Nurnberq Yumurtasi - Wikipedia
"Nürnberq yumurtası" — İntibah dövründə Nürnberq şəhərində ixtira olunmuş saatlar. Bu saatlar öz formasına görə yumurtaya oxşadığından belə adlanmış və ondan istifadə edən şəxslər onu öz kəmərlərinə zəncirlə bərkidirək üstlərində gəzdirərmişlər.
Tarixi
redaktə1510-cu ildə Nürnberq şəhərinin sakini Peter Henlayn dairəvi formada olan cib saatlarını ixtira etmişdir. Onun tərəfindən ixtira olunmuş bu saatları pul kisəsinə və cibə qoymaq mümkün olurdu. Bu saatlar təkcə öz quruluşuna görə yumurtanı xatırlatmırdı. Belə ki, latıncadan "saat" sözü ilə alman dilindəki "yumurta" sözünün tələffüzü bir-birinə çox oxşar səsləndiyindən belə adlanmışdır. Bu saatlar Qərbi Avropa ölkələrinin saray əhlinin arasında tez bir zamanda geniş yayılmağa başlamışdır. Müasirləri onun saatları haqda bunları qeyd etmişdilər:
"Cavan oğlan olan Peter Henlayn ən istedadlı riyaziyyatçıları belə heyrətləndirən cihazlar düzəldir. Belə ki, o bir dəmir parçasından çox çarxlı bir saatlar düzəldir.Belə saatları istənilən vəziyyətdə vəziyyətdə gəzdirmək olar, çünki onlar çəki daşlarına malikdirlər." |
Saatlar şarja qoyulmadan təxminən 40 saat işləyə bilirdi. Bu saatların cəmi bir ədəd saat əqrəbi var idi. Almaniyada orta əsrlərdə baş vermiş Reformasiyanın məşhur xadimi olan Martin Lüterə Henlayn özünün düzəltdiyi bu saatlardan birini hədiyyə vermişdir. Lüter bunu öz iş masasının üzərinə qoysa da burda şeytan əməlinin olmasına şübhə etdiyindən heç vaxt istifadə etməmişdir.
Keçidlər
redaktə- Saatlar. Qnomondan atom saatlarına qədər
- [1]
- [2] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine