Nesirvan Mustafa - Wikipedia
Nəşirvan Mustafa (kürd. نەوشیروان مستەفا/Newşîrwan Mistefa; 1943[1] və ya 22 dekabr 1944, Süleymaniyyə – 19 may 2017[2], Süleymaniyyə) — kürd əsilli İraq siyasətçisi və yazıçısı.
Nəşirvan Mustafa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1943[1] və ya 22 dekabr 1944 |
Doğum yeri | |
Vəfat tarixi | 19 may 2017[2] |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Fəaliyyəti | siyasətçi, yazıçı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
redaktəNəvşirvan Mustafa 22 dekabr 1944-cü ildə İraqın Süleymaniyyə şəhərində anadan olmuşdur.[3] O, Süleymaniyyədəki Kral Faysal Məktəbində təhsil almış və kiçik yaşlarında xüsusi müəllimlər tərəfindən xarici dillərdən dərs almışdır. Mustafa Bağdad Universitetində siyasi elmlər üzrə təhsil almışdır.[4]
Siyasi fəaliyyəti
redaktəO, 1960-cı ildə Kürdüstan Demokrat Partiyasına (KDP) qoşulmuş, orada gənclər şöbəsində çox fəal olmuşdur. Mustafa siyasi büroda Bərzaninin əleyhdarları ilə müttəfiq olmuş və KDP parçalanmadan əvvəl partiyanı tərk etmişdir.[5] 1970-ci ildə Bağdad İnqilab Məhkəməsi Mustafaya ölüm hökmü çıxarmışdır.[6] Nəticədə, o, Avstriyaya sürgünə getmiş və burada Vyana Universitetində beynəlxalq hüquq təhsili almışdır.[7]
1975-ci ilin iyununda Cəlal Tələbaninin ümumi rəhbərliyi altında[8] Mustafanın da tərkibində olduğu[9] "Komala" Əli Əskərinin rəhbərlik etdiyi Kürdüstan Sosialist Hərəkatının birləşməsi nəticəsində yaradılmışdır.[10] Mustafa 1970-ci illərin sonundan 1990-cı illərin əvvəllərinə qədər Peşmərgə qüvvələrinin komandanı olmuş, İraqın BƏƏS ordusuna qarşı gerilla müharibəsinə rəhbərlik etmişdir.[11] Daha yaxşı təchiz edilmiş İraq ordusuna ciddi ziyan vurulduqdan sonra BƏƏS hökuməti kimyəvi silahlardan istifadə etməyə başlamışdır. Sinir-paralitik maddələr və xardal qazı kimi bioloji silahlardan istifadə edən Səddam Hüseyn 1987-ci ilin əvvəlində Ənfal əməliyyatına start vermişdir.[12][13][14]
1991-ci ilin yazında Mustafa planını işə salmış və 7 martda Raniyə şəhərini İraq qüvvələrinin əlindən almışdır. O, 21 mart 1991-ci ildə Kərkük döyüşü ilə sona çatan əməliyyata rəhbərlik etmişdir.[15] Mustafa üsyanın təşkilatçısı hesab edilir. Onun siyasi fəaliyyəti nəticəsində Kürdüstan Regional Hökuməti qurulmuşdur.
Şəxsi həyatı
redaktəNəşirvan Mustafa ana dilləri soran və kurmanc ilə yanaşı, ərəb, fars, ingilis və alman dillərini də mükəmməl bilirdi.[4] O, 1982-ci ildə ailə həyatı qurmuş, iki oğlu və bir qızı var. Mustafa 19 may 2017-ci ildə, 72 yaşında Süleymaniyyə şəhərində xəstəlikdən vəfat etmişdir.[16]
Əsərləri
redaktə- La kanārī Dānubawa bo khaṛī Nāwzang:political events in Iraqi Kurdistan from 1975 to 1978. Zargata. 1997.
- Panjakan yaktari ashkenin: political events in Iraqi Kurdistan from 1979 to 1983. Zargata. 1997. ISBN 3-9806140-3-4.
- Khulāna la bāznadā: the inside story of events in Iraqi Kurdistan 1984-1988. Meľbenî Awedanî Kurdistan. 1999. ISBN 3-9806140-3-4.
- Kurd u Ejam. Zargata. 1992.
- Hukumati Kurdistan: Kurd le gemey Sovieti da. K.I.B. 1993. ISBN 90-900635-6-0.
- Mīrāyatī Bābān lah nǐwān bardāshī R̮ǔm ū ʻAjamʹdā. Melbendî Awedanî Kurdistan. 1998. ISBN 3-9806140-1-8.
- Kurdistanî ʻÊraq: serdemî qełem u muraceʻat, 1928-1931. Zargata. 2000.
- Jian: Be tementirîn rōjnamey kurdî 1926 - 1938. Zargata. 2002.
- Jian: Çend lapereyek le mêjûy rojnamewaniy Kurdî, 1938-1958: rojnamewaniy nihênî. Zargata. 2004.
- Karesati Hekari. Zargata. 1981.
- Kêşey Partî û Yekêtî. Zargata. 1995.
- Ême û Ewan. Zargata. 2009.
- Edeb û Tarikhi Kurdi. Zargata. 2012.
İstinadlar
redaktə- ↑ 1 2 Faceted Application of Subject Terminology.
- ↑ 1 2 http://24.sapo.pt/noticias/internacional/artigo/morreu-o-ex-vice-primeiro-ministro-timorense-mario-carrascalao_22399326.html.
- ↑ Akkaya, Gülşah Neslihan; Torlak, Furkan; Baştürk, Levent; Küçükkeleş, Müjge; Demir, Zehra Senem; Ziya, Saliha. Irak Siyasetini Anlama Kılavuzu. 23 September 2013. ISBN 9786054023295. 3 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2022.
- ↑ 1 2 Gunter, Michael M. Historical Dictionary of the Kurds (ingilis). Scarecrow Press. 4 November 2010. səh. 221. ISBN 9780810875074. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2022.
- ↑ Edmund Ghareeb, Beth Dougherty, Historical Dictionary of Iraq, səh. 173, Google Books-da
- ↑ "The war hits home". The Christian Science Monitor. 24 March 2003. ISSN 0882-7729. 3 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2019.
- ↑ Michael M. Gunter, Historical Dictionary of the Kurds, səh. 221, Google Books-da
- ↑ Muir, Jim. "Iraqi Kurds vote in 'vibrant' elections". BBC. 24 July 2009. 26 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2009.
- ↑ "Middle East Report". Middle East Research & Information Project. Issues 186–197: 3, 4, 24.
- ↑ Alinia, Minoo. Spaces of diasporas: Kurdish identities, experiences of otherness and politics of belonging. Sweden: Dept. of Sociology, Göteborg University. 2004. 56. ISBN 9197443786.
- ↑ Tareq Ismael, The Rise and Fall of the Communist Party of Iraq (Cambridge: Cambridge University Press, 2008), p. 201.
- ↑ Fazil Moradi (2016) "The Force of Writing in Genocide: On Sexual Violence in the al-Anfāl Operations and Beyond." in Gender Violence in Peace and War: States of Complicity, 102–115, edited by Victoria Sanford, Katerina Stefatos and Cecilia Salvi. New Brunswick, NJ and London: Rutgers University Press.
- ↑ .Fazil Moradi (2017) "Genocide in Translation: On Memory, Justice, and Future Remembrance." in Memory and genocide: on what remains and the possibility of representation, edited by Fazil Moradi, Ralph Buchenhorst, and Maria Six-Hohenbalken London and New York: Routledge.
- ↑ Faraidoun Moradi, Mia Söderberg, Fazil Moradi, Bledar Daka, Anna-Carin Olin, Mona Lärstad. (2019) "Health Perspectives among Halabja’s Civilian Survivors of Sulfur Mustard Exposure with Respiratory Symptoms—A Qualitative Study" PLOS ONE 1–16.
- ↑ Goldstein, Eric. Endless Torment: The 1991 Uprising in Iraq and Its Aftermath. New York, N.Y.: Human Rights Watch. June 1992. 60–68. ISBN 1-56432-069-3. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.
- ↑ "Nawshirwan Mustafa dies in Sulaymaniyah". NRT News (kürd). 22 May 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 May 2017.