsochelys elephantina.