Numayendelik - Wikipedia
Nümayəndəlik - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nümayəndəlik — mülki hüquqda bir şəxsin (nümayəndənin) digər şəxs (təmsil olunan) adından və onun xeyrinə əqd bağlaması və ya digər hüquqi hərəkətlər etməsi. Bu, təmsil olunan üçün mülki huquq və vəzifələri yaradır, dəyişdirir və xitam edir. Nümayəndəlik, şəxsin bir sıra səbəbdən (vaxtın olmaması, azixtisaslı olması və s.) müstəqil olaraq öz mülki (əsasən əmlak) hüquq və vəzifələrini həyata keçirə bilmədiyi zaman yaranır. Həm fəaliyyət qabiliyyətli vətəndaşlar, həm də hüquqi şəxslər nümayəndə ola bilər. Nümayəndəlik etibarnaməyə, qanuna, yaxud inzibati akta əsasən yaranır.