Ne Qeder Ki Sagam Film 2012 - Wikipedia
Nə qədər ki sağam | |
---|---|
Jab Tak Hai Jaan | |
Janr | dram filmi[1][2], romantik film[2][1][…] |
Rejissor | Yaş Çopra |
Prodüser | Abbas-Mustan |
Əsərin müəllifi | Aditya Çopra |
Ssenari müəllifləri |
Aditya Çopra Devika Bhagat |
Baş rollarda |
Şahrux Xan Katrina Kaif Anuşka Şarma |
Bəstəkar | A.R. Rahman |
İstehsalçı | Yash Raj Films |
Distribütor | Netflix |
İlk baxış tarixi |
13 Noyabr 2012 16 Noyabr 2012 (UK) |
Müddət | 177 dəq. |
Büdcə | 9,45 milyon $ |
Ölkə | Hindistan |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID2176013 |
Süjet
redaktəSamar Anand (Şahrux Xan) Hindistan Ordusunda mayor vəzifəsində xidmət edən, heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən bomba zərərsizləşdirmək üzrə çalışan bir mütəxəssizdir. Bir müddətdən sonra Discovery Channel-da sənədli filmlər qurmaqla məşğul olan Akira Rai (Anuşka Şarma) Ladax-da bir çaya baş vurur və mayor tərəfindən xilas edilir. Samar ona jaketini verir, ancaq geri almadan onu tərk edir. Akira jaketin cibində onun gündəliyini tapır və oxumağa başlayır.
Gündəlik Samarın Londonda əvvəllər immiqrant kimi yaşadığı mövzularla başlayır. O həm musiqiçi, həm də digər işlərdə çalışaraq yaşadığı yerin kirayə pulunu ödəməklə bərabər, otaq yoldaşına da yardım edir. Bir gün Samar iş gorərkən Meera-nı (Katrina Kaif) görür və onunla tanışır. İngilis dili dərslərini öyrənmək qarşılığında Samar ona Pəncabca mahnı oxumağı öyrədir. Bir müddətdən sonra Meera atasına Samar ilə olan münasibəti haqqında danışmaq qərarına gəlir, ancaq Samar-ın başına bədbəxt hadisə gəlir, o motosikletlə qəzaya uğrayır. Meera Tanrıya onun həyatını xilas etməsi üçün dua edir və qarşılığında onunla bir də görüşməyəcəyinə dair söz verir. Tezliklə Samar sağalır və Meera-nın andı barədə eşidəndə, qəzəblənərək onu tək qoyur və Londonu tərk edir. Samar onu həyatda saxlayan Tanrıya etiraz əlaməti olaraq hər gün öz həyatında risk edir, çünki yalnız onun ölümü ilə Meera-nın ilahilik inamı itə bilərdi. O Hindistana gedir və Hindistan Ordusuna yazılır.
Akira gündəliyi oxuyub qurtarır və öz müşahidəçisindən bombanın zərərsizləşdirilməsi haqqında sənədli film düzəltmək üçün icazə istəyir və icazə verilir. Akira kömək üçün Samara yaxınlaşır və tezliklə onun komandası ilə tanış olur. O Samara qarşı romantik hisslərlə yaxınlaşmağa cəhd etsədə, müsbət nəticə almır. Filmi müvəffəqiyyətlə çəkib bitirən Akira Londona yola düşür. Layihə kifayət qədər bəyənilir, ancaq filmi təqdimata vermək üçün Samarın gəlməsinə ehtiyac vardır. O həvəssiz Samarı gətirməyə razı salmaq üçün cəhd edir, sonradan Londona gəlməyə razı olan Samar Londonda ikinci dəfə avtomobil qəzasına uğrayır.
Samara mürtəce amneziya ilə diaqnoz qoyulur, ayıldıqdan sonra isə on il əvvəl baş verdiyi ilk qəzaya qədər olan hadisələri xatırlaya bilir. Meera-nı axtarıb tapan Akira ona Samara kömək etməsi üçün baş verənləri danışır. Meera razılaşır və Samara onunla beş ildir evli olduğu yalanını deyərək onun həyat yoldaşı rolunu oynamağa başlayır. Bu zaman Akira başa düşür ki, Mayor Samar yalnız gənc Samar-ın fraqmentidir. Bir gün metroda olarkən vaqonda bomba olması ilə bağlı xəbər yayılır. Elə bu an Samarın yaddaşı oyanır və keçmişini xatırlayır, həmçinin Meera-nın ona yalan danışdığını da başa düşür. Samar Meera-nın qarşısına seçim qoyur, ya onunla olmaq, ya da o ölənə kimi öz həyatı ilə risk etmək. Samar bombaları zərərsizləşdirmək üçün Kəşmirə yola düşür. Akira ilə söhbət ərzində Meera başa düşür ki, o inamları və duaları ilə Samar-ı ölümdən də pis taleye məruz qoyur. Meera səhvini anlayaraq barışmaq üçün Kəşmirə gəlir. Samar isə son bombasını zərərsizləşdirdikdən sonra Meera-ya evlənmək təklifi edir.
Rollarda
redaktəƏsas rollarda
redaktə- Şahrux Xan — Samar Anand
- Katrina Kaif — Meera
- Anuşka Şarma — Akira
Köməkçi rollarda
redaktə- Rişi Kapur — Meera'nin atalığı
- Nitu Sinq — Meera'nın anası
- Anupam Xer — Meera'nın atası