Nuteh - Wikipedia
Nütəh - Haqqında Məlumat
Nütəh — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir[1].
Nütəh | |
---|---|
40°59′48″ şm. e. 48°41′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.015 m |
Saat qurşağı | |
Toponimikası
redaktəNütəh oyk., mür. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi qonşu Xaltan kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı tat dilindəki nü (təzə, yeni) və deh (kənd) sözlərindən düzəlib, “yeni, təzə kənd” mənasındadır.[2]
Əhalisi
redaktə- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 145 nəfər əhali yaşayır. Əhalisi etnik tatlardan ibarətdir.[3]
Təhsil
redaktəAzərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[4] ilə Quba rayonu Nütəh kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 230 000 manat vəsait ayrılmışdır[5].
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
- ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az (az.)
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |